İslamda ölüyə Quran və yaxud ona Yasin surəsini oxumaq düzgündürmü?
Cavab: Biz bu suala məşhur əhli-sünnə alimlərinin topladığı hədislərlə cavab versək daha məqsədə uyğun heab edirik.
1-Məhəmməd Həqqi həzrətləri ''Sirlər Xəzinəsi'' kitabında (''Hazinətül-Esrar'' tərcüməsi Türk dilində səh.578) Tirmiz Mekat ibn Yaşardan nəql edir ki, (1038-ci hədis) Peyğəmbər(s) buyurub: ''Yasin'' surəsi Quranın qəlbidir. Axirət yurdunu diləyərək bunu oxuyan insan mütləq bağışlanar. O halda bu surəni ölüləriniz üzərində də oxuyun.''
2-''İslami həqiqətlər'' kitabında Əhməd Salman (360-cı səhifə, türk dilində) Buxari ibni Ömərdən, Təbəri Əbu Hüreyradan nəql edir ki, (1040-cı hədis) Peyğəmbər(s) buyurub: ''Gecə sırf Allah rizası üçün ''Yasin'' surəsini oxuyan kimsənin günahları bağışlanar. O halda bu surəni ölülərinizə də oxuyun.''
3-Əbu Bəkirdən və ibni Abbasdan rəvayət edilmişdir ki, (''Ruhil-bəyan'' təfsiri ''Dörd səhih hədis'' kitabı Əbu Hüreyradan, 1044-1066-cı hədis) Peyğəmbəri Əkrəm buyurub: ''Qəbristanlığa girib ''Yasin'' surəsini kim oxuyarsa, mütləq o gün üçün o qəbirdəkilər həfiflənmiş (admin: əzab qəbr əhlinin üzərindən götrülər) olarlar. Oxuyana da oradakı ölülər sayısınca savab verilər.''
P.S: Əhli-sünnə alimlərinin topladığı hədislərdən aydın olur ki, ölüyə və qəbirstanlıqda ''Yasin'' surəsini oxuyarkən həm ölünün ruhu şad olur, həm də oxuyan kimsəyə savab yazılır və günahları bağışlanır.