121.Rəhbərlik birliyi
Təlhə və Zübeyr Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm yaxın əshablarından, seçilmiş və ləyaqətli şəxsiyyətlərindən idilər. Hətta Ömərin özü ölərkən altı nəfəri tə`yin etdi ki, özündən sonra xilafətdə bir nəfəri seçsinlər. Elə ki, camaat yığışdılar və İmam Əli (əleyhissalam) ilə bey`ət etdilər, bu iki nəfər də onların arasında idilər. Camaat yığılandan sonra İmam Əli (əleyhissalam) ilə bey`ət edərkən həmin iki nəfər də bey`ət edənlərdən idilər. Amma nəfsani həvəslər bais oldu ki, bu iki nəfər Əli (əleyhissalam)-ın hüzuruna gəlib təklif etsinlər ki, Həzrət xilafət işində onları da şərik etsin (və müsəlmanlara rəhbərlik Əli (əleyhissalam) Təlhə və Zübeyrdən ibarət üç nəfərlik şura ilə yerinə yetirilsin). Əli (əleyhissalam)-a ərz etdilər:
«Biz səninlə bey`ət edirik bu şərtlə ki, sənin xilafət və rəhbərliyindəki işlərdə şərik olaq.» İmam (əleyhissalam) onlara belə cavab verdi:
«Yox, siz yalnız çətinlik və zəiflik zamanı təqviyyət, kömək və yavər olarsınız.»
Kitabın adı: Nəhcül-Bəlağə hekayətləri (140 hekayət)
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.