Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Allah-Taala insanı doğulduğu gündən dünyasını dəyişdiyi günədək iki istiqamətdə tərbiyələndirir: maddi və mə`nəvi.
Maddi tərbiyə insanın ixtiyarına verilmiş saysız-hesabsız ne`mətlərdən istifadə qaydalarını müəyyənləşdirir. "Yunus” surəsinin 31-ci ayəsində buyurulur: "De ki, sizə göydən və yerdən ruzi verən, qulaqlara və gözlərə sahib olan, ölüdən diri və diridən ölü çıxaran, işləri sahmana salan kimdir? Deyəcəklər ki, Allahdır. De ki, bəs Allahdan qorxmursunuz?”
İnsan öz orqanizminin bir üzvünün funksiyalarını dərk etməkdə acizdir. Məsələn, göz əsasən altı hissədən ibarətdir: göz kasası, göz kürəsi, xarici əzələlər, göz qapaqları, qapaq daxili, göz yaşı qurğusu. Göz kürəsi göz kasasının yalnız 1/5 hissəsini doldurur. Gözün hərəkətinə beyin kürələri nəzarət edir. Qapaqlar və kirpiklər gözü xarici tə`sirlərdən qoruyur. Burunla əlaqəli olan göz yaşı qurğusu gözü şəffaf və təmiz saxlayır. Göz kürəsi gözün xarakterik xüsusiyyətlərini, eləcə də rəngini tə`yin edən üç hissədən ibarətdir.
İnsan orqanizmində təqribən 15 milyard sinir hüceyrəsi iştirak edir. Bu mexanizmin ən primitiv nümunəsini yaratmaq üçün yüksək ixtisaslı elektronika mütəxəssisinə qırx min il vaxt lazımdır! İnsanı nütfədən, nütfəni torpaqdan yaradan Xaliq yenidən insanda nütfə vücuda gətirir. Toyuqdan yumurta, yumurtadan isə toyuq yaranır. Bu mürəkkəb proseslərə yalnız Allahın qadir olduğunu bilən insan hansı məntiqlə Ona şərik axtarır?!
İnsan əql, fitrət, vicdan, nübuvvət, imamət, ilahi kitablar kimi mə`nəvi tərbiyə vasitələri ilə həqiqi azadlıq qazanır. Bu azadlıq sayəsində Allahın razılığına müvəffəq olur.
Həzrət Əli (ə) duanın bu hissəsində ərz edir ki, maddi və mə`nəvi ne`mətlər vasitəsi ilə Allahın rübubiyyətini qəbul etmiş bəndənin Allah dərgahından qovulması çox uzaq bir fikirdir. Allah-Taala buyurur: "Məni çağırdınız - cavab verdim. Məndən istədiniz əta etdim. Müxalifət göstərdiniz - möhlət verdim. Məni tərk etdiniz - sizi qorudum. Günah etdiniz - üstünü örtdüm. Mənə arxa çevirsəniz - geri dönməyinizi gözlər və Mənə tərəf qayıtsanız, qəbul edərəm. Mən bağışlayanların bağışlayanı, kərimlərin kərimi, mehribanların mehribanıyam.”
Əllamə Məclisi, Əli ibn İbrahim Qummidən belə rəvayət edir:
Qarun Musanı və onun peyğəmbərliyini inkar edib, zəkat verməkdən boyun qaçırdıqdan sonra Musa Allaha şikayət etdi. Allah-Taala buyurdu: "Göyləri və yeri sənin itaətinə qoydum, nə istəyirsən əmr et.”
Musa Qarunun qəsrinə üz tutdu. Qarun köməkçilərə göstəriş vermişdi ki, Musaya qapı açmasınlar. Musa qapıları bir işarə ilə açdığı zaman Qarun anladı ki, Musa Allahın əzabı ilə gəlib. Qarun dedi: "Ya Musa, aramızdakı yaxınlığa görə mənə rəhm et.” Musa torpağa Qarunu udmaq əmri verdi. Torpağa batan Qarun Musaya yalvararaq, tövbə edirdi. Amma Qarunun hərəkətləri Musanı çox incitmişdi.
Qarun həlak olduqdan sonra Allah-Taala Musaya buyurdu: "Ey Musa, onlar sənə çox yalvardılar, amma sən onlara rəhm etmədin. And olsun izzət və cəlalıma, əgər Məni çağırsaydılar, onlara rəhm edərdim!”
Nida oldu:
Musa, yetmişcə dəfə
Qarun əlin açdı sənin tərəfə.
Bilirsənmi necə çəkdi iztirab,
Bircə dəfə olsun vermədin cavab.
İnan, çağırsaydı bir dəfə Məni,
Çəkərdim yolundan qüssəni, qəmi.
Yaratmış olsaydın əgər sən onu
İstərdin əzabdan qurtulsun canı
Yaxşıya yaxşılıq asandan asan,
Bacar günahkara rəva qıl ehsan.
Min günahdan sonra damla göz yaşı
Əlbət ki, tərpətməz cansız bir daşı.
Mənsə həmin damla göz yaşı üstə
Qaldırram bəndəmi buludlar üstə.
Güzəşt etməyə’nin nəyi var axı,
Böyüklər bacarır bağışlamağı.
Kitabın adı: Kumeyl duasının şərhi (2-ci cild)
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |