74.Üzbəüz tərif
İmam Əli (əleyhissalam) Siffeyndə idi. Bir gün İslam döyüşçüləri Həzrətin ətrafına yığışdılar. İmam çıxışında Allaha həmd və sənadan sonra İslam başçılarının hüququ barədə onun yolu ilə gedənlərə qiymətli və mühüm bir bəyanla söhbət etdi.
Bu vaxt Həzrətin əshabından biri ayağa qalxıb Həzrəti tərif etməyə başladı. Bu tərifində Əli (əleyhissalam)-ın məqamından və İmamın fərmanlarından itaət və onun yolu ilə gedəcəyini elan etdi.
1-Nəql edirlər ki, bu şəxsi o günə qədər Əli (əleyhissalam)-ın ordusunda görməmiş-dilər. Həmin kəs Allaha həmd və səna etdikən sonra İmam Əli (əleyhissalam)-ı belə alqışladı: "Sən bizim rəhbərimiz və biz də sənin rəiyyətinik. Allah təala sənin vasitənlə bizi zillətdən izzət yoluna doğru və sair bəndələri də köləlik boyunduruğu altından nicat verdi. Biz sənin ixtiyarında və fərmanın altındayıq. Düz danışan, natiq və müvəffəq hakim, eləcə də fərasətli malik sənsən. Heç rəva deyil ki, sənə itaət olunmasın. Biz sənin elm və kamalını heç kəsin elmi ilə müqayisə etmirik.”
Sənin əzəmət və cəlalın bizim yanımızda çox böyükdür və sənin fəzilətlərin bizim yanımızda təsəvvür etdiyimizdən daha yüksəkdir.
Amma bu şəxsin kim olması aydın deyildi. Əllamə Məclisi bu barədə belə deyir: "Belə məlum olur ki, bu kəs Həzrət Xızr (əleyhissalam) imiş ki, aşkar olub İmam Əli (əleyhissalam) öz haqqında danışıbdır. Bundan ötəri ki, xalqa höccət tamam olsun.”
İmam Əli (əleyhissalam) haqqında deyilən tərifləri qəbul etmədi, çünki (Həzrətin məqamı bu sözlərdən daha yüksək və ehtiramlı idi. Buna görə də buyurdu: Allahın cəlalı hər kəsin yanında əzəmətli və böyük olarsa bütün şeylər onun nəzərində Allahdan kiçik olmalıdır... Daha sonra buyurdu: "Salehlərin qarşısında rəhbərlərin ən pis vəziyyəti onların fəxr və ziynətlərə aldanması, eləcə də yüksəliş axtarmaq cilvəsi gümanıdır.”
"Mən istəmirəm ki, bu mövzu sizin zehninizə yol tapsın. Belə ki, guya mən tərif və sitayişi sevir və onu eşitməkdən ləzzət aparıram. And olsun Allaha ki, mən belə deyiləm. Əgər sevmli olsaydım belə yenə böyük və sübhan Allahın bərabərində həqirlik və kiçiklik izhar etmək xatirinə ki, hamıdan çox tərif və sənaya layiqdir onun (tərifin) tərk edilməsini seçərdim və axırda buyurdu:
"Həqiqətən də mən, və siz yeganə Allahın bəndələriyik Allah o qədər bizə malikdir ki, özümüz-özümüzə o dərəcədə malik deyilik. Allah bizi əvvəlki yolumuzdan xaric edib nicat yoluna qaytardı. Qara qəlblik və kor zehinlikdən sonra bizə bəsirət və tanıma yolunu göstərdi.”
Beləliklə görürük ki, İmam Əli (əleyhissalam) üz-üzə tərif etməkdən nəhy edib.
Xomeyni (müddə zillluhul ali) yadıma düşdü ki: Çərşənbə axşamı 1366-cı şəmsi ilinin mehr ayının 7-də ölkənin bütün İmam cümələri Ayətullah Meşkini ilə birlikdə Cəmaran Hüseyniyyəsində İmamın hüzuruna yetişdiilər. Ayətullah Meşkini İmam Xomeyninin çıxışından öncə bir neçə dəqiqə qabaq söhbət edərək o böyük şəxsiyyətin yüksək məqamına işarə etdi. İmam Xomeyni söhbətinin əvvəlində buyurdu "Mən əvvəlcə Ağayi Meşkinidən gilayə edirəm, ona görə ki, bizim öz nəfsimizə mübtəla olmağımız kifayətdir. Odur ki, daha başqa məsələləri buyurmayasınız ki, nəfslərimizdə üst-üstə yığılıb bizi geri qaytarsın. Dua edin ki, insan olaq...”
Rəvayətlərdə gəlib: Həvarilər İsa (əleyhissalam)-ın xüsusi əshabları Həzrəti İsa (əleyhissalam)-dan soruşdular:
"Ən xalis əməl nədir?”
O Həzrət buyurdu:
"Ən xalis əməl o əməldir ki, yalnız və yalnız Allah üçün yerinə yetirilsin və onu görən kəs başqasının bu əməlinə görə onu alqışlamasını arzulamasın.”
Kitabın adı: Nəhcül-Bəlağə hekayətləri (140 hekayət)