» » Həzrət Əlinin (ə) anası Fatimə bint Əsəd


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Həzrət Əlinin (ə) anası Fatimə bint Əsəd
0
Müəllif: Elya | 9-03-2016, 17:00 | Baxılıb: 1 003
 

Həzrət Əlinin (ə) anası Fatimə bint Əsəd

Fatimə bint Əsəd İmam Əlinin (ə) anası və Əbu Talibin (ə) həyat yoldaşı idi. O bir müddət Peyğəmbərə (s) himayədarlıq edərək Ona məhəbbət bəsləyən mehriban bir ana kimi olmuşdu. Fatimə İmam Əli (ə) ilə birlikdə Məkkədən Mədinəyə mühacirət etmişdi. Fatimənin şə`ninə yalnız bu söz bəs edər ki, o, Həzrət Əli (ə) kimi övladını Kə`bə evində dünyaya gətirdi və Əmirəlmö`minin Əlinin (ə) anası olmağın böyük iftixarına layiq olmuşdu. Allah Peyğəmbəri (s) hər zaman yorğun olanda günortadan qabaq Fatimə bint Əsədin evinə gedərək orada istirahət edərdi. O bacardığı qədər İslama xidmət etmək üçün çalışdı və Həzrət Əli (ə), Cəfər Təyyar kimi İslam ordusuna başçılıq etmiş övladlar yetişdirmişdi. Fatimə dünyadan gedəndə Peyğəmbər (s) ağlar gözlə onun cəsədinin yanına gəldi və dedi: "Allah onu bağışlasın. O, təkcə Əlinin (ə) deyil, mənim də anam idi”.
Sonra Peyğəmbər (s) öz köynəyini və əmmaməsini verdi ki, aparıb onun üçün kəfən düzəltsinlər. Namazda ona qırx təkbir dedi. Onu bş qəbrinə daxil olaraq orada uzandı. Həzrət Əliyə (ə), sonra isə Həsənə (ə) buyurdu: "Siz də qəbirə girib uzanın və qırağa çıxın”.
Daha sonra Fatimənin başı tərəfində durub ona təlqin dedi və haqqında dua etdi. Əmmar Rəsulullaha (s) ərz etdi: "Heç kim üçün Fatiməyə etdiyin kimi rəftar etməmisən”.
Həzrət (s) buyurdu: "O mənim belə rəftarıma layiq idi. O öz uşaqlarını yeməklə doyurmazdan qabaq məni doyurardı. Uşaqlarını paltarsız saxlayıb məni geyindirərdi. Öz övladlarından çox mənə xidmət edərdi”.

Əmmar soruşdu: "Niyə onun namazında qırx təkbir dediniz?”

Həzrət (s) buyurdu: "Fatimənin namazında qırx cərgə mələk iştirak edirdi. Hər bir cərgə üçün bir təkbir dedim. Öz köynəyimi və əmmaməmi ona kəfən etməyimin səbəbi bu idi ki, bir gün camaatın qiyamət günü lüt, paltarsız olması barəsində söhbət edirdim. Bu söhbəti eşidən Fatimə qiyamət günündə paltarsız və rüsvay olmaqdan nigaran oldu. Öz paltarımla onu kəfənlədim ki, qiyamət günündə paltarsız olmasın və kəfəni də çürüməsin. O qəbrdə soruşulacaq sualdan qorxduğu üçün onun qəbrində uzandım. Allah onun qəbrinə behiştdəki qapılardan birini açdı və onun qəbri behişt bağlarından birinə çevrildi”.[131]
Beləliklə görürük ki, qadın elə bir ehtiram və şəxsiyyət həddinə yüksəlir ki, tanınmış böyük qəhrəmanlar yetişdirir, Kə`bə evi onların doğum yeri olur, İslam Peyğəmbəri (s) isə onu öz anası bilir. Ey qadın! Sən özünü kiçik sanma. Sən böyük bir şəxsiyyətə maliksən. Özünə e`timad etmək və güvənməklə Allah yolunda addımla ki, uca və yüksək məqamlara çatasan.
Fatimənin Faxtə (Ümmü Hani) adlı bir qızı var idi. Peyğəmbər (s) onun evindən me`raca getdi. O, Məkkənin fəthində İslamı qəbul etdi. Lakin əri kafir qaldığı üçün ondan ayrıldı. Məkkənin fəthində Peyğəmbər (s) buyurdu: "Kafirlərdən hər kim Ümmü Haninin evinə getsə, amandadır”.
Bir gün Peyğəmbər (s) buyurdu: "İstəyirsinizmi sizə əmi və bibi cəhətindən ən yaxşı adamlardan xəbər verim?”

Orada olanlar dedilər: "Bəli”.
Peyğəmbər (s) buyurdu: "Onlar Həsən (ə) və Hüseyndir (ə). Əmiləri behiştdə qanadları ilə uçan Cəfər Təyyar və bibiləri də behişt əhli olan Ümmü Hanidir”.

Əhli-sünnənin tanınmış alimi İbn Əbil-Hədid yazır:

"Fatimə bint Əsəd İslam dini aşkar olmağa başlayanda müsəlman oldu və İslamı qəbul edən on üç nəfərdən biri idi. Peyğəmbər (s) ona çox ehtiram edirdi və onu ana çağırardı. O vəfat edən zaman öz vəsiyyətini Peyğəmbərə (s) etdi. Peyğəmbər (s) onun vəsiyyətini qəbul etdi. Cənazəsinə namaz qıldı, qəbrində uzandı və öz köynəyini ona kəfən etdi. Peyğəmbərdən (s) soruşdular: "Siz heç kim üçün belə etməmisiniz, Fatimə üçün etdiniz?”

Peyğəmbər (s) cavabında buyurdu: "Əbu Talibdən sonra heç kəs mənə Fatimə kimi yaxşılıq etmədi”.

Fatimə bint Əsəd Peyğəmbərə (s) bey`ət edən ilk qadın idi”.
 
Kitabın adı: İslamda qəhrəman qadınlar
Müəllif: Məhəmməd Məhəmmədi İştihardi

 
 
Bölmə: İslami mövzular
Şərhlər: 0
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.