158. Ric‘ət (Dünyaya qayıdış)
794. Ölülərin ric‘əti
2517. İmam Sadiq (ə):«Allaha and olsun, Allah-taala ölüləri dirildib diriləri öldürməmiş, haqqı öz əhlinə qaytarmamış və Özünün bəyəndiyi (İslam) dini bərpa etməmiş (bütün dünyaya hakim etməmiş) gündüzlər və gecələr öz sonuna çatmayacaq.»
795. Ric‘ət edənlər
2518. İmam Əli (ə):«Allah-taala Adəmdən (ə) Məhəmmədə (s) qədər bütün mürsəl peyğəmbərləri dirildər ki, onlar mənim yanımda ölülərin və dirilərin, bütün cinlərin və insanların başlarına qılıncla zərbə endirsinlər… Mənim qayıtma ardınca qayıtmağım, ric‘ət ardınca ric‘ətim var. Mən bu qayıdışların və ric‘ətlərin, bu yürüşlərin və intiqamların sahibiyəm.»
2519. İmam Sadiq (ə):«Dünyaya qayıdan birinci şəxs Hüseyn ibn Əlidir (ə). O, yer üzündə o qədər hökmranlıq edər ki, qocalıqdan qaşları gözlərinin üstünə tökülər.»
796. Ric‘ət hamı üçün deyil
2520. İmam Sadiq (ə):«Ric‘ət ümumi deyil, xüsusidir. Dünyaya yalnız xalis möminlər və qatı müşriklər qayıdacaqlar.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 1-cild