Məhdinin (ə.f) səhabələrinin xüsusiyyətləri
امام صادق(عليهالسلام) ميفرمايد: «مَنْ سَرَّهُ أَنْ يَكُونَ مِنْ أَصْحَابِ الْقَائِمِ فَلْيَنْتَظِرْ وَ لْيَعْمَلْ بِالْوَرَعِ وَ مَحَاسِنِ الْأَخْلَاقِ وَ هُوَ مُنْتَظِرٌ فَإِنْ مَاتَ وَ قَامَ الْقَائِمُ بَعْدَهُ كَانَ لَهُ مِنَ الْأَجْرِ مِثْلُ أَجْرِ مَنْ أَدْرَكَهُ فَجِدُّوا وَ انْتَظِرُوا هَنِيئاً لَكُمْ أَيَّتُهَا الْعِصَابَةُ الْمَرْحُومَة»
İmam Sadiq (ə) buyurur: "Hər kəs İmam Qaimin (ə.f) səhabələrindən olmaq istəyirsə, gərək müntəzir olsun və intizar halında da təqvaya, gözəl əxlaq və rəftarlara malik olsun. Odur müntəzir. Əgər ölsə və İmam Qaim (ə) onun ölümündən sonra qiyam etsə, onun savabı həzrəti dərk edən şəxsin savabı qədərdir. Bəs çalışın və müntəzir qalın. Mübarək olsun sizə ey Allahın rəhməti şamil olduğu camaat!”
Bəzən duada deyirik: "İlahi, məni İmam Zamanın (əc) köməkçilərindən və əsgərlərindən qərar ver”. Amma bu rəvayətə əsasən, imam Sadiq (ə) qeybət zamanında bizi imamın köməkçilərindən yox, səhabələrindən olmağa dəvət edir. Yəni mənəviyyatda aza qane olma. Hər nə versələr, gərək deyəsən doymadım. Doymamalısan. Məna aləmində nə versələr, de: "zidni”, daha çox ver, doymadım.
Diri qalmaq istəyirsənmi? Yolu budur: ye və doyma, ta Kövsər hovuzunda fəna olasan. Ora fəna məqamıdır. Orada insan həqiqət sahibləri ilə vəhdətə qovuşur. Onların adları və xüsusiyyətləri insanda təcəlla edir. İnsan, Peyğəmbərin (s) təcəllası və İmam Zamanın (əc) sifətləri üçün güzgü ola bilər. Onlara qovuşmaq qabliyyəti səndə vardır.
Yuxarıda qeyd olunan rəvayətdə imam Sadiq (ə) buyurur: "Hər kəs İmam Qaimin (ə.f) köməkçilərindən olmaq istəyirsə”-ona dəstur-əməl verim.
1. İntizar
İmam (ə) buyurdu: "Müntəzir olsun”. Birincisi intizardır. Böyük bir şəxsin intizarını çəkən insan özünü onun üçün hazırlayır. Çünki ona uyğun olmalıdır. Bu fiziki bir hərəkət deyil ki, məsələn qonaq gələndə evimizdə qonağa uyğun olaraq dəyişiklik edək. Əksinə bu qonaqlıqdır. Onu öz can və batininə dəvət edirsən. Canına diqqət etməlisən, ürək evinə nəzər salmalısan.
Bu qıfılı aç, qoy daxil olsunlar, onun şəninə uyğun olaraq qıfılları açmalısan. Ona görə də intizar insanı yuxarı aparır. İntizar, hər an kamalda və ruhun kamilləşməsində irəliləmək deməkdir.
2. Vərəyə əməl etmək
İmam buyurdu: "Vərəyə (təqvaya) riayət etsin”. Vərəyə əməl et. Vərə, təqvanın ən yüksək həddidir. "Allahdan (Allahın əzabından) bacardığınız qədər qorxun”. Mənəviyyatda "bəs” yoxdur. Mənəviyyatda bütün vücud və gücünlə irəli getməlisən. Ona görə bu dünyaya gəlmişik. Əbədiyyət irəlidədir.
3. Gözəl əxlaq
İmam (ə) sonra buyurur: "Gözəl əxlaqa malik olsun”. Gözəl əxlaq sahibi olmaq üçün çalışmalıdır. Gözəl əxlaq qazanmalıdır.
Axund Kəninin zamanında yorğan tikənin hekayəti
Təqlid mərcələrindən olan mərhum Axund Kəni Tehranda yaşayırdı. Tanınmış, adlı-sanlı şəxs idi. O mərhum Şeyx Ənsarinin müasiri idi. Onun xadimi deyir ki, hər vaxt qarşıya bir müşkül çıxsaydı, məni yorğan tikənin yanına göndərib deyirdi: "Ona de ki, mənim üçün dua etsin”.
İnsan danışmaqla bir yerə yetişmir. İnsan elmini həqiqətə qovuşdurmasa, bir məqama çata biməz. Qovuşdura bilsən, nur olacaq. Əgər ora qovuşdura bilməsən, sözdən başqa bir şey deyil və yeri də insanın zehnidir. İnsanın ömrü başa çatdıqda, yaddan çıxır. İnsanın ürəyi işə düşməlidir ki, kamal sifətləri, onun həqiqətinin və zatının bir hissəsi olsun. Elə ki, Allah və həqiqətə qovuşdu, onda insan, insan olur. Hər nə varsa, ürək aynasındadır. Ürək hazır olduqda feyzləri alır.
Daim deyirik, nəql edib, hekayət edib, məna əhlində görmüşük. Yalnız başqalarından nəql etmək istəyirik. İstəmirik ki, bizdən də nəql olsun. Filankəslə nə işin var?! Özün tap. Həmişə həsrət halında qalmaqmı istəyirsən?! Sən də elə həyat sür ki, başqaları sənə həsrət çəksin. Nə üçün həmişə sən başqalarının həsrətini çəkməlisən və başqaları sənin qəlbində həsrət toxumunu səpirlər? Çalış, sən də bəşəriyyət üçün həsrət toxumu səp. Ən azından ətrafındakılar üçün. İnsan kamala yetişdikdə başqalarının qəblinbə həsrət toxumu əkir. Həsrət toxumu da kamal toxumu gətirir və sinələrdə ah yaradır. Daim ah çəkir və göz yaşı tökür. Başqalarını məqsədə çatmış, özünü isə geridə qalmış görür. Bizim elm və dərs oxumağımız gecə namazına yetişməsə, nə faydası vardır?! Əgər Quran tilavətinə qovuşmasa və Quranı oxumasaq və dərk etməsək, nə faydası vardır?!
Xadim deyir: Hər vaxt mərhum Axund Kəni desəydi, gedirdim yorğan tikənin yanına. Bir dəfə Axunda Kəni çətin müşküllə qarşılaşdı və əli hər yerdən üzüldü. Aləmdə çıxış yolu olmayan məsələ yoxdur. Çarəsizlik, maddiyyat fikrində olanlar üçündür. Əgər Allaha yönəlsən heç vaxt çarəsizliyə düçar olmazsan. Ağıllı insan aləmi 6 tərəfli görür. Amma ürək 6 tərəfli yox, sonsuz görür. İnsan həqiqətə əmin olduqda sanki bütün dünya onun qoşunudur, sanki aləmin şahıdır.
Xadim deyir, getdim yorğan tikən kişinin yanına və qayıtdım. Axund Kəni bir az fikrə dalıb dedi: "Ağanın izni ilə müşkül həll oldu”. Bir dəfə yorğan tikənə dedim: Hansı əməli etmisən ki, Allah sənə bu məqamı vermişdir. İmam Zamanla (əc) necə görüşmüsən? Mən çox israr etdikdən sonra dedi: Cavanlıq çağlarımda Səhlə və Kufə məscidlərinə çox gedirdim. Hər kəsdən İmam Zamanın (ə) ətri gəlirdisə, onun sorağına gedirdim. Çox gəzdim, axtardım lakin əlim bir yerə çatmadı. Yoruldum və yorğan tikməyə başladım. Ramazan ayına bir həftə qalmış yadıma düşdü ki, neçə ildir bibimə baş çəkməmişəm. Məhəbbət və gözəl əxlaq İmam Zamana (əc) qovuşmağın şərtidir. Bir kilo ət və bir neçə kilo noxud, ləpə və düyü alıb getdim bibimin görüşünə getdim. Bibim evdə yox idi. Soruşdum, su gətirməyə getdiyini dedilər. O vaxt krantdan su gəlmirdi və su anbarından suyu gətirirdilər. Getdim su anbarına, gördüm yeddi pilləsi var. Pilləni aşağı endim, gördüm, bibim su götürmək üçün əlini anbara uzadır, amma götürə bilmir. Salam verdim. Bibim məni görən kimi gözlərinə işıq gəldi. Kuzəni əlindən alıb, su götürdüm və bibimin əlindən tutub evə gətirdim. Aldığım payları ona verdim, ürəyini aldım. Çox sevindi və mənim üçün çoxlu dua etdi. Onunla xudahafizləşib evdən çıxdım. Elə küçədən sağ tərəfə dönmüşdüm, oradaca canım, İmam Zamanın (əc) canına düyünləndi. İstədiyimi tapdım.
Gözəl əxlaqın çox qəribə təsirləri vardır. Xüsusilə də bibiyə yaxşılıq etmək. Şəhərlərin birində imam cümə olan yoldaşlardan biri deyirdi: Bir dəfə karvanla Məşhədə gedirdik. Tez gedib bibimin əlindən öpdüm və ona hörmət göstərdim. Yuxuda gördüm ki, Məkkədən gəlmişəm və İmam Zaman (əc) görüşümə gəlib. Ağa mənə buyurdu: Ziyarətin qəbul olsun. Dedim: Ağacan, mən Məkkəyə getməmişəm. Buyurdu: Bibini görməyə getməmişdinmi?!
"Fürsət bir bulud kimi ötüb keçər. Belə isə, yaxşı fürsətləri qənimət bil”.
Hazırladı: Füruği-Tövhid Təhqiqat Qrupu