Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+2  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 2
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Günah
    +5
    Müəllif: Elya | 18-02-2016, 12:00 | Baxılıb: 1 767
     

    151. Günah

    759. Günah

    Qur’an:

    «Günahı -istər aşkar olsun, istər də gizli- tərk edin. Çünki günah işlər görənlər öz əməllərinin cəzasına çatacaqlar.»

    «Bəli, pis işlər görən və günaha batanlar Cəhənnəm əhlidir və orada əbədi qalacaqlar.»

    2392. İmam Əli (ə): «Günahlar xəstəlikdir. Onların dərmanı Allahdan istiğfar (bağışlanmaq diləmək) və şəfası bir daha o günahı təkrar etməməkdir.»

    2393. İmam Əli(ə): «Ey insan! Hansı bir şey səni günah etməkdə həyasız, Rəbbinin qarşısında qürurlu və özünü xarab etməkdə adətkar etmişdir?»

    2394. İmam Əli (ə): «Bu insanlara heyrətlənirəm. Sağlamlıqlarına zərər dəyəcəyindən qorxaraq yeməkdən pəhriz saxlayır, Amma onları Cəhənnəm əzabına atan günahlardan necə də çəkinmirlər!»

    2395. İmam Əli (ə): «Əgər Allah-taala Ona itaətsizlik olunduğuna görə(əzabla) qorxutmasaydı belə, yenə də bəxş etdiyi nemətlərə görə Ona itaət etmək vacib olardı.»

    2396. İmam Əli (ə):«Pisliklərdən çəkinmək yaxşılıq etməkdən üstündür.»

    2397. İmam Əli (ə): «Həqiqətən, ağıllı insanlar dünyanın artığını tərk edərlər, o ki qalmış olsun günahları.! Halbuki, dünyanı tərk etmək fəzilət və ləyaqət, günahları tərk etmək isə vacibdir.»

    2398. Mə‘sum İmamlar (ə) buyururlar: «Çalışın və sə‘y göstərin, əgər (xeyir) əməl etmirsinizsə, (heç olmasa) günah da etməyin. Çünki binanı tikən və onu uçurmayanın binası, hərçənd kiçik olsa da ucalar. Amma binanı tikən və sonra da onu uçuran şəxsin binası ucalmaz.»

    760. Aşkar günah etmək


    2399. İmam Əli (ə): «Pak olan Allaha aşkar surətdə itaətsizlik etmək, cəzaları tezləşdirər.»

    2400. İmam Rza (ə): «Öz günahını aşkar edən kəs xar olub tək-tənha qalar. Günahı gizli və örtülü saxlayan kimsə bağışlanar.»

    761. Ən böyük günahlar


    2401. İmam Əli (ə): «Ən pis günah, günahkarın onu yüngül (kiçik) sanmasıdır.»

    2402. İmam Əli (ə): «Allah yanında ən böyük günah, sahibinin israr (dəfələrlə təkrar) etdiyi günahdır.»

    2403. İmam Baqir (ə): «Günahların hamısı pisdir, onların ən pisi isə üzərinə ət və qan gələn günahdır.»


    762. Bağışlanmayan günahlar

    Qur’an:

    «Şübhəsiz ki, Allah Ona şərik qoşmağı bağışlamaz və ondan qeyri günahı istədiyi kəsə keçər. Allaha şərik qoşan kəs, Əlbəttə ki, böyük günah etmişdir.»

    Hədis:

    2404. Allahın Peyğəmbəri (s): «Pis əxlaqdan başqa bütün günahların tövbəsi vardır. Çünki pis əxlaqlı insan hər günahdan qurtarıb tövbə edəndə, digər bir günaha düşər.»

    2405. İmam Əli (ə): «Allah-taalanın Qur‘anı Kərimdə buyurduğu qəti hökmlərdən bəziləri bunlardır. Əgər insan bu əməllərdən birini edib, tövbə etmədiyi halda Allahı ilə görüşərsə, (xeyirli işlər görmək üçün) özünə zəhmət verib və əməlini xalis etsə belə, özü üçün bir xeyir aparmaz: Allahın ona vacib etdiyi ibadətdə və sitayişdə Allaha şərik qoşmaq, kimsəni öldürməklə öz qəzəb atəşini söndürmək, özü etdiyi işə görə başqasını məzəmmət etmək, insanlardan öz ehtiyac və istəyini əldə etmək üçün dində bir bidət icad etmək, insanlarla ikiüzlü, ya da ikidilli olmaq.»

    2406. İmam Baqir (ə): «Bağışlanmayan günahlardan biri də insanın dediyi bu sözdür: «Kaş bu günahdan başqa heç bir şey barədə sorğu-sual olunmayaydım.»

    2407. İmam Sadiq (ə): «(Ey Cundubun oğlu) Din qardaşlarının (həmməsləklərinin) səndən narazılıqlarından başqa bütün günahlar bağışlanar.

    763. Gizlində günah etməkdən çəkindirmək

    2408. İmam Əli (ə): « (Özünüzə) Xəlvət yerlərdə Allaha qarşı günah etməkdən çəkinin. Çünki şahid olan Allah həm də (mühakimə edən) hakimdir.»

    2409. İmam Baqir (ə): «Gizlində günah edən kəsə qarşı Allah etinasız olar.»

    764. Günahı yüngül və kiçik sanmaq

    2410. Allahın Peyğəmbəri (s): «Həqiqətən, mömin öz günahını, onun üstünə düşəcəyindən qorxduğu böyük bir qaya kimi görür. Kafir isə öz günahına burnunun qabağından (vızıldayıb) keçən bir milçək kimi baxır.»

    2411. Allahın Peyğəmbəri (s): «Həqiqətən, iblis sizin kiçik günahlarınızdan şaddır.»

    2412. Allahın Peyğəmbəri (s): «Günahın kiçikliyinə baxmayın. Ancaq baxın, görün kimə qarşı ədəbsizlik etmisiniz.»

    2413. İmam Əli (ə): «Pak olan Allahın yanında ən böyük günah, günahkarın nəzərində kiçik sayılan günahdır.»

    2414. İmam Baqir (ə): «Günahını kiçik saymaq və bu vəziyyəti ilə razılaşmaq kimi müsibət yoxdur.»

    2415. İmam Kazim (ə): «Kiçik günahları az hesab etməyin. Çünki həmin günahlar bir-birinin üstünə qalanıb çoxalar.»

    2416. İmam Rza (ə): «Kiçik günahlar böyük günahlara açılan bir yoldur. Allah qarşısında az günahdan qorxusu olmayan kimsə, çox günahda da Ondan qorxmaz.»

    765. Böyük günahlar

    Qur’an:

    «Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, sizin (digər) pisliklərinizdən keçər və sizi ali bir məqama çatdırarıq.»

    Hədis:

    2417. Allahın Peyğəmbəri (s): «Böyük günahlar bunlardan ibarətdir:«Allaha şərik qoşmaq, ata- ananı incitmək, adam öldürmək və (başqalarının hüququnu pozmaq və xalqın malını yemək) üçün yalandan and içmək.»

    2418. İmam Əli (ə) ən böyük kəbirə günahlar barədə verilən suala cavabında:«Allahın məkrindən (möhlət və əzabından) qafil olub özünün amanda olduğunu sanmaq, Allahın köməyindən məyus olmaq və Allahın rəhmətindən ümidini üzmək.»

    2419. İmam Sadiq (ə): «Yeddi böyük günah vardır:«Mömini qəsdən öldürmək, iffətli qadına böhtan atmaq, düşmənə qarşı olan cihad meydanından qaçmaq, hicrətdən sonra təərrub, yetimin malını haqsız yerə yemək, ribanın (sələmin) haram olduğunu biləndən sonra ondan qazanc kimi istifadə etmək və Allahın vacib etdiyi Cəhənnəm əzabına səbəb olan hər bir şey.»

    766. Günaha etməkdə israrlı olmaq

    Qur’an:

    « Və o kəslər ki, pis iş gördükləri və özlərinə zülm etdikləri zaman Allahı yad edər və günahlarının bağışlanmasını diləyərlər, (Məgər) Allahdan başqa günahları kim bağışlar? Belə isə, onlar öz günahlarının pisliklərindən agah olduqda, bir daha gördükləri işlərdə israr etməsinlər.»

    Hədis:

    2420. Allahın Peyğəmbəri (s): «İstiğfarla (bağışlanmaq diləməklə) böyük günah bağışlanar və kiçik günahda israr etməklə (kiçiklik) mənası aradan gedər.»

    2421. İmam Baqir (ə) «…gördükləri işlərdə israr etməsinlər» ayəsi barədə): «Günahda israr etməyin mənası budur ki, bəndə günah edəndən sonra, onun bağışlanmasını istəməz və tövbə etmək fikrində də olmaz.»

    767. Günaha şad olmaq

    2422. İmam Əli (ə): «Allah-taala günahdan ləzzət alan kimsəni zəlil edər.»

    2423. İmam Səccad (ə): «Günaha şad olmaqdan çəkin. Çünki günaha şad olmaq onu etməkdən pisdir.»

    768. Günahların nəticələri

    2424. Allahın Peyğəmbəri (s): «Günah, onu etməyən kəs üçün də bədbəxtlikdir. Çünki əgər onu eyb tutarsa, (həmin günaha) duçar olar, əgər onun qeybətini edərsə günahkar olar və əgər ona razı qalarsa onda şərik olar.»

    2425. İmam Əli (ə): « Gözlərin yaşı rəhmsizlikdən qeyri bir səbəbdən qurumadı, qəlblər də yalnız günahların çoxluğundan rəhmsiz oldular.»

    2426. İmam Səccad (ə): «Göydən yağışın yağmasının qarşısını alan günahlar hakimlərin ədalətsiz hökm çıxarmaları, yalan şəhadət vermək və şəhadəti gizlətməkdən ibarətdir.»

    2427. İmam Baqir (ə): «Heç bir il digər ildən az yağıntılı deyil. Əslində, Allah-taala yağışı istədiyi yerə yağdırar. Amma bir xalq günah əməllər edəndə Allah-taala onlar üçün təyin etdiyi yağışı yağdırmaz.»

    2428. İmam Sadiq (ə): «İnsan bir günah edən zaman onun qəlbində qara nöqtə yaranar. Əgər tövbə etsə, o nöqtə təmizlənər. Ancaq əgər yenə günah etsə həmin nöqtə böyüyər və nəhayət qəlbinin hər yerini bürüyər. Bundan sonra isə o, heç vaxt nicat tapmaz.»

    2429. İmam Sadiq (ə): «Allah-taala bəndəyə verdiyi hər bir neməti, yalnız həmin neməti ondan məhrum etməyə layiq olan günaha görə geri almışdır.»

    2430. İmam Sadiq (ə): «Həqiqətən, bəndə etdiyi bir günaha görə gecə namazından məhrum olar. Pis əməlin insana tə‘sirinin surəti, bıçağın ətə tə‘sirinin sürətindən daha çoxdur.»

    2431. İmam Sadiq (ə): «Günahların nəticəsinə görə ölən adamların sayı, əcəlinin çatmasına görə ölənlərin sayından çoxdur.»

    2432. İmam Rza (ə): «Rəhbərlər yalan danışanda göydən yağış yağmaz, sultan zülm etsə dövlət zəifləyib etibardan düşər və zəkat verilməyəndə heyvanlar ölər.»

    769. Cəzası tez yetişən günahlar

    2433. Allahın Peyğəmbəri (s): «Üç günahın cəzası bu dünyada çatar və axirətə qalmaz: Ata-ananı incitmək, xalqa zorakılıq və zülm etmək, başqalarının yaxşılıqlarına qarşı naşükrlük etmək.»

    2434. İmam Baqir (ə): «Əmirəl-mömininin (ə) kitabında belə yazılıb: «Üç günahın sahibi bu dünyada onların cəzasını çəkər. Bu günahlar: zülm etmək, qohumluq əlaqələrini kəsmək və yalandan and içməkdir.»

    770. Günahların dərmanı.

    2435. Allahın Peyğəmbəri (s): «Hər dərdin dərmanı var. Günahların dərmanı da istiğfardır (bağışlanmaq diləmək).»

    2436. Allahın Peyğəmbəri (s): «Möminin yetmiş iki pərdəsi var. Bir günah edən zaman bir pərdə yırtılar və əgər tövbə etsə Allah o pərdəni digər yeddi pərdə ilə birlikdə ona qaytarar.»

    771. Günahların kəffarəsi

    1. Dünyəvi cəza.

    2437. Allahın Peyğəmbəri (s): «Mömin kişi və qadınlar həmişə can, mal və övladlarında bəlaya düçar olarlar ki, sonda heç bir günahı qalmadan Allaha qovuşsunlar.»

    2438. İmam Əli (ə): «Bizim şiələrdən hər biri qadağan etdiyimiz bir iş görərsə, ölməmişdən qabaq onun malına, ya övladına və ya özünə bəla gələr. Bununla da, öz günahlarından təmizlənər və Allahla günahsız halda görüşər. Əgər günahlarından hələ də bir şey qalarsa, ölüm zamanı çətinliklə can verər.»

    2439. İmam Sadiq (ə): «Allah-taala bəndənin xeyrini istəyəndə onun günahlarının cəzasını elə bu dünyada verər. Bəndəyə pislik istəsə, onu öz günahlarında saxlayar ki, Qiyamət günü günahlarının cəzasını çəksin.»

    2. Xəstəliklər.

    2440. Allahın Peyğəmbəri (s): «Xəstəlik günahları təmizləyər.»

    2441. Allahın Peyğəmbəri (s): «Bir gecə qızdırma içində olmaq bir ilin günahlarının kəffarəsidir.»

    2442. İmam Əli (ə): «Allah-taala bəndəyə xəstəlik göndərdikdə xəstəliyinin miqdarı qədər onun günahlarından təmizləyər.»

    2443. İmam Əli (ə) (uşaqların xəstəliyi barədə): «Onların ata və analarının günahlarının kəffarəsidir.»

    3. Qəm-qüssələr.

    2444. Allahın Peyğəmbəri(s): «Möminin başına gələn elə bir əziyyət, hadisə, qəm-qüssə və hətta qəlbinin nigarançılığı olmayıb ki, bunların vasitəsilə Allah-taala onun günahlarını silməsin.»

    2445. İmam Sadiq(ə): «Həqiqətən, qəm-qüssə müsəlmanı günahdan təmizləyər.»

    2446. İmam Rza (ə): «Əli şiələrindən elə bir şəxs yoxdur ki, gün ərzində bir pis əməl, ya bir günah edəndə gecə onu qəm-qüssə burüməsin. Bunun vasitəsilə onun etdiyi pis əməl, ya günah silinib gedər. Bəs, qələm belə şəxsin günahlarını necə yazsın?»

    4. Xeyir əməllər

    Qur’an:

    «Günün əvvəlində və sonunda, gecənin ilk saatlarında namaz qıl. Çünki yaxşılıqlar pislikləri silib aparar. Bu, ibrət götürənlər üçün bir ibrətdir.»

    2447. Allahın Peyğəmbəri (s): «Elə ki bir pis əməl etdin, yaxşı iş gör ki, o pisliyi təmizləsin.»

    5. Xoşxasiyyətlilik.

    2448. Allahın Peyğəmbəri (s): «Əgər insanda bu dörd xislət olarsa, başdan ayağa günaha batmış olsa belə, Allah-taala onun günahlarını yaxşılığa və savaba çevirər: doğruluq, həya, xoşxasiyyətlilik və şükr etmək.»

    2449. İmam Sadiq (ə): «Günəş buzu əritdiyi kimi, xoş xasiyyət də günahları əridər. Sirkə balı necə korlayırsa, pis xasiyyət də (xeyir) əməlləri elə korlayar.»

    6. Məzlumların köməyinə çatmaq.

    2450. İmam Əli (ə): «Məzlumların fəryadına çatmaq və qəmlinin qəmini dağıtmaq böyük günahların kəffarəsindəndir.»

    7. Mələklərin əfv diləmələri.

    2451. İmam Sadiq (ə): «Allah-taalanın elə mələkləri var ki, külək (payız çağı) ağacın yarpaqlarını saldığı kimi, günahları bizim şiələrin çiynindən aşağı salarlar. Allah-taalanın «öz Rəbblərinə sitayiş edərək Ona təsbih deyirlər və möminlər üçün bağışlanmaq diləyərlər.» kəlamında Allaha and olsun ki, möminlərdən məqsəd sizlərdən başqa bir kəs deyil.» 

    8. Çoxlu səcdə.

    2452. İmam Sadiq (ə):«Bir kişi peyğəmbərin yanına gəlib ərz etdi:«Ey Allahın Rəsulu. Günahlarım çoxalıb, əməllərimsə zəifləyib və azalıb.» Allahın Peyğəmbəri (s) buyurdu:«Çox səcdə et. Çünki külək ağacların yarpağını tökdüyü kimi, səcdə də günahları tökər.» 

    9. Həcc və ümrə.

    2453. Allahın Peyğəmbəri (s):«Bu ümrə növbəti ümrəyədək olan arada baş verən günahların kəffarəsidir. Qəbul olunmuş həccin savabı Cənnətdir. Elə günahlar var ki, Ərəfatdan başqa heç bir yerdə bağışlanmaz.

    10. Məhəmməd və onun ailəsinə (Əhli-Beytinə) salavat göndərmək.

    2454. İmam Rza (ə):«Kim günahlarının silinməsi üçün bir iş görə bilmirsə, Məhəmməd və onun pak ailəsinə çoxlu salavat göndərsin. Çünki bu əməl günahların kökünü kəsər.» 

    11. Ölüm.

    2455. Allahın Peyğəmbəri (s):«Ölüm - möminlərin günahlarının kəffarəsidir.» 
     
    Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 1-cild

     
     
    Bölmə: Hədislər / Hədislər-yazılı
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.