409. Müvəffəqiyyət
1845. Müvəffəqiyyət
Qur‘an
«Dedi: Ey qövmüm, düşünün! Əgər mən Rəbbimdən aşkar bir dəlilə malik olsam və O mənə Öz tərəyindən gözəl bir ruzi versə (yenə Ona ibadət etməkdən əl çəkim)? Mən sizi çəkindirdiyim şeylə müxalifət etmək (və onları yerinə yetirmək) istəmirəm. Mənim (insanları) bacardığım qədər islah etməkdən başqa niyyətim yoxdur.»Mənim müvəffəqiyyətim yalnız Allah tərəfindəndir.»Mən Ona təvəkkül etmişəm və Ona tərəf dönəcəyəm.»
Hədis:
6616.İmam Əli (ə): «Müvəffəqiyyət (ilahi) qayğı və köməkdir.
6617.İmam Əli (ə): «Müvəffəqiyyət (ilahi) rəhmətdir.
6618.İmam Əli (ə): «Müvəffəqiyyət Allahın cazibələrindəndir.
6619. İmam Əli (ə): «Müvəffəqiyyət nemətin başlanğıcıdır.
6620.İmam Əli (ə): «(Allahın) müvəffəqiyyət (qazanılmasına kömək və qayğısı) olmadan heç bir sə‘y fayda verməz.
6621.İmam Əli (ə): «Müvəffəqiyyət xoşbəxtliyin başlanğıcıdır.
6622.İmam Əli (ə): «Müvəffəqiyyət kimi bələdçi yoxdur.
6623.İmam Əli (ə): «Təcrübənin qorunması müvəffəqiyyət (amillərin)dəndir.
6624.İmam Əli (ə): «Çaşqınlıq zamanı dayanıb durmaq müvəffəqiyyət (amillərin)dəndir.
6625.İmam Baqir (ə): «Sağlamlıq kimi nemət, müvəffəqiyyətin yar olması kimi sağlamlıq yoxdur.
6626.İmam Baqir (ə) «Allahdan başqa heç bir qüdrət və güc yoxdur» cümləsinin mə‘nası barəsindəki sualın cavabında buyurmuşdur: Onun mə‘nası budur ki, bizdə Allahın yardımı olmadan Onun günah buyurduqlarından üz döndərmək qüdrəti, həmçinin Allah-taalanın müvəffəqiyyət qazanmaq köməyi olmadan Ona itaət gücü yoxdur.»
1846.Allahın müvəffəqiyyət qazanmağa kömək etməsi və köməksiz qoyması
Qur‘an:
«Əgər sizə Allah yardım etsə, sizə heç kəs qalib gələ bilməz. (Yox) əgər (O) sizi köməksiz qoysa, Ondan sonra sizə kim kömək edəcəkdir? Möminlər gərək yalnız Allaha təvəkkül etsinlər.»
6627.Allahın Peyğəmbəri (s): «Günahlar nəticəsində günahkara köməksizlik hakim olur və nəhayət onu daha böyük günahlara düçar edir.»
6628.İmam Əli (ə): «Müvəffəqiyyət ağlın köməkçisi, köməksiz qoyulmaq (Allahın köməksiz qoyması) isə nadanlığın yardımçısıdır.»
6629.İmam Əli (ə): «Camaat! Kim Allahı özünə nəsihətçi götürsə, müvəffəqiyyət qazanar, kim Onun sözünü özünə bələdçi götürsə çox möhkəm yol və dinə yönələr. Çünki Allahın qonşusu amanda, düşməni isə qorxu içindədir.»
6630.İmam Sadiq (ə) («mənim müvəffəqiyyətim yalnız Allah tərəfindəndir» və «əgər sizə Allah yardım etsə, sizə heç kəs qalib gələ bilməz» ayələri barəsində buyurmuşdur): «Bəndə Allah-taalanın əmr etdiyi itaəti yerinə yetirən zaman, onun əməli Allah-taalanın əmrinə müvafiq olduğu üçün onu «müvəffəq bəndə» adlandırırlar. Bəndə bir məsələdə Allaha itaətsizlik etmək istəyəndə və Allahın onunla həmin günah arasında maneə olması nəticəsində o, günahı tərk edəndə bəndənin bu günahı tərk etməsi Allah-taalanın köməyi ilədir.»Amma əgər Allah bəndənin həmin günahı yerinə yetirməsinin qarşısını almasa və günahı yerinə yetirməsi üçün onu olduğu halda buraxsa, Allah onu tərk edib, köməksiz qoyub və ona (günahı tərk etmək) müvəffəqiyyət (i) verməyib.»
Kitabın adı: Mizanul – hikmət (xülasəsi) 2-ci cild