![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2384 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2771 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Mart 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
Duanın bu hissəsində mə`rifətli aşiq hiss edir ki, rəhmət qapıları açılmışdır və mə`şuq onu dinləyir. Ona görə də ərz edir ki, mənim günaha sövq edən nadanlığımı üzürlü say, bundan sonra Sənin yardımınla tapdığım mə`rifət hesabına nəfsin bəlalarından qurtarım.
Pərvərdigara! Şeytan və əmmarə nəfs buxovları əl-ayağımı, ağıl düşüncəmi hərəkətdən saxlayaraq məni yerə oturdub. İndi ki, öz lütfünlə bu aşiqi zəncirlərdən azad etmisən, o da qarşında göz yaşları axıtmağa müvəffəq olub, yardım əlini uzadıb ona şeytan və nəfs əsarətindən nicat ver.
Pərvərdigara! Əgər bu gün fəryadıma çatıb fir`oni, qaruni hallarımdan qurtarmasan Qiyamət günü daha ağrılı zəncirlərlə buxovlanasıyam.
"İnsan” surəsinin 4-cü ayəsində buyurulur: "Biz kafirlər üçün zəncirlər, qandallar və alovlu atəş hazırlamışıq”. "Haqqə” surəsinin 30-33-cü ayələrində oxuyuruq: "Onu tutub qandallayın! Sonra da Cəhənnəmə atın! Daha sonra onu yetmiş zər` uzunluğunda zəncirlə bağlayın! Çünki o, böyük Allaha inanmırdı.”
Ya Rəbb! Əgər bu gün bizi zəncirlərdən azad etməsən, elə bir gün gələcək ki, azadlığımız mümkün olmayacaq!
Əlbəttə ki, bu buxovlardan azad olan insanlar ibadət yolunda rahatlıqla irəli gedir və ömrünün sonunda asudəliklə mə`şuqa doğru qanad açırlar. Lakin şeytan və nəfs əsarətində olanlar qolu bağlı əsir tək yaşayır və elə bir aqibətə düçar olurlar ki, kimsə onun fəryadına yetişə bilmir!
Məşhur xəlifə Harun ər-Rəşid Xorasanda ağır xəstəliklə yatdığı vaxt öz sidik nümunəsini digər sidik nümunəsi ilə birlikdə ustad bir həkimə göndərir. Həkim Harun ər-Rəşidin sidiyi olan qabı ayırıb deyir: "Bu qabın sahibinə deyin ki, vəsiyyətini etsin.”
Xəlifəyə xəbər verirlər ki, şəhərdə ölümün haqqında şayiələr yayılıb. Bu şayiəni aradan qaldırmaq üçün xəlifə şəhərə çıxmaq qərarına gəlir. Əmr edir ki, minik gətirsinlər. Xəlifə ata minmək istəyərkən atın qıçı qatlanır. Xəlifə deyir: "Şayiə yayanlar düz deyib. Mənə kəfən hazırlayın və yatağımın yanında qəbir qazın.” Xəlifənin göstərişi yerinə yetirilir. O, qəbrə baxıb bu ayəni oxuyur: "Var-dövlətim mənə heç bir fayda vermədi; səltənətim də məhv olub getdi.”
Ey mənim Allahım! Qiyamət zəncirləri, buxovları çox ağrıdır! Cismimin zəifliyinə dərimin yuxalığına rəhm et. Bu günkü günah zəncirlərindən xilas etməsən, bu zəncirlər Qiyamət günü od zəncirlərə çevriləsidir. Zəif cismimlə əbədi olaraq bu zəncirlərdə qalmaq necə də ağırdır!
![]() |
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |