» » Şiə və əhli-sünnət alimlərinin Quranın təhrifi ilə bağlı əqidələri nədir?


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Şiə və əhli-sünnət alimlərinin Quranın təhrifi ilə bağlı əqidələri nədir?
    +5
    Müəllif: Aşiqi Rüqəyya | 22-03-2016, 23:33 | Baxılıb: 1 597
     
     
    Şiə və əhli-sünnət alimlərinin Quranın təhrifi ilə bağlı əqidələri nədir?

    Sual: Şiə və əhli-sünnət alimlərinin Quranın təhrifi ilə bağlı əqidələri nədir? 
    Cavab: Şiə və əhli-sünnət alimlərinin arasında məşhur nəzəriyyə budur: 
    Quranda hər hansı bir təhrif baş verməmişdir. Bu gün əlimizdə olan Quran Həzrət peyğəmbərin (səllallahu əleyhi və alih) zamanında nazil olmuş Quranın özüdür. Hətta onun bir sözü və ya bir hərfi belə artırılıb-azaldılmamışdır. 
    Görkəmli qədim və mütəəxxir şiə alimlərinin arasında bu həqiqətə aydın şəkildə bəyan edənlərdən aşağıdakıların adlarını çəkmək olar: 
    1. Məhrum şeyx Tusi. "Şeyx ət-taifə" ləqəbi ilə məşhurdur. O, "Tibyan" adlı məşhur təfsirinin əvvəlində bu haqda aydın və qətiyyətlə bəhs edir. 
    2. Hicri təqvimi ilə 4-cü əsrdə yaşamış görkəmli imamiyyə alimi Seyid Mürtəza. 
    3. Mühəddislərin böyüyü mərhum Məhəmməd ibn Əli ibn Babeveyh Səduq. O, imamiyyənin əqidələrini bəyan edərkən yazır: "Əqidəmizə görə Quranda heç bir təhrif baş verməmişdir."
    4. Tanınmış təfsir alimi mərhum Təbərsi də öz təfsir kitabında bu haqda geniş bəhs açmışdır. 
    5. Mütəəxxir alimlərin ən tanınmışlarından olan mərhum Kaşif əl-ğita. 
    6. Məhrum Mühəqqiq Yəzdi "Ürvətul-vusqa" adlı kitabında cumhur şiə müctəhidlərinin Quranın təhrif olunmamasına etiqad bəslədiklərini nəql edir. 
    7. Həmçinin bu əqidə digər məşhur alimlərindən, o cümlədən Şeyx Mufid, Seyx Bəhayi, Qazi Nurullah və sair şiə təhqiqatçılarından nəql olunmuşdur. Əhli-sünnət alimləri də adətən eyni əqidədə olmuşlar. 
    Hərçənd Quranla bağlı tam məlumatlara malik olmayan bəzi şiə və əhli-sünnət alimlərindən Quranın təhrifə uğramasına dair bəzi sözlər nəql olunsa da, hər iki təriqətin böyük alimlərinin məsələyə aydınlıq gətirməsi ilə bu əqidə rədd olunub yaddaşlardan silinmişdir. Necə ki, mərhum Seyid Mürtəza "Əl-məsail ət-trablosiyyat" kitabının cavabında belə yazır: "Quranın səhih nəql olunması, bizim dünyanın tanınmış şəhərləri, tarixin böyük hadisələri və məşhur kitabları haqda olan məlumatlarımız qədər aydındır." Misal üçün bir şəxs Məkkə və Mədinə kimi, habelə London və Paris kimi şəhərlərin heç birinə səfər etməsə də bu şəhərlərin olmasına şübhə ilə yanaşa bilərmi? Bir kəs Monqolların hücumunu, Böyük Fransa İnqilabını və ya birinci və ikinci dünya müharibələrini dana bilərmi? Nə üçün bunu edə bilməz? Çünki bu hadisələrin hamısı çoxsaylı insan nəqlləri ilə bizə çatmışdır. Quran ayələri də belədir. 
    Bir çox qərəzli insanlar şiə və əhli-sünnət arasında təfriqə salmaq üçün şiələrin təhrifə etiqad bəslədiklərini desələr də böyük şiə alimlərinin kitabları onların iddialarının səhv olmasına əyani sübutdur.   
    Təəccüblü deyil ki, şiələrə aid məsələlərdə özünəməxsus təəssübkeşlik və canfəşanlıq göstərən Fərx Razi yazır: 
    "Həqiqətən bu zikri (Qur’anı) Biz nazil etdik və şübhəsiz, onu Biz Özümüz qoruyarıq" ayəsi şiələrin sözünü rədd edir. Şiələr Quranın dəyişikliyə ‒ artıb-azalmaya məruz qaldığına inanırlar. 
    Cavabında deyirik: Əgər o, bu sözləri deyərkən şiənin tanınmış alimlərini nəzərdə tutursa, bu alimlərdən heç birinin təhrifə etiqadları olmamış və yoxdur. Amma şiələr arasında təhrifə dair zəif bir nəzəriyyənin olmasını nəzərdə tutursa, demək lazımdır ki, ona oxşar nəzəriyyə əhli-sünnətin içində də vardır. Nə əhli-sünnət, nə də biz bu nəzəriyyələrə əhəmiyyət verməmişik. Görkəmli alim Kaşif əl-ğita öz "Kəşful-ğita" adlı kitabında yazır: 
    لا رَیْبَ أَنَّهُ (أَىِ الْقُرْآنَ) مَحْفُوظٌ مِنَ النُّقْصانِ بِحِفْظِ الْمَلِکِ الدَّیّانِ کَما دَلَّ عَلَیْهِ صَرِیْحُ الْقُرْآنِ وَ اِجْماعُ الْعُلَماءِ فِى کُلِّ زَمان وَ لا عِبْرَةَ بِنادِر
    "Sözsüz ki, Quran Allahın mühafizəsi ilə hər hansı çatışmazlıqdan (təhrifdən) uzaq olmuşdur. Quran ayələri aydın formada bunu təsdiq etmişdir. Həmçinin bütün əsrlərdə yaşamış alimlər yekdilliklə Quranın təhrifini rədd etmişlər. Az sayda insanların müxalifətinə əsla əhəmiyyət verilməmişdir."  
    İslam tarixində yuxarıdakı kimi təəssübkeşlikdən yaranan nalayiq böhtanlar az deyil. Aydındır ki, bu qarşılıqlı anlaşılmazlıqların bir qisminin yaranmasının səbəbi bu kimi məsələlərdən istifadə edən və müsəlmanlar arasında vəhdəti aradan aparmaq üçün çalışan düşmənlər olmuşlar. 
    İş bir yerə çatmışdır ki, məşhur hicazlı yazıçı Abdullah Əli əl-Qəsimi öz "əs-Sira" adlı kitabında şiələri məzəmmət edərək yazır: "Şiələr daim məscidlərin düşmənləri olmuşlar. Bu üzdən şiə şəhərlərində şimaldan cənuba, şərqdən qərbə hərəkət edən adamlar çox az məscidə rast gələr."
    Maraqlıdır, şiə əhalisi olan şəhərlərin küçə və prospektlərində, bazarlarında və hətta xırda küçələrində yerləşən bu qədər məscidləri saymaq insanı yorur. Bəzən bir nöqtədə məscid o qədər çoxdur ki, bir qrup insan etiraz edərək: "Bəsdir, daha gəlin başqa işlər görək!" deyir. Bununla belə görürük ki, məşhur yazıçı açıq-aşkar dediyi sözlər bu bölgələrin sakinlərini gülməyə məcbur edir. Bu üzdən Fəxr Razinin bu sözlərinə o qədər də təəccüb etmək lazım deyil. 1. "Hicr" surəsi, ayə 9. 2. "Təfsiri nümunə", cild  11, səh. 30.
    Sual: Quranın təhrif olduğunu göstərən hədislərə necə cavab vermək olar? 
    Cavab: Bəzi insanlar təhrif məsələsində əsasən müxtəlif hədislərdən bəhanə kimi istifadə edir. Bu hədislərin gerçək mənaları düzgün dərk edilmədiyindən və ya onların sənədləri araşdırıldığından belə fikirlərin yaranmasına səbəb olmuşdur. Sözü gedən hədislər bir neçə qisimdir: 
    1. Hədislərdən bir qisminin məzmunu belədir: Əli (əleyhis-səlam) peyğəmbərin (səllallahu əleyhi və alih) vəfatından sonra Quranı toplamağla məşğul oldu. Topladıqdan sonra onu xilafət məqamının ətrafını tutan bir qrup səhabələrə təqdim etdi. Səhabələr bu Qurana maraq göstərmədilər. Əli (əleyhis-səlam) dedi: "Onu daha görməyəcəksiniz." 
    Həmin hədislərə diqqətlə nəzər salsaq görərik ki, Əlinin (əleyhis-səlam) Quranı ilə digər quranlar arasında əsla fərq yox idi. Fərq sadəcə üç məsələdə idi: Birincisi, bu quranda surələr və ayələr nazil olduqları sıra ilə tərtib olunmuşdu. İkincisi, hər surənin və hər ayənin nazil olma səbəbləri onun kənarında qeyd olunmuşdu. Üçüncüsü, peyğəmbərdən (səllallahu əleyhi və alih) eşitdiyi təfsirlər, həmçinin nasix və mənsux ayələr o Quranda qeyd olunmuşdu. 
    Bu üzdən Əlinin (əleyhis-səlam) topladığı Quran indiki Qurandan fərqlənmirdi. Əlavələr yalnız təfsirlər, təvillər, nazil olma səbəbləri və nasix və mənsux və buna oxşar məsələlər idi. Başqa sözlə desək həm Quran idi, həm də Quranın əsil təfsiri idi. Suleym ibn Qeysin kitabında oxuyuruq: 
    اِنَّ أَمِیْرَالْمُؤْمِنِیْنَ(علیه السلام) لَمّا رَأى غَدْرَ الصَّحابَةِ وَ قِلَّةَ وَفائِهِمْ لَزِمَ بَیْتَهُ، وَ أَقْبَلَ عَلَى الْقُرْآنِ...، فَلَمّا جَمَعَهُ کُلَّهُ، وَ کَتَبَهُ بِیَدِهِ، تَنْزِیْلَهُ وَ تَأْوِیْلَهُ وَ النّاسِخَ مِنْهُ وَ الْمَنْسُوخَ، بَعَثَ اِلَیْهِ أَبُوبَکْرَ أَنْ أُخْرُجْ فَبایِعْ، فَبَعَثَ اِلَیْهِ أَنِّى مَشْغُولٌ فَقَدْ آلَیْتُ عَلى نَفْسِى یَمِیْناً لا أَرْتَدِى بِرِداء اِلاّ لِلْصَّلاة حَتّى أُؤَلِّفَ الْقُرْآنَ وَ أَجْمَعَهُ
    Əmirəl-möminin (əleyhis-səlam) səhabələrin xəyanətini və vəfasızlığını görəndə evindən çölə çıxmadı, Qurana üz gətirdi, (Quranın hamısını toplamaqla və onu öz dəst-xətti ilə yazmaqla məşğul oldu)... Onun hamısını toplayıb öz əlilə ilə qələmə aldı, tənzil, təvil, nasix və mənsuxunu da bir yerə topladı. Bu zaman Əbubəkr imama adamla xəbər göndərdi ki, evdən çıxsın və beyət etsin. O, cavabında dedi: "Mən məşğulam. And içmişəm ki, Quranın hamısını bir yerə toplamamış namazda başqa bir şey üçün çiynimə əba atmayım"..."
    2. Hədislərin digər qismində Quranın mənəvi təhrifinə işarə olunur. Bilirik ki, təhrif üç qisimdir: Yazılı (ləfzi) təhrif, mənəvi təhrif və əməli təhrif. Yazılı təhrif odur ki, Quranın söz və ifadələrində dəyişikliklər, artıb-azalmalar baş versin. (Bu, bizim və bütün İslam alimlərinin kəskinliklə inkar etdiyimiz bir məsələdir.) Mənəvi təhrif ayələri onların həqiqi mənaları ilə fərqli formada təfsir və izah etməkdir. Əməli təhrif isə onun xilafına əməl etməkdir. Məsələn, Əli ibn İbrahimin təfsirində Əbuzərdən belə nəql olunur: "Bəzi üzlərin ağ və bəzi üzlərin qara olacağı gündə.." ayəsi (1) nazil olan zaman peyğəmbər (səllallahu əleyhi və alih) buyurdu: "Qiyamət günü insanlardan soruşulacaq : "Səqələynlə (Quran və peyğəmbərin itrəti) nə etdiniz?" Deyəcəklər: "Böyüyünü (Quranı) təhrif etdik və arxaya atdıq." Aydındır ki, burada təhrif dedikdə məqsəd Quranın mənasını fərqli yozmaq və arxaya atmaqdır. 
    3. Sözü gedən hədislərin üçüncü qismi saxta hədislərdir. Bu hədislər Quranı etibardan salmaq məqsədi ilə düşmənlərin, yollarını azmışların və ya nadan insanların quraşdırdıqları hədislərdir. Əhməd ibn Məhəmməd ibn Səyyarinin nəql etdiyi hədisləri buna misal çəkmək olar. Onların sayı 188 hədisdən çoxdur. Mərhum Hacı Nuri öz "Fəsl əl-xitab" kitabında bu hədislərdən çox nəql edir. Səyyari ‒ bu hədislərin ravisi, böyük rical alimlərinin dediklərinə görə "fasidul-məzhəb", etibarsız və hədisdə zəifdir. Bəzilərinin dediklərinə görə o, ğülüv əhli, azğın, tənasüx məsələsinə inanan yalançı bir şəxsdir. Tanınmış rical alimi Kəşşi yazır ki, İmam Səccad (əleyhis-səlam) öz məktubunda Səyyarinin iddialarını əsassız və puç adlandırır. Söz yox ki, təhrif haqqındakı hədislər Səhharinin hədisləri ilə xülasələnmir. Amma əsas qismi ona qayıdır. Bu saxta hədislərin içində rüsvayçı hədislər görünür ki, mütaliə əhli olan hər kəs dərhal onların qeyri-düzgün olmasını başa düşə bilər. Məsələn, onların birində deyilir ki, "Nisa" surəsinin 3-cü ayəsində şərt və cəza (in və fənkihu) arasında Quranın üçdə biri düşmüşdür. Ayə belədir:
    وَ إِنْ خِفْتُمْ أَلاّ تُقْسِطُوا فِی الْیَتامى فَانْکِحُوا ما طابَ لَکُمْ مِنَ النِّساءِ
    Halbuki, "Nisa" surəsinin izahında deyilir ki, yuxarıdakı ayədəki şərt və cəza bir-birinə tamamilə uyğundur, hətta onların arasında bir söz belə düşməmişdir. Bundan əlavə, Quranın üçdə biri ən azından onun 14 cüzünə bərabərdir. Quranın peyğəmbər (səllallahu əleyhi və alih) zamanından bu qədər katibləri, bu qədər hafizi və qarisi ola-ola 14 cüzünün silindiyini və heç kəsin bunu başa düşmədiyini iddia etmək çox gülüncdür.  
    Bu yalançılar bu tarixi fakta diqqət yetirməmişlər ki, Quran müsəlmanların konstitusiyası və varlıqları idi. Gecə-gündüz bütün evlərdə və məscidlərdə tilavət olunurdu. Nəinki onun on dörd cüzünü, heç bir kəlməsini belə silmək mümkün deyildi. Bu böyüklükdə yalan belə hədisləri quraşdıranların səriştəsizliyindən xəbər verir. 
    Bu mövzuda bəhanə axtaranların çoxu yuxarıda qeyd etdiyimiz (Hacı Nurinin bu haqda qələmə aldığı) "Fəsl əl-xitab" kitabına istinad edirlər. Amma yuxarıda dediyimiz kimi bu kitabın vəziyyəti aydındır. Bundan əlavə, mərhum Hacı Nurinin tanınmış şagirdlərindən olan şeyx Ağa Bozorg Tehrani, "Müstədrək əl-vəsail" kitabının 1-ci cildində ustadının tərcümeyi-halından söz açarkən yazır: 
    Ustadım dəfələrlə "Fəsl əl-xitab" kitabı haqqında deyərdi: "O kitabda olan materiallar mənim şəxsi fikirlərin deyil. Sadəcə onu bəhs və iradları açıqlamaq üçün yazmışam. Quranın təhrif olunmamasına dair öz əqidəmi də işarə formasında orada qeyd etmişəm. Kaş, kitabın adını "Fəsl əl-xitab fi ədəmi təhrifil-Quran" qoyaydım." 
    Mərhum Mühəddis Tehrani daha sonra əlavə edir: "Biz praktik olaraq öz ustadımızın metodunu görürdük. O, təhrif haqqında olan hədislərə əhəmiyyət vermirdi. Bu hədisləri "divara çırpmalı" hədislərdən hesab edirdi. Yalnız o kəslər ustadın təhrifə etiqad bəslədiyini deyə bilərlər ki, onun əqidə və fikir tərzi ilə tanış olmamışlar."
    Son söz: Müsəlmanların bu səmavi kitablarının əzəmətini görə bilməyənlər və yaxud görmək istəməyənlər bu cür xurafat və puç sözlərlə Quranı etibardan salmağa çalışmışlar. Bu zəmində keçmişdə və indi çoxları işləmiş və işləyirlər.1. "Ali İmran" surəsi, ayə 106. 2. "Təfsiri nümunə", cild  11, səh. 42.

     
    Mənbə: Ayətullah Məkarim Şirazinin dəftərxanası

     
     
    Bölmə: Suallar
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.