» » “Nəhcül bəlağə” kitabının sənədi varmı...?


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
“Nəhcül bəlağə” kitabının sənədi varmı...?
+5
Müəllif: Huseynci Medine | 21-02-2016, 15:00 | Baxılıb: 1 457
 

"Nəhcül bəlağə” kitabının sənədi varmı...?

Vəhhabilər belə bir şübhə yayırlar ki, Əmirəl möminin Əli əleyhissalamın xütbələri, məktubları və qısa kəlamları toplanmış Nəhcül bəlağə kitabının sənədi yoxdur, və bu kitabdakı xütbələr, məktublar və qısa kəlamlar Nəhcül bəlağəni toplayan Seyyid Rəzinin özünün qoşmalarıdır. Xahiş edirk bu məsələyə aydınlıq gətirəsiniz.
Cavab:
1- Əhli-sünnənin dahi alimlərindən olan İbn Əbil-Hədid Mötəzili "Nəhcül-bəlağə” kitabına yazdığı şərhinin 10-cu cildinin 128-ci səhifəsində deyir: "Bir çox həva-həvəs əhli belə iddia edirlər ki, "Nəhcül-bəlağə”nin xütbələrinin bir hissəsi Seyyid Rəzi və sair şiə alimləri tərəfindən qoşulmuş və İmam Əlinin adına çıxarılmışdır. Bunlar həmin adamlardırlar ki, təəssübkeşlik və inad üzündən gözləri siratul-müstəqimdən süquta uğramış və heç bir danışıq üslubundan xəbərləri yoxdur. Mən qısa surətdə onların səhvlərini aydınlaşdırıb deyirəm:
Sizin Nəhcül-bəlağəyə şəkk etməyiniz iki səbəbdən biri üzündən ola bilər. Ya Nəhcül-bəlağənin hamısının qurma olmasına, ya da bir hissəsinin qurma olmasına şəkk edə bilərsiniz.
Birinci səbəbin batil olması dəqiqdir, çünki buradakı nəqllərin bir çoxlarının Əli əleyhissalama aid olması təvatür yolu ilə sübut edilmişdir və biz onlara inanırıq. Şiə olmayan tarixçılərin və hədis söyləyənlərin hamısı və ya əksəriyyəti Nəhcül-bəlağənin xütbələrinin çoxunu yazmışlar. Onlar şiə olmadıqlarına görə onları ittiham edə bilmərik ki, qərəzli yazı yazıblar.
Amma ikinci səbəb, yəni Nəhcül-bəlağənin bir hissəsinin imam Əli əleyhissalama aid olmaması ehtimalı da düz deyil. Çünki çıxışlar və xütbələrlə ünsiyyətdə olan, xüsulilə ərəb ədəbiyyatına zövqlü olan və bəyan elmindən məlumatlı hər bir insan fəsahətli kəlamla qeyri-fəsahətli kəlamı seçə bilir. Əgər onun əlində bir neçə nəfər natiqin çıxışları olarsa, və onları cəmi iki nəfər toplamış olarsa bu adam onların çıxışlarındakı fərqi görə biləcək, onların hər birinin danışıq üslubunu tanıyacaqdır. Məsələn, əgər bir nəfər Əbu Təmamın şerlərinin arasına özündən bir beyt əlavə edərsə şer tanıyan və zövqlü insanlar çox rahatlıqla əlavə edilmiş beyti tanıyacaqlar. Əgər siz Nəhcül-bəlağəyə diqqət etsəniz görəcəksiniz ki, onun hamısı vahid bir zülalın suyudur, bir üslubda bir nəfəsdə deyilmişdir, bütün üzvlərinin eyni mahiyyətə malik olduğu bəsit cimlər kimi.
Nəhcül-bəlağə əziz Quran kimidir, necə ki, onun əvvəli ortası kimidir, ortası axırı kimidir.Onun hər ayəsi fəsahət, nəzm və sair cəhətlərdən bütün başqa ayələrin hamısı ilə eynidir. Əgər Nəhcül-bəlağənin bəzi xütbələri quraşdırma olsaydı Nəhcül-bəlağə eyni ahəngə malik olmazdı. Beləliklə də aydın olur ki, Nəhcül-bəlağənin hamısının və ya bir hissəsinin quraşdırma olmasını iddia edənlər aşkar azgınlıqdadırlar.
 
2- Əhli-sünnənin dahi alimlərindən və Misirin müftisi olmuş Şeyx Muhəmməd Əbduh özünün Nəhcül-bəlağəyə yazdığı şərhinin müqəddiməsində yazır:
ذلک الکتاب الجلیل، هو جمله ما اختاره السید الشریف الرضى رحمه الله من کلام سیدنا و مولانا امیر المومنین على بن ابى طالب کرم الله وجهه جمع متفرقه، و سماء هذا الاسم نهج البلاغه و لا اعلم اسما الیق بالدلاله على معناه منه، و لیس فى وسعى ان اصف هذا الکتاب بازید ممادل علیه اسمه و لا ان آتى بشى‏ء فى بیان مزیته فوق ما اتى به صاحب الاختیار
Şərafətli seyyid olan Rəzi rəhmətliyin seyyidimiz və mövlamız Əmirəlmöminin Əli ibn Əbu Talibin –Allah onun simasını kəramətli etsin- seçilmiş sözlərini o kitaba yığmış və toplamış, onların pərakəndə olmasının qarşısını almış və kitabın adını Nəhcül-bəlağə qoymuşdur. Bu kitabın məna və möhtəvasına bundan daha uyğun olacaq bir ad tanımıram. Mən bu kitabı vəsf etməkdən və onun xüsusiyyətlərini bəyan etməkdən –adının ona dəlalət etdiyindən və onu toplayanın dediklərindən- artığını deməyə acizəm.
3- İbn Xəllikan özünün Vufiyatul-Əyan kitabının 3-cü cildinin 313-cü səhifəsində, seyyid Murtəza (seyyid Rəzinin qardaşı) barədə danışarkən yazır: Camaat Nəhcül-bəlağəni kimin toplaması barədə ixtilaf etmişlər. Bunları seyyid Rəzi toplamış, ya qardaçı seyyid Murtəza? Deyilənə görə Nəhcül-bəlağə imam Əlinin sözləri deyil, onu toplayanın sözləridir.
İbn Xəllikan Nəhcül-bəlağənin əleyhinə şübhə toxumu səpən ilk şəxsdir. Ondan sonra Nəhcül-bəlağəyə kimlər hücum etmək istəmişlərsə məhz İbn Xəllikanın sözlərini sitat gətirmişlər. Onların hər birinin cavabları da elə öz zamanlarında yaşayan sünnü və şiə alimləri tərəfindən möhkəm və məntiqli şəkildə verilmişdir.
İbn Xəllikanın cavabında deyirik: O həqiqətdə 2 şübhə bəyan etmişdir.
a) Nəhcül-bəlağəni kimin toplaması barədə insanlar arasında ixtilafın olması
b) Gərəsən Nəhcül-bəlağə imam Əli əleyhissalamın sözləridir, yoxsa onu toplayanın?!
Hər iki şübhə səhv və yanlışdır, çünki:
Əvvəla, heç kim Nəhcül-bəlağəni seyyid Murtəzaya nisbət verməmişdir. Əgər bircə nəfər bunu demiş olsaydı İbn Xəllikan onun adını çəkərdi.
İkincisi, seyyid Rəzi özünün "Məcazatun Nəbi”(40, 60, 153, 188 və 284-cü səhifələrdə) , "Həqayiqut təvil”(167-ci səhifədə) və "Xasaisul əimmə” kitablarında dəfələrlə yazır ki, Nəhcül-bəlağəni özü toplamışdır.
Bundan əlavə seyyid Rəzi Nəhcül-bəlağənin xütbələrinin əksəriyyətindən sonra "Rəzi deyir:” sözünü yazaraq qısa şərh verir. İbn Xəllikan heç olmazsa bircə dəfə Nəhcül-bəlağəni oxumuş olsaydı o şübhələri yaymazdı. Buradan məlum olur ki, İbn Xəllikan ümumiyyətlə Nəhcül-bəlağəni heç görməyib.
Üçüncüsü, seyyid Rəzi dünyaya gəlməmişdən əvvəl yazılmış çoxlu sayda kitablarda pərakəndə surətdə imam Əli əleyhissalamın xütbələri, məktubları və qısa kəlamları yazılmışdır. Buradan aydın olur ki, seyyid Rəzidən əvvəl də bunlar camaat arsında yayılmış, xüsusilə tarixçilər və hədis söyləyənlər arasında toplanmışdır, o cümlədən.
a) İbrahim ibn Həkəm
b) İsmail ibn Məhran
c) Zeyd ibn Vəhəb
ç) Əbdul Əzim Həsəni
d) Sudə ibn Sədəqə
e) Mədaini
ə) Əbdül Əziz Cəludi
Təəssüf ki, seyyid Rəzidən əvvəl imam Əlinin xütbələrini toplamış bu alimlərin heç birinin əsərləri bizə gəlib çatmamışdır.
İmam Əli əleyhissalamın yaxın dostlarından olmuş Haris Əvər Həmdani ilk insandır ki, imam Əli əleyhissalamın xütbələrini toplamışdır. Mərhum Kuleyni Üsuli-Kafi kitabının 1-ci cildinin 141-ci səhifəsində, həmçinin Şeyx Səduq ət-Təvhid kitabının 31-ci səhifəsində Əbu İshaq Səbiiyə istinadən, o da Haris Əvərdən belə nəql edir: Əmirəlmöminin əleyhissalam əsr namazından sonra fəsahətli və bəlağətli bir xütbə söylədi. Camaat o xütbəyə təəccüb etdilər. Əbu İshaq deyir: mən Harisə dedim: Bu xütbəni əzbərlədinmi? Cavab verdi: Yazmışam. Əbu İshaq deyir: Sonra o xütbəni öz kitabından bizə oxudu.
Elə buna görə də seyyid Rəzi xütbələrin sənədlərini yazmamışdır. Tarixçılərin dediklərinə görə insanların dillərində əzbər olan xütbələr seyyid Rəzinin topladıqlarından neçə dəfə çox olmuşdur. Ona görə də seyyid Rəzi kitabın əvvəlində yazır:
المختار من خطب امیر المومنین علیه‏السلام
Əmirəlmöminin əleyhissalamın seçilmiş xütbələri
4- Seyyis Rəzidən 100 il əvvəl yaşamış Əhli sünnənin məşhur alimi Cahiz özünün "əl-Bəyan vət-Təbyin” kitabının 1-ci cildinin 83-cü səhifəsində yazır: Əlinin–Allah onun simasını kəramətli etsin- xütbələri toplanmış, qorunur və məşhurdur.
Həmiçinin Seyyis Rəzidən 100 il əvvəl yaşamış Əhli sünnənin məşhur tarixçisi Məsudi "Murucuz Zəhəb” kitabının 2-ci cildinin 419-cu səhifəsində imam Əli əleyhissalamın xütbələri barədə yazır: O həzərtin dörd yüz həştad neçə xütbəsini camaat əzbərləmişlər.
Həmçinin Əhli sünnənin məşhur alimi Sibt ibn Cəvzi "Təzkirətul-Xəvass” kitabının 128-ci səhifəsində seyyid Mutəzadan belə nəql edir: imam Əli əleyhissalamın dörd yüz xütbəsi mənim əlimə çatmışdır.
Nəcəfin məşhur alimlərindən və tədqiqatşılarından olan Seyyid Əbdüz-Zəhra Hüseyni Xətib özünün "Məsadiru Nəhcül-bəlağə və məsanidih” (Nəhcül-bəlağənin qaynaqları və sənədləri) kitabında bu barədə geniş araşdırma aparmışdır ki, Nəhcül-bəlağə kitabı 114 (yüz on dörd) kitabdan toplanmışdır ki, o alimlərin iyirmisi Seyyid Rəzi dünyaya gəlməmişdən əvvəl vəfat etmişlər.
Onu da deyək ki, Seyyid Rəzi özü Nəhcül-bəlağənin müxtəlif yerlərində 15 sənədin adını çəkib:
1- Tarixi Təbəri, 2- əl-Bəyan vət-Təbyin (Müəllif Cahiz), 3- əl-Cuməl (müəllif Vaqidi), 4- Hikayətu Əbi Yəfur, 5- Hikayətu Sələb min Əbil Ərəbi, 6- Xəbəru Zirar Ziyayi. 7- Rəvayətu Əbi Cəhifə, 8- Rəvayətu Kumeyl ibn Ziyad Nəxəi, 9- Rivayətu Məsədə ibn Sədəqə, 10- Rivayətu Zəvq Bikali, 11- Rivayətu əbu Ubeyd Qasim ibn Səlam, 12- Hişam ibn Kəlbi, 13- əl-Məğazi (müəllif Səd ibn Yəhya Əməvi) 14- əl-Məqamat (müəllif Əbu Cəfər Əskafi) 15- əl-Muqtəzəb (müəllif Mubərrəd)
Deməli İbn Xəllikanın şübhəsi ağılsız, yanlış və dəyərsizdir.
5- Çoxlu sayda alimlər Nəhcül-bəlağənin sənədləri barədə kitablar yazaraq bütün xütbələr, məktublar və kəlamların sənədlərini qeyd etmişlər. Aşağıda həmin kitabların siyahısını dərc edirik. Nəhcül-bəlağənin hansısa xütbəsi, məktubu ya kəlamına şübhə edən bu kitablardan birinə baxmaqla sənədi gözü ilə görsün.
1) Mədariku Nəhcül-bəlağə (müəllif Kaşiful Ğita) (bəzi mətləblərin sənədləri)
2) İstinadu Nəhcül-bəlağə (müəllif İmtiyaz Əli Xan Ərşi)
3) Nəhcüssəadə fi müstədrəki Nəhcül-bəlağə (müəllif Məhəmməd Baqir Məhmudi)
4) Məsadiru Nəhcül-bəlağə (müəllif Abdullah Nimət)
5) Məsadiru Nəhcül-bəlağə və əsanidih (müəllif Seyyid Əbdüz Zəhra Hüseyni)
6) Bəhsi kutah piramune mədarike Nəhcül-bəlağə (Ayətullah Rza Ustadi)
7) Rəveşhayi təhqiq dər əsnad və mədarike Nəhcül-bəlağə (müəllif Məhəmməd dəşti)
8) Həmçinin Nəhcül-bəlağənin bəzi mədrəklərini Mirzə Həbibullah Xoyi "Minhacul Bəraə” kitabında, Əllmə Həsənzadə "Təkmilətul Minhac” kitabında ... yazmışlar.
Yuxarıdakı kitablara müraciət etməkla çox rahatlıqla Nəhcül-bəlağədə hər bir sözün sənədinin olduğu və Nəhcül-bəlağə kitabındakı xütbələrin imam Əli əleyhissalama aid olduğu üzə çıxır.
Deməli, Seyyid Rəzinin ”Nəhcül-bəlağə”də xütbələr, məktublar və kəlamların sənədlərini yazmaması əsas iki səbəb üzündən olmuşdur. A) Onlar çox məşhur olmuşlar, B) Sənədləri yazmaq kitabın həcmini çoxaldacaq, yaxud artıqlıq edəcəkdi...
 
Kitabın adı: "Nəhcül bəlağə” kitabının sənədi varmı...?
Müəllif: Ustad Rza Əzizoğlu    

 
 
Bölmə: Suallar
Şərhlər: 0
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.