» » Ey hicab...!


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Ey hicab...!
+5
Müəllif: Fatimə Nuri Xuda | 13-07-2016, 14:00 | Baxılıb: 27 388
 
 
Ey hicab...!
 
Universitetimizin daxilindəki pilləkənin yanında duran və qışqıraraq söhbət edən tələbə qız hicabını (baş örtüyünü) açmaq istəyirdi. Hey qışqırır və bununla da baş örtüyünə nifrətini bildirirdi.
Yaxınlaşıb sözlərinə diqqət etdim. O belә deyirdi: 
"Mən "tam" azadlıq istəyirəm. Mən ürəyimin istədiyi hər bir şeyi etmək istəyirəm. Ürəyim istədiyi kimi yaşamaq istəyirəm. Ürəyim istəyən rəngli paltarı geymək istəyirəm. Ürəyim istəyir ki, bu dəqiqə hicabımı başımdan açım.”
 

Sözünü bitirən kimi birdən yaylığını dartıb başından çıxartdı və yerə atdı. Sonra yenə də qışqıra-qışqıra sözünə davam etdi: 
"Ürəyim istədiyi hər bir işi görmək istəyirəm. Bəsdirin daha! Boğaza yığılmışam. Nə üçün azad yaşamağıma imkan vermirsiz?”
Sözünü bitirib hönkür-hönkür ağlamağa başladı. Heç kim ona yaxınlaşmağa cürət etmirdi. Hətta onun tələbə rəfiqələri belə dayanıb ona baxır və heç bir söz demək istəmirdilər.

 

Nəhayət yaxınlaşıb ona salam verdim. Başını aşağı dikib salamın cavabını almadı. Әyilib yerdən yaylığını qaldırdım və ona tərəf uzadıb dedim: 
"Әlbətdə ki, danışmaq üçün münasib vaxt deyil. Amma səndən bir neçə sual soruşmaq istəyirəm. Әgər verəcəyim suallar qeyri-məntiqi olsa, onda mən də elə burada bütün paltarlarımı soyunacağam.” 
Bunu eşidən tələbə qız başını qaldırıb gözlərini bərəldərək təəccüblə mənə baxdı və soruşdu:
"Әgər paltarlarını soyunmasan, onda necə?” 
Cavabım belə oldu: "Onda hamının qarşısında üzümə tüpürərsən. Amma əvvəlcə gərək saçını örtəsən ki, səninlə rahat danışa bilim.”
O, sükutu ilә razılaşdı. 
Ona dedim: "Hər bir ölkənin özünəməxsus qanunları var. Düzdürmü? Bunu qəbul edirsənmi? 
O, yenə başını aşağı saldı və sakitcə cavab verdi: "Bəli, düzdür.”
Dedim: "Elə götürək, öz ölkəmiz olan İranı. Ölkəmizin hər yerində özünəməxsus qanunları mövcuddur. İstər fabrik, zavod, məktəb, universitet və s. yerlərin özünəməxsus qanunları vardır. Elə deyilmi?”
O bu dəfə daha da aramlıqla cavab verdi: "Bəli, elədir.”
Dedim: "Deməli, sən istər İran, istərsə də dünyanın hər yerində özünəməxsus qanunların olmasını təsdiq edirsən. Bir misal çəkmək istəyirəm: 
Әgər mən polis, yaxud həkim işləyirəmsə, onda gərək iş yerimdə qanuna əməl edib bu ixtisasıma məxsus olan paltarı geyinim. Yox əgər iş yerimdə öz istədiyim paltarı geyinmək istəyirəmsə, onda gərək iş yerimi tərk edim və çöldə ürəyim istəyən paltarı geyinim. Çünki sənin dediyinə əsasən hər bir məkanın özünəməxsus qanunları vardır. Buna görə də əgər bir xanım hicabını açmaq istəyirsə, onda gərək İranı tərk etsin. Çünki öz təsdiqinə əsasən başqa ölkələrin özünəməxsus qanunları olduğu kimi İranın da özünəməxsus qayda-qanunları olduğunu vurğuladın.” 
O sakit dayanmışdı. Sözümə davam edib dedim: 
 

"Ey xanım, bizi yaradan Allah da dünyada olan qanunlara əsasən buyurur ki: "Әgər Mənim mülküm sayılmayan bir yer, səni görmədiyim bir gizli məkan və sənə əlim çatmadığım bir yer tapsan, onda ürəyin istədiyin işi gedib orda edə bilərsən. Amma nə qədər ki, Mənim hüzurumdasan və Mənim nəzarətim altında nəfəs alırsan, onda gərək Mənim sənə təyin etdiyim qanunlar əsasında yaşayasan. Hər yer Mənim nəzarətimdədir və hər yer Mənimdir. Әgər Mənim görmədiyim və eşitmədiyim bir yer tapıb bəndəçiliyimdən xaric olub oranı tərk etmək istəyirsənsə, onda hicabın qalsın qırağa, get birdəfəlik özünə od vur yandır! Amma nə qədər ki, Mənim bəndəmsən və Məni Yaradıcı olaraq qəbul edirsənsə, onda Mənim dediyim kimi ol!”
 

O xanım fikrə dalmışdı...Bir azdan heç bir söz demədən çıxıb getdi. 
Sonralar mən o xanımı istər universitetdə, istərsə də şəhərdə, heç vaxt hicabsız görmədim. O, həmişə hicabını kamil bağlayırdı və rəftarında dəyişiklik açıq-aşkar hiss olunurdu. 
Bir dəfə uzaqdan məni gördü və gülümsəyərək əli ilə yuxarı işarə etdi. Mən onun fikrini anladım.
Onun demәk istәdiyi bu ayә idi:
"Allah həmişə bizi görür” (Әlәq surәsi, ayә 14)
Bədəninin müxtəlif yerlərini naməhrəmə nişan verən qadınlarla da heç kəs evlənməz. Bu cür qadınlar cəmiyyət üçün də qorxuludur. Çünki, bu qadınların beynində ancaq bəzənib-düzənmək, özünü kiməsə göstərmək niyyəti olduğu üçün, onlar nə ərlərini, nə də övladlarını fikirləşirlər. Ondan dünyaya gәlәn uşaqlar da nəzarətsiz qalar, avara adamlara qoşular, içki içәr, narkomanlıq edәrәk cəmiyyətimizi murdarlayarlar. Cəmiyyətimiz də bax beləcə pozular.
Bir ət parçası asıb, onu örtməyəndə ona çoxlu milçək qonub, onu bulaşdırıb murdar edir. Qadın da açıq-saçıq gəzib bədənini yadlara göstərəndə, yad nəzərlər o qadına şəhvət hissi ilə baxıb, ondan həzz alanda, bu baxışlar da o qadını həmin ət parçası kimi çirkləndirib murdarlayır. Murdar ət parçasını isә heç kəs almaz, elə deyilmi?
Qadın incidir. İnci sədəf içində olar. Qadının sədəfi isə onun örtüyüdür.
Göz görməsə, könul də istəməz. Nə qədər az görsən, qəlbin də bir o qədər təmiz olar. Deməli, hicab - qəlblərində xəstəlik olanların şəhvətlərinin qarşısını alır.
 

Ey Hicab...!!! Adi bir parçasan, amma dünyanı lərzəyə gətirmisən. Yumşaq bir parçasan, lakin tikan olub kafirlərin və səni istəməyənlərin gözünə batmısan. Necə də böyük kəramətlər qoymuş Rəbbim Səndə! 
Ey Hicab! Sən ismətsən, Sən iffətsən, Sən qeyrətsən, Sən təmizliksən, Sən təqvasan. Allah-təala Səni mömin kişilərin və möminə qadınların qəlblərinin təmizliyi kimi təsvir etmişdir. Sən, Quranın Nur və Əhzab surələrində vacib buyurulmusan. Səni qorumaq biz aşiqlərin borcudur. Sən, bizlərə Fatimeyi-Zəhranı, Zeynəbi-Kubranı (salamullahi ələyhima) xatırladırsan. Sən, qanlar bahasına qorunmusan. Səninlə fəxr edirlər və Səni qəlblərində, dillərində və əməllərində yaşadırlar. 

Allah millətimizə elm və hidayət nəsib etsin ki, məmləkətimizin bəzi qadınları çılpaqlaşıb həm özlərini, həm də digər imandan zəifləri arxalarınca Cəhənnəmə apara bilməsinlәr.
 

Müəllif: Rövşən Əhmədzadə

 
 
Bölmə: İslami mövzular
Şərhlər: 13
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)

| Şikayət et | | | |
Müəllif: Admin | Status: İstifadəçi Offline | 22 Temmuz 2016 21:31 | Administrator | Şərh yazdı
Allahin salami ve rehmeti uzerinize olsun.
Gorurem bir birinizi burda sef anlayirsiz.Cunki her kes bu movzuya basqa prizmadan baxir.Duzdu ki kimise haqqa devet etmek ucun son derece ehtiyatli olunmali,qarsindakinin qelbine deymeden olmalidir.Amma burda Zehra Kenizinin tutdugu irad duzgun iraddi,duzgun olmayan ise onun ele izah etmek lazimdir ki qarsisindaki sef anlamasin.Men de bu barede defelerle demisem,deyirem de.Birini namaza,hicaba ve s emele devet edirsen,deyir Allah qoysa,Allah qismet elese.Beyem Allah qoymur ki?Sadece ozumuz de bilmeden,seytanin sozunden istifade edib gunahi Allaha yixmaqla ozumuze rahatliq getiririk.Bu sozlerim islam.asiqine unvanlanmir.Umumi qaydada her kese aiddi.Allah bizleri haqqi ewidib haqqa emel.edenlerden qerar versin.Bu arads meqale ucun de Allah razi olsun.Allah razi olsa sozunu de bezen yungul tuturuq,adilesdiririk.Amma her adam Allahin raziliq meqamina cata bilmir.Allah her birinizden razi olsun
Не нравится +1 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: RuQeYyA | Status: İstifadəçi Offline | 22 Temmuz 2016 17:55 | Sayt nəzarətçisi | Şərh yazdı
Zəhra kənizi, salam baci men senin Islam Asiqi baciya verdiyin cavabla getirdiyin misalla razi deyilem her kes yasadigini biler ve Allah her kesin daxilinden ve xaricinden agahdir qelblerden agah olan Allah her kese hicab nesib etsin  insAllah ama  kimise qinamaq ve bu cur sert sekilde ve Allaha qarsi cixan bir qebile ile bir terezinin gozune qoymaq hecde duz olmadi baci Peygemberimizden hedis var ki bir insani qinamazdan once 70 defe belke de keske sende 50 defe belke deyib sonra 51 de bu iradi yazardin incime sozlerimden 

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Elya | Status: İstifadəçi Offline | 22 Temmuz 2016 01:10 | Redaktor | Şərh yazdı
Allah senden razı olsun bacım çox deyerli xeberdi ellerin var olsun çox sağ ol Allah kömeyin olsun Amin.[/hide]
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Fatimə Nuri Xuda | Status: İstifadəçi Offline | 21 Temmuz 2016 18:26 | Administrator | Şərh yazdı
Sitat: Kerbela Gunesi
Baci...halal et bu metni paylawim...coxlarina ibret olar mence..

Buyurun bacı, hər nəyi istəsəz paylaşa bilərsiz.

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Kerbela Gunesi | Status: İstifadəçi Offline | 21 Temmuz 2016 17:57 | İstifadəçi | Şərh yazdı
Baci...halal et bu metni paylawim...coxlarina ibret olar mence..
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: heyder | Status: İstifadəçi Offline | 20 Temmuz 2016 23:51 | İstifadəçi | Şərh yazdı
Hicab haqqinda olan xeberler cox gozeldi ALAH butun xanimlari hicab baglayan etsin INSALLAH
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Zəhra kənizi | Status: İstifadəçi Offline | 20 Temmuz 2016 22:49 | İstifadəçi | Şərh yazdı
islam awiqi,
Salam ələyki bacı. Şərhinizi oxudum, yazmısız ki:" Allahima,umidim Odur.InweAllah bir gun hicabma ve Kerbelaya qovuwmagima izin verer." Bacı bu cümlədə hicaba keçməyinizin izinini Allahdan istəmisiniz bu böyük səhvdi. Məgər Allah əmr verir sonra ona izin vermir????Allah hicabı əmr edib, necə olur ki bir şeyi əmr edə sonra onu sənə verməyə? Nəuzibillah onda Allah ədalətsizdir? Allah əmr verib necə olur izin verməyə? Bütün günahlar insandandır günah etdirmək Allahdan uzaqdı.İnsan günah edirsə onu Allahın boynuna yıxmasın. Cəbri məzhəbi hər nə edirsə deyirlər Allah edir, günah edirlər deyirlər Allah edir. İmam Əli ( ə) onlara cavabında buyurur ki:"Siz dediyiniz məntiqsizlikdir, əgər siz deyən kimdirsə onda Allah niyə cəza verir? Onda niyə Allah cənnət və cəhənnəmi yaradıb." Bacı tezliklə nəfsinizə qalib gəlib, şeytanı zəlil edib hicaba keçersiz. Biz dünyaya gəlməmiş Allahla əhd bağladıq ki, əmrlərinə tabi olacayıq. Amma çox təəssüf ki çoxları Allahla əhdi pozdu.Əhdimizə vəfalı olanlardan olaq...

--------------------
Не нравится +2 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Kerbela Gunesi | Status: İstifadəçi Offline | 19 Temmuz 2016 23:49 | İstifadəçi | Şərh yazdı
Allah razi olsun bacim.yazan ellerin derd gormesin..heqiqetende hicab iffetdir.hicab qeyretdir.hicab hec vaxt hec kimseni alcaltmaz eksine yukselder..xanim gozellik axtarirsa o gozellik hicabda esasende cadradadir..bu xanim Zehranin biz xanimlara emanetidir..o cure bir xanimin emanetine xeyanet etmek insafdan olarmi hec ey islam altinda hicabsiz gezen xanim? Allah teala hicabsiz bacilarimizi analarimizi hidayet etsin inwaallah..yoxsa vallah xanim olasan amma hicabin cadran olmaya..bu xanim adina boyuk bir lekedir...
Не нравится +1 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Ema | Status: | 13 Temmuz 2016 22:45 | Qonaq | Şərh yazdı
Salam.Men hicabli deyilem amma butun gunu ureyimden hicabli olmag kecir,amma bilmirem nece edim.Amma utaniram indi ele bir dovrde yasayiriq hicabali olan azdir daha cox diqqet cekir,hemde evveller hicabli olmadigima gore nedense cekinirem insanlarin munasibetinden.Amma hec cure ureyimden cixarda bilmirem bu fikri,bu sayt dahada cox meni bu fikirlere baglayir.Ailemdede deyiller hele cavansan biraz yaslananda namaz qilib hicab geyersen.Bilmirem ne edim Allah ozu mene dogru yolu gostersin.Ureyimdekileri biliremki kimle paylassam meni basa dusmeyecek,mende bura yazdim.Tesekkur edirem cox gozel, lazimli melumatlardir.Allah razi olsun.
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Sirli_melek | Status: İstifadəçi Offline | 18 Mart 2016 16:09 | Sayt nəzarətçisi | Şərh yazdı
Allah sonsuz razi olsun bu deyerli xeber ucun cox sagolun Allaha sonsuz wukur olsun men Hicabliyam Allah wahid men ne qeder cox isdeyirdim hicabi elhemdulillah Allah nesib edi bu hesreti qelbimde qoymadi  utaniram  cox gec hicaba burundum Allah ehf edsin Allah her birimize  emaneti sahib cixmagimizda komey olsun ne qeribedi  menen bezen soruwurlar bezmemisen hele hicabda   bu sual mene ele qeribe gelirki o ne olan iwdi  Allah hidayet edsin her birimizi    omrum vefa edikce analar anasinin emanetine layiqince sahib cixmagi Allah nesib edsin Inwallah

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Allahin-Asiqi | Status: İstifadəçi Offline | 18 Mart 2016 09:54 | İstifadəçi | Şərh yazdı
nece gozel movzudur Allah xanimlarimizi hidayet etsin Allah bizleri gunahlardan qorusun weytana uyub weytani sevindirmeyek isterdim ki bu movzuda meqaleler cox olsun uwaqlarimizda oxuyub hicaba meyillensinler Amin 

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Ewqi_Kerbela | Status: İstifadəçi Offline | 17 Mart 2016 21:35 | Sayt nəzarətçisi | Şərh yazdı
Əlhəmdulillah...bütün bacılarıma,analarıma kamil hicab arzu edirem..inanıram ki bu kimi deyerli,faydalı xeberlerden sonra  bacılarım hicab bağlayacaq İnşallah...Hicaba behaneler teessuf ki coxdur menimde ailem razılıq vermirdi ama wukur Allaha kecdim...Allah senden razı olsun bacım çox faydalı xeberler elave edirsen..Allah imanını kamil etsin,ecrini versin Amin..Allahummə səlli əla Muhəmmədin və ali Muhəmməd..

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Alemdar | Status: İstifadəçi Offline | 17 Mart 2016 21:00 | Sayt nəzarətçisi | Şərh yazdı
Salamun Alleykum oxudum xanımlara ibretlik movzudur HİCAB EWQDİR SEVENE AYE SEVMİYENE ESKİ PARCASIDIR.men bawortusu hicabi Allahın emiri bilirem xanımların ise ismeti bilirem kamil hicaba daha cox deyer verirem cadralı xanım mene bu dunyada Mekkeni Medineni Kerbelanı Mehwedi xatırladır axiretde ise cenneti xatırladır hicabli xanımların cadrası onlara cehennem otu ile oz aralarında perde olsun inwallah Allah xanıma ayeni bawının uzerinde gezdirmeyi nesib edib Elhemdullilah isteremki nefsimizinde gozumuzunde qulagımızında hicabı olsun Allah butun ana ve bacılarımıza bu gozelliyi zineti nesib etsin Amin

--------------------
Не нравится 0 Bəyəndim
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.