Həyasızlıq
Mühit pozğunluğuna səbəb olan amillərdən biri də insanların arasında həya pərdəsinin götürülməsidir. Deməli, mühiti sağlamlaşdırmaq üçün islamda tövsiyə olunan «həyanı» qorumalıyıq. İnsanın Allah qarşısında, sair insanlara qarşı və özü qarşısında həya etməsi mühitin sağlamlığına çoxlu kömək edəcəkdir. İslam Peyğəmbəri (s) buyurur:
اِسْتَحْيُوا مِنَ اللهِ حَقَّ الْحَياء
«Allah qarşısında tamamilə həyalı olun».
İmam Əli (ə) buyurur:
اَحْسنُ الْحَياء اِسْتَحْيائُكَ مِنْ نَفْسِكَ
"Ən yaxşı həya, sənin özündən həya etməyindir».
Qur’an ayələrində «həya» mövzusu
Qur’anda «həya» məfhumuna aid müxtəlif ayələr nazil olub, məsələn:
1. Dil həyası; ("Ən’am», 108).
2. Danışıq həyası; ("Əhzab», 32).
3. Yol gedəndə həyalı olmaq; («Qəsəs», 25).
4. Qonaqlıqda həyalı olmaq; ("Əhzab»,53).
5. Bir yerə baxanda həyalı olmaq; («Nur», 30-31).
6. İqtisadi məsələlərdə həyalı olmaq. («Bəqərə», 273).
7. Camaatın evinə daxil olan zaman həyalı olmaq, (Nur 58-59).
Xülasə İslam dini buyurduğu kimi, «həyanın» bütün növlərinə riayət olunsa yaşadığımız mühit saflaşacaq, əksinə cəmiyyətdə həya sərhəddini pozmaq fəsad və pozğunluğa imkan yaradacaqdır.
Kitabın adı: Günahşünaslıq
Müəllif: Möhsin Qəraəti