107.Xəstənin başı üstündə
Həzrətin yaxın silahdaşlarından biri xəstələnmişdi. İmam Əli (əleyhissalam) onun yanına gedib əhvalını soruşdu və ona buyurdu: Allah bu xəstəliyi sənin günahlarının yuyulması üçün səbəb qərar veribdir. Çünki, xəstəliyin heç bir mükafatı yoxdur. Lakin, (səbr edib şikayət etmədikdə) keçmiş günahları aradan apararaq onları ağac yarpağı kimi tökür.
Bunu da bil ki, əcr və mükafat yaxşı danışmaq, eləcə də bədən üzvlərinin əməli ilədir. Allah öz bəndələrini pak niyyət və qəlblərinə görə behiştə daxil edəcəkdir.
Bu sözdən belə nəticə alırıq ki, xəstəlik keçmiş günahların məhvinə bais olur.
İmam Baqir (əleyhissalam) buyurur:
Bir gün Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm buyurdu: «Allah buyurur: Əgər hər kəs üç gün xəstələnərsə və bu üç gündə əyadətinə gələnlərdən heç kəsə şikayət etməzsə Allah onun bədənindəki ətdən daha yaxşı ət qanından daha yaxşı qan bədəninə verər, əgər ona şəfa versəm yaxşı olub, əgər onun ruhunu bədənindən çıxarsam bu halda onu öz rəhmətimə doğru aparmışam.»
Kitabın adı: Nəhcül-Bəlağə hekayətləri (140 hekayət)