Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Qur`ani-Kərimdə xüsusi ilə onun son üç cüzvündə Bərzəx və Qiyamət əzabları təsvir olunur. Bu mövzu rəvayətlərdə də geniş şərh olunur. Həzrət Əli (ə) Allah düşmənləri haqqında buyurur: "Allahın düşməninə rəftar və görünüşcə çox çirkin, üfunət qoxuyan bir mələk yaxınlaşar. Mələk deyər: "Səni qaynar su və Cəhənnəmlə müjdələyirəm...”
İmam Baqir (ə) buyurur: "Od əhli əzabın ağırlığından it və canavar kimi ulayar. Onlar üçün ölüm yoxdur, əzab yüngülləşmir, ac və susuzdurlar, gözləri zəifdir,çöhrələri qaradır...”
İmam Sadiq (ə) buyurur ki, bir gün Cəbrail çox narahat halda Həzrət Peyğəmbərə (s) nazil olur. Həzrət (s) bu qəmginliyin səbəbini soruşur. Cəbrail deyir: "Bu gün Allah-Taala od haqqında əmr verdi. Bu od min il yanıb qızarmış, min il yanıb ağarmış, daha min il yanıb qaralmış bir oddur. Bu qaranlıq maddə zülmətə bürünmüşdür. Bu oddakı zəncirdən bir halqası dünyaya düşsə, dünya əriyər. Onun zəqqumundan bir damlası yer sularına qatılsa, üfunətindən dünya əhli məhv olar...”
Pərvərdigara! Bu ağır əzablar qarşısında mən zəif bəndənin halı necə olacaq?! İbadətim naqis, günahım çox olsa da Sənin, Peyğəmbər və imamlarının, nazil etdiyin kitabının aşiqiyəm. Bəndəlik və ibadətdən qaçası deyiləm, günahkarlığı peşə seçməmişəm. Bütün nöqsanlarımın səbəbi mə`rifətimin azlığı və iradəmin zəifliyidir. Məni günaha sövq edən şey nəfsin qələbəsidir. Kamil və xalis ibadət həvəsindəyəm, günahdan təmizlənmək arzusundayam. Şeytanın, tağutun, nəfsimin əlindən zara gəlmişəm. Vüsal həsrətindəyəm, məni bağışla, mənə əl tut, günahdan xilas et, ibadətə həvəsləndir, Behişt qapılarını üzümə aç!
("Ey Mə`bud, ey Pərvərdigar, ey Ağa, ey Mövla! Hansı müsibətimə görə dərgahına şikayət edim, hansı çətinliyimə görə nalə çəkim? Əzab və çətinliyinə ya bəlaların uzunluğuna görə? Məni düşmənlərinlə birlikdə əzaba düçar etsən, məni əzab əhlinə qoşsan, məni aşiqlərdən ayrı salsan nə edərəm?! Ey Mə`bud, ey Ağa, ey Mövla, ey Pərvərdigar! Tutaq ki, əzabına dözdüm, bəs ayrılığına necə səbir edim? Tutaq ki, yandırıcı atəşin qabağında dayandım, bəs kəramətinə göz yummağa necə tab gətirim? Hər zaman bağışlayacağına ümid etdiyim halda atəş içində necə durum?”)
Gəl dua əlini açıb göylərə
Nalə çəkib rəhmət yağdıraq yerə.
Günaha bulanmış qəlbin şəfası
Nalədir, naləylə mümkün xilası.
Gözlərindən qanlı yaşlar axıtsan,
Dərdinin dəvası olacaq asan.
Quru gözlə döymə hacat qapısın,
Elə ağla, sanki qurulub yasın.
Bilki yanan ürək olası elçi,
Göz yaşıyla axtar şəfi bələdçi.
Vasitə seç o pak olan hüzura,
Çağır Əhli-beyti düşəndə dara.
Əvvəlcə son qoyub günah, riyaya,
İç vəhdət camından, çat o liqaya.
Kitabın adı: Kumeyl duasının şərhi (2-ci cild)
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |