» » İmam Əli (əleyhis-salam)-ın nəzərindən Quranın məqamı necədir?


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    İmam Əli (əleyhis-salam)-ın nəzərindən Quranın məqamı necədir?
    0
    Müəllif: Zəhra kənizi | 7-07-2016, 17:00 | Baxılıb: 1 706
     
     
     
    İmam Əli (əleyhis-salam)-ın nəzərindən Quranın məqamı necədir?

    Sual: "Nəhcul-bəlağə” və imam Əli (əleyhis-salam)-ın nəzərindən Quran hansı məqama malikdir?
    Qısa cavab: İmam Əli (əleyhis-salam)-ın nəzərində Quran çox yüksək məqama malikdir. "Nəhcul-bəlağə”də Quran üçün qeyd olunan xüsusiyyətlərin bəzisi aşağıdakı mövzularda xülasə edilmişdir:
    1. Xeyirxah nəsihətçi,
     2. Ən yaxşı yol göstərən,
    3. Düz danışan natiq,
    4. Ən möhkəm və xatircəm sığınacaq yeri,
    5. Şəfa verən,
    6. Elm və mərifətin mənşəyi,
    7. Ən yüksək sərvət,
    8. Qəlblərin dirilməsinə və təravətli olmasına səbəb,
    9. Ən yüksək şəfaət edən,
    10. Hərtərəfli bir kitab və s.

    Ətraflı cavab
    Quran və əzəmətli Peyğəmbər (səlləllahu əleyhi və alih) məktəbində tərbiyə alan birinci dərəcəli şəxs – İmam Əli (əleyhis-salam) özünün "Nəhcul-bəlağə”dəki kəlamlarında, xütbələrində və məktublarında müxtəlif əlamətdar hadisələrlə əlaqədar olaraq Quranın bir çox xüsusiyyətlərini bəyan etmiş, onun dəyərlərini camaat üçün sadalamış, bu səmavi kitabı yüksək əzəmətlə vəsf etmiş, camaatı Quranın haqqına riayət və onun barəsində dərindən təfəkkür etmək üçün dəfələrlə təşviq etmişdir. Belə ki, özünün bərəkətli həyatının axırlarında belə, həm maddi, həm də mənəvi övladlarına Qurana əməl etməyi vəsiyyət edərək buyurur: "Allah, Allah! Quran barəsində (diqqətli olun)! Məbada başqaları onun göstərişlərinə əməl etməkdə sizdən qabağa keçə!”
    "Nəhcul-bəlağə”, Məhəmməd Dəştinin tərcüməsi, 47-ci məktub, səh 
    Belə təkidlərin hamısı bu asimani kitabın Əli (əleyhis-salam)-ın nəzərində nə qədər əzəmətli olmasını göstərir. Bu kəlmələri aşağıdakı əsas mövzularda və mehvərlərdə təsnif etmək olar:
    1. Xeyirxah nəsihətçi: "Bilin ki, bu Quran heç vaxt aldatmayan xeyirxah nəsihətçidir.” "Nəhcul-bəlağə”, xütbə 176: 
    2. Ən yaxşı yol göstərən: "Quran heç vaxt azdırmayan bir yol göstərəndir.” "Nəhcul-bəlağə”, xütbə 176:
    3. Düz danışan natiq: "Heç vaxt yalan danışmayan bir natiqdir.” Nəhcul-bəlağə”, xütbə 176:
    4. Ən möhkəm və etibarlı sığınacaq yeri və pənahgah: "Qurana hökmən əməl edin! Çünki o, möhkəm və sarsılmaz ilahi bir ip, aşkar nur və faydalı dərmandır; (ruhi) susuzluğu yatırır, ona sarılanları (zəlalətdən) qoruyub saxlayır, ona arxalananlara nicat verir. Onda heç bir əyrilik yoxdur ki, düzəldilməyə ehtiyaclı olsun; batilə meyl etmir ki, ondan qaytarılsın."  "Nəhcul-bəlağə”, xütbə 156
    5. Şəfa verən: "Öz (ruhi və mənəvi) xəstəlikləriniz üçün Qurandan şəfa alın, çətinliklərinizi həll etmək üçün ondan kömək diləyin! Çünki küfr, nifaq, zəlalət və azğınlıq kimi ən böyük dərdlərin şəfası Qurandadır.” "Nəhcul-bəlağə”, xütbə 176
    6. Bütün elm və mərifətin mənşəyi: "...Bütün elm və mərifətin mənşəyi Qurandadır.” "Nəhcul-bəlağə”, xütbə 176: 
    O həzrət başqa yerdə Qurandakı sonsuz elmlərə işarə edərək buyurur: "Allah Quranı alimlərin elm yanğısını söndürən, fəqihlərin qəlbi üçün (nuranilik verən) bahar yağışları, habelə salehlər üçün çox geniş bir yol qərar vermişdir...” "Nəhcul-bəlağə”, xütbə 198
    7. Ən yüksək sərvət: "Bilin (və agah olun)! Qurana sahib olduqdan sonra sizlərdən heç birinizin  azacıq belə, ehtiyac və fəqirliyi olmaz. Bir kəs də Qurana sahib olmadan ehtiyacsız olmayacaqdır.” "Nəhcul-bəlağə”, xütbə 176:
    8. Qəlblərin dirilib təravətli olması səbəbi: "Qəlblərin baharı Qurandadır...” "Nəhcul-bəlağə”, xütbə 176: 
    9. Ən yüksək şəfaət edəndir: "Bilin! Quran şəfaəti qəbul olunan bir kitab, sözü təsdiq olunmuş natiqdir. Qiyamət günü Quran hər kəsə şəfaət etsə,  Quranın onun barəsindəki şəfaəti qəbul olunacaqdır.” "Nəhcul-bəlağə”, xütbə 176: 
    10. Əbədi kitab: "Quran heç vaxt sönməyən bir nur, işığı məhv olmayan bir çıraq, ənginlikləri dərk olunmayan bir dəryadır; onun yolçuları üçün heç vaxt  azmayan bir yol, nuru sönməyən bir şölədir, haqq ilə batili bir-birindən ayırandır, onun dəlil-sübutlarının nuru heç vaxt sönməz...”  "Nəhcul-bəlağə”, xütbə 198
    11. Qurani-kərimin hərtərəfli olması barəsində imam Əli (əleyhis-salam) buyurur: "Pərvərdigarın kitabı sizin aranızdadır: o, halal və haramı, vacib və müstəhəbbi, nasix və mənsuxu, mübah və qadağanı, xassı və ammı, öyüd-nəsihət və məsəlləri, mütləq və müqəyyədi, möhkəm və mütəşabehi bəyan edir, özünün mücməl (yığcam və zahirdə dərk olunmayan) ibarələrini təfsir edir və mürəkkəb məsələlərini aydınlaşdırır.” "Nəhcul-bəlağə”, xütbə 1
    Həmçinin buyurur: "Quranda keçmişdəkilərin və gələcəkdəkilərin xəbərləri, həyatda ehtiyac duyduğunuz hökmlər mövcuddur.” "Nəhcul-bəlağə”, qısa kəlamlar, hikmət 313.
    Həzrət 198-ci xütbədə Quranın dəyəri barəsində müfəssəl şəkildə söhbət açmışdır. Çox yüksək bəyan üslubuna malik olam bu kəlamlar Quranının dəyər və xüsusiyyətlərini o qədər gözəl şəkildə bəyan edib aydınlaşdırır ki, əlavə heç bir izaha və təfsirə yer qalmır.
    Qeyd olunanlar Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən sonra ikinci vəhy təfsirçisi olan Əli (əleyhis-salam)-ın kəlamında Quranın vəsfi və məqamı barəsində kiçik nümunələr idi.

     
    Ustad Ənsariyanın rəsmi saytından
     
     
     
    Bölmə: Suallar
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.