170. Rahatlıq
839. Rahatlığın səbəbləri
2682. İmam Əli (ə):«Hər kim Allahın onunçün təqdir etdiyinin onun əlinə yetişəcəyinə əmin olarsa, qəlbi rahatlıq tapar.»
2683. İmam Əli (ə):«Xasiyyətcə uyğun olan zövcə iki rahatlıqdan biridir.»
2684. İmam Əli (ə):«Kifayət edənə qane olan kimsə rahatlıq tapıb dinclik mənzilində məskən salar.»
2685. İmam Əli (ə) :«Zahidlik və dünyaya e‘tinasızlıq ən böyük rahatlıqdır.»
2686. İmam Sadiq (ə):«Xoşluq və rahatlıq razılıq və əminlikdədir. Qəm-qüssə isə şəkkdə və narazılıqda.»
2687. İmam Sadiq (ə):«Ən gözəl rahatlıq insanlardan ehtiyacsız olmaqdır.»
840. Dünyada rahatlıq axtarmaq
2688. İmam Sadiq (ə) (öz səhabələrinə xitab edərək buyurur): «Mümkün olmayan şeyi arzulamayın!» Ərz etdilər:«Məgər kim mümkün olmayan şeyi arzu edir ki?» Buyurdu:«Siz. Məgər dünyada rahatlıq axtarmırsınızmı?» Dedilər:«Niyə də yox? Bəli (axtarırıq).» Buyurdu:«Möminin dünyada rahatlığı qeyri- mümkündür.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 1-cild