Nəyə görə Peyğəmbəri (s) üç dəfə ayağa qaldırdın?
Nəyə görə Peyğəmbəri (s) üç dəfə ayağa qaldırdın?
Bir gün Peyğəmbər (s) səhabələrlə birlikdə məsciddə oturub söhbət edərkən bir kəniz yaxın gəlib Həzrətin əbasının ucundan yapışır. Peyğəmbər (s) başa düşür ki, kənizin ona deyəcəyi vardır. Buna görə də bir qədər kənara çəkilir ki, qoy kəniz sözünü rahat deyə bilsin. Lakin kəniz bircə kəlmə də dinib danışmır. Peyğəmbər (s)-də heç nə demədən gedib yerində əyləşir. Kəniz yenidən Həzrətə yaxınlaşıb əbasının ucundan yapışır və həzrətə bu dəfə də əvvəlki hərəkətini təkrarlayır. Lakin kəniz yenə də danışmır. Bu hərəkət üçüncü dəfə də təkrarlanır. Peyğəmbər (s) dördüncü dəfə ayağa qalxdıqda kəniz həzrətin əbasının ucundan bir qədərini kəsib götürür. Səhabələr bunu görən kimi kənizdən soruşurlar ki, bu nə hərəkətdir? Nəyə görə Peyğəmbəri üç dəfə ayağa qaldırdın, ancaq heç birində ağzını açıb danışmadın? Kəniz onların cavabında deyir: "Evimizdə xəstəmiz var. Məni bura göndəriblər ki, Peyğəmbərin (s) paltarından bir parçasını evə aparım, onu xəstəyə bağlasınlar ki, şəfa tapsın. Mən hər dəfə Həzrətin əbasının ətəyindən yapışıb kəsmək istədikdə elə bildi ki, ona nəsə demək istəyirəm. Buna görə də əbasını kəsməyə utandım. Bunu Həzrətin özündən xaiş etməyə də üzüm gəlmədi."
Kitabın adı: Meracus səadə
Müəllif: Şeyx Əhməd Nəraqi
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.