» » Şəfalı nəzər


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Şəfalı nəzər
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 29-02-2016, 16:00 | Baxılıb: 2 109
     
     

    Şəfalı nəzər


    Nəql edirlər ki, bir gün sultan Mahmud Qəznəvi dənizin sahilindən keçərkən bir gəncin pərişan halda oturub dənizə tilov atdığını görür. Sultan gəncdən pərişanlığının səbəbini soruşur. Gənc deyir: "Yeddi yetim qalmış qardaşıq. Qoca bir anamız var. Atamdan sonra bu ailənin xərci mənim öhdəmə düşüb. Hər gün bura gəlir, bir-iki balıq tuturam. Ailəni çox çətinliklə dolandırıram.” Sultan deyir: "Bu gün mənimlə şərik balıq tutarsan?” Gənc öz razılığını bildirir. Şah deyir: "Atdığın torun şərikinin adına sudan çək.” Gənc toru sudan çəkməyə başlayır Tor ağır olduğundan sultan və onun yanındakılar da oğlana kömək etdilər. Torda saysız-hesabsız balıq olur.

    Sultan Mahmud saraya qayıtdıqdan sonra oğlanı yanına gətirdib yanında əyləşdirir və ona son dərəcə lütf göstərir. Ətrafdakılar oğlanı bu hörmətə layiq bilmədikdə, şah deyir ki, necə olsa, o bizim şərikimizdir və bizim ixtiyarımızda olanlardan o da istifadə etməlidir.»

    Əgər bir sultanın nəzəri insanı çox çətinliklərdən qurtara bilirsə qadir Allahın nəzəri altında olan insanın müşkülü qalarmı?! Bu nəzər Nuh və başqa mö`minləri dəhşətli tufan təhlükəsindən qurtardı, qurumuş budağı Musanın əlində əjdahaya döndərdi, Əyyubu bəlalar dünyasından qurtardı, Yusifi qaranlıq quyunun dibindən çıxarıb Misir taxtına oturtdu!


    Hatəm Əsəm haqqında bir hekayə


    Hatəm İsəm öz dövrünün tanınmış arifi olmuşdur. Xalq arasında böyük hörmətə malik olmasına baxmayaraq, maddi çətinliklər içində yaşamışdır.

    Bir gecə dostlarla oturub Kə`bə evinin ziyarətindən danışdıqları vaxt Hatəmin qəlbində bu ziyarətə böyük bir eşq alovlanır. Evə qayıtdıqdan sonra ailə-övladlarına deyir: "Əgər razı olsaydınız, Allah evinin ziyarətinə gedər, sizin üçün də dua edərdim.” Xanımı e`tiraz edərək deyir ki, ailən çətinlik içində yaşadığı vaxt ziyarətə getməyi necə rəva bilirsən? Övladlar da ananın dediklərini təsdiq edirlər. Amma Hatəmin kiçik qızı belə deyir: "Bizə ruzi verən Allahdır, atam isə vasitədir. Əgər atam ziyarətə getsə Allah bizə başqa vasitə ilə ruzi yetirər.” Qızcığazın sözləri bütün ailə üzvlərinə tə`sir edir və onlar Hatəmə icazə verirlər.

    Beləcə Hatəm Həcc karvanına qoşulub ziyarətə yola düşür. Bu ziyarətin səbəbkarı olan qızcığazı qonşular və yaxınlar çox danlayırlar. Onların fikrincə bu ziyarət səbəbindən ailə böyük çətinliklərə düçar olasıydı.

    Hatəmin qızı çox qəmgin olur. Qəm içində üzüldüyü vaxt belə dua edir: "Pərvərdigara! Bunlar Sənin ehsanına adət ediblər, daim ne`mət süfrəndən bəhrələniblər. Məni onların yanında xəcil etmə.”

    Bir gün Hatəmin evinin yanından keçən şəhər hakimi onun evinə adam göndərib su istəyir. Hatəmin xanımı öz-özünə deyir: Biz dünən gecə ac yatmışıq, bu gün şəhər hakimi bizə möhtac olub su istəyir.” Hakim yoldaşlarından soruşur ki, bu ev kimindir? Deyirlər ki, Hatəm Əsəmin. Hakim kəmərindəki pul kisəsini çıxarıb Hatəmin həyətinə atır və deyir: "Məni istəyənlər də pul kisələrini atsınlar.” Hamı pul kisəsini çıxarıb həyətə atır.

    Bu hadisəni müşahidə edən qızcığaz ağlamağa başlayır...

    Karvanda Hatəmdən kasıbı yox idi. Onun nə atı, nə də azuqəsi var idi. Karvanda onu tanıyanlar onun səfər ehtiyaclarını ödəyirlər. Bir gecə Həcc əmiri ağır xəstələnir. Karvanın həkimi onun müalicəsində aciz qalır. Əmir deyir: "Karvanda elə bir hal əhli varmı ki, mənə dua etsin? Bəlkə dua mənə kömək edə!” Deyirlər ki, Hatəm Əsəm karvandadır. Əmir xidmətçiləri göndərib Hatəmi yanına çağırır. Hatəm çadıra daxil olub salam verir. Əmirin yanında əyləşib, ona dua edir. Dua qəbul olunur və əmir sağalır.

    Bu hadisədən sonra əmir göstəriş verir ki, Hatəmə minik versinlər və onun Həcc səfərinin xərcini ödəsinlər. Hatəm əmirə təşəkkür edib həmin gecə mehriban Allahı ilə xüsusi raz-niyaz edir. Gecə yatıb yuxuda gördü ki, ona deyirlər: "Ey Hatəm! Bizə e`timad göstərən şəxsin halına lütfümüzü şamil edərik. Ailə-övladından ötəri narahat olma. Onların ehtiyacını ödəmişik.” Yuxudan oyanan Hatəm Allaha həmd-səna oxuyur.

    Həcdən qayıdarkən övladları Hatəmin pişvazına çıxırlar. Hatəm körpə qızını qucağına alıb öpür və deyir: "Nə çoxdur batinində böyüklük olan zahirən kiçiklər. Allah yaşın çoxluğuna yox, mə`rifətin çoxluğuna nəzər salır. Allaha mə`rifətli və e`timadlı olun. Çünki Ona təvəkkül edən himayəsiz qalmaz.”

     

    Kitabın adı: Kumeyl duasının şərhi (2-ci cild)
    Müəllif: Hüseyn Ənsarian

     
     
    Bölmə: Hekayələr
    Şərhlər: 3
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Alemdar | Status: İstifadəçi Offline | 2 Mart 2016 00:05 | Sayt nəzarətçisi | Şərh yazdı
    Cox sag olun beyendim Hatemle baglı heykayeni cox beyendim Allahı and verirem bizlerede nezer etsin uzumuze mekke medine kerbela mewhed qapısını acsın Amin bilirem insan ehtiyac uzunden yeyir icir geynir bu insanin ehtiyacıdır ama menim ruhumun ehtiyacı kerbeladır bu ne yemekdir ne icmek ama ele bir hissdirki butun ruhunu qelbini buruyub doze bilmirsen gozum hakını telb edir kerbelanı gormey istiyirem ayaglarımı hakını istiyire muqeddes tormaga qedem qoymag istiyir ellerim zirehden tutmag istiyir alnım kerbelada secdeye getmey istiyir İlahi bu gunahkar qulunun ruhunun ehtiyacı olan kerbelanı nesib et yalvarıram neceki istesen ol desen olur o qapını acan sensen senden bu merhemeti gozleyirem biz awiqlere rehm et butun qelbden isteyen momin ve mominelere ehlibeyt ziyaretin nesib et Amin

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: RuQeYyA | Status: İstifadəçi Offline | 1 Mart 2016 08:07 | Sayt nəzarətçisi | Şərh yazdı
    Yazan elleriniz var olsun cox beyendim haqqinizi halal edin

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Allahin-Asiqi | Status: İstifadəçi Offline | 29 Şubat 2016 23:24 | İstifadəçi | Şərh yazdı
    Allah razi olsn baci cox duwundurucu hekayelerdir

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.