» » Şükür səcdəsi


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+1  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 1
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Şükür səcdəsi
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 4-02-2016, 18:00 | Baxılıb: 9 609
     
     
    Şükür səcdəsi

     Namazın təqibatından sonra şükür səcdəsi yerinə yetirmək lazımdır. Bütün şiə alimləri bu əqidədədirlər ki, insana yeni bir nemət verildiyi vaxt və ya insandan bir bəla uzaqlaşan vaxt şükür səcdəsi yerinə yetirmək müstəhəbdir. Ən çox bəyənilən şükür səcdəsi isə, namazdan sonra, bu namazı qılmağa müvəffəq olduğu üçün yerinə yetirilən şükür səcdəsidir. Mötəbər sənədlə həzrət İmam Məhəmməd Baqirdən (ə) rəvayət olunur ki, atam İmam Zeynulabidin (ə), Allah taalanın nemətlərini yad etdiyi vaxt həmişə şükür səcdəsi edərdi. O, səcdəsi olan hər bir Quran ayəsini oxuduqda səcdəyə gedərdi. Həmçinin, o, qorxduğu hər bir bəla, ondan uzaqlaşdıqda da şükür səcdəsi yerinə yetirər və vacib namazları qılıb qurtardıqdan sonra da səcdə edərdi. Əgər aralarında dava-dalaş olan iki nəfəri barışdırmağa müvəffəq olsaydı, bu müvəffəqiyyət üçün şükür səcdəsi yerinə yetirərdi. Çox səcdə etdiyi üçün onun bütün səcdə üzvlərində səcdə izlərini müşahidə olunurdu və bu səbəbə görə də onu Səccad (soxlu səcdə edən) adlandırırdılar. 
    Həmçinin mötəbər sənədlə həzrət Sadiqdən (ə) rəvayət olunur ki, hər kim, namazdan qeyri bir vaxtda ona nəsib olan nemətin şükranəsi üçün səcdə etsə, Allah taala ona on savab yazıb, onun on günahını silər və onun cənnətdəki məqamını on dərəcə yüksəldər.
    Həmçinin həzrət Sadiqdən (ə) rəvayət olunan bir çox mötəbər sənədli hədislərdə deyilir ki, bəndənin Allaha ən yaxın olduğu hal, səcdə və göz yaşı tökdüyü zamandır. 
    Başqa bir mötəbər hədisdə həzrət Sadiq (ə) buyurubdur: "Şükür səcdəsi yerinə yetirmək hər bir müsəlmana vacibdir. Bu səcdə ilə öz namazını tamamlayır, Rəbbini sevindirir və mələkləri təəccübə gətirirsən. Həqiqətən də bəndə, namaz qıldıqdan sonra şükür səcdəsi yerinə yetirdikdə, aləmlərin Rəbbi mələklərlə o bəndə arasında olan pərdəni aradan qaldırar və mələklərə xitab edərək deyər: "Ey mənim mələklərim, mənim bəndəmə nəzər salın! O, mənim vacib buyurduğum əməli yerinə yetirdi və mənimlə əhd bağladı. O, mənim əta etdiyim nemətlərə görə, mənə şükür səcdəsi etdi. Ey mənim mələklərim, ona nə əta etsək, yaxşı olar?” Mələklər deyərlər: "Ey bizim Rəbbimiz, öz rəhmətini ona əta et!” Allah taala buyurar: "Daha sonra ona nə əta edək?” Mələklər cavab verərlər: "Ey bizim Rəbbimiz, öz cənnətini ona əta et!” Allah taala yenə də buyurar: "Daha sonra ona nə əta edək?” Mələklər deyərlər: "Ehtiyac¬larının ödənməsini və hacətlərinin rəva olmasını!” Allah taala yenə də bu sualı təkrar edər və mələklər də cavab verərlər. Axırda mələklər deyərlər: "İlahi, bizim daha deməyə sözümüz qalmadı.” Bu vaxt kərim olan Allah buyurar: "O, mənə şükür etdiyi kimi, mən də ona şükür edirəm və öz fəzlimlə ona tərəf üz tuturam və Qiyamətdə də Öz böyük rəhmətimi ona göstərərəm.” 
    Mötəbər sənədlə həzrət Sadiqdən (ə) rəvayət olunur ki, aləmlərin Rəbbi, İbrahimi (ə), yerin üzərinə çox səcdə etdiyi üçün öz xəlili (yəni, dostu) seçdi. Həmçinin o həzrət başqa bir hədisdə buyurur ki, Allahın nemətlərindən hər birini yad etdiyin vaxt, əgər müxaliflərin səni görmürsə, üzünü yerin üzərinə qoy. Amma əgər müxaliflərin səni görürlərsə və onların hüzurunda səcdə etmək imkanın yoxdursa, əlini qarnının altına qoyub, Allahın hüzurunda təvazökarlıq və həqirlik əlaməti olaraq belini bük! Əli qarnın altına qoymağın mənası isə budur ki, müxaliflərin, qarnında sancı yarandığını güman etsinlər. 
    Bir sıra hədislərdə belə nəql olunur ki, Haqq taala həzrət Musaya (ə) belə xitab etdi: "Heç bilirsənmi ki, nə üçün məhz səni başqa insanlar arasından seçib, öz Kəlimim etmişəm?” Həzrət Musa: "Ey mənim Rəbbim, xeyir, bilmirəm.” -deyə cavab verdi. Haqq taala buyurdu: "Çünki bəndələrimə nəzər saldım və onların arasında Mənim qarşımda ən zəlil olan nəfsin, sənin nəfsin olduğunu gördüm. Sən, namazını qılıb, qurtardıqdan sonra hər iki üzünü yerə qoyursan.”
    Həzrət İmam Rzadan (ə) nəql olunan mötəbər bir hədisdə deyilir ki, vacib namazlardan sonra səcdə etmək, bəndənin ilahi vacibatı yerinə yetirməyə müvəffəq olduğu üçün Allah qarşısında təşəkkür əlamətidir. Bu səcdədə ən azı üç dəfə "Şukrən lillah” zikri deyilməlidir. Ravi, o həzrətdən soruşur: "Şukrən lillahın mənası nədir?” İmam Rza (ə) buyurur: "Yəni, mən, bu səcdəmlə Allaha şükür edirəm ki, Onun hüzurunda dayanmaq və vacib buyurduğu bu əməli yerinə yetirmək üçün məni müvəffəq etmişdir.”
    Allaha şükür etmək, nemətlərin artmasına və bəndəlik borcunu yerinə yetirməyə bais olur. Namazın qəbul olması üçün lazım olan müəyyən şərtlər, əgər nafilə namazları vasitəsilə tamamlanmayıbdırsa, bu səcdə ilə tamamlanar.
    Bu səcdəni istənilən qaydada yerinə yetirmək olar. Lakin, ehtiyat üzrə, namazın səcdəsi kimi, bədənin yeddi üzvünü yerə qoymaq və alnı, üzərinə səcdə edilən əşyaların üzərinə qoymaq daha yaxşı olar. Daha fəzilətlisi isə budur ki, namazın səcdəsindən fərqli olaraq, əllər, tam açılıb, yerin üzərinə qoyulsun və qarın yerə dəysin. Müstəhəbdir ki, əvvəlcə, alnı, sonra üzün sağ tərəfini və daha sonra isə sol tərəfini yerə qoyasınız. Sonunda yenə də alnınızı yerə qoyun. Alın, iki dəfə yerə qoyulduğu üçün bu səcdəyə, iki şükür səcdəsi deyilir. Bu barədə mövcud olan hədislərdən belə nəticəyə gəlmək olar ki, bu səcdədə zikir demək şərt deyildir. Lakin zikir demək müstəhəbdir və yaxşı olar ki, bu səcdədə bir qədər sonra deyəcəyimiz zikirlər və dualar oxunsun. Həmçinin bu səcdəni uzatmaq da müstəhəbdir. Belə rəvayət olunur ki, həzrət İmam Musa Kazim (ə) sübh namazından, günorta namazına qədər və əsr namazından sonra şam namazına qədər səcdə edərmiş. Başqa bir hədisdə də deyilir ki, o həzrət, on ildən də çox bir müddət ərzində həmişə Günəş doğandan, günorta çağına qədər səcdədə qalarmış. Başqa bir mötəbər hədisdə deyilir ki, həzrət İmam Rza (ə) o qədər səcdə halında qalardı ki, alnından axdığı tər, məscidin xırda daşlarını isladar və o həzrətin üzünün yerə yapışmasına səbəl olardı. "Ricalu-Kəşşi” kitabında nəql olunur ki, Fəzl ibni Şazan, İbni Əbi Üməyrin yanına gəlir və onu səcdə halında görür. İbni Əbi Üməyr, uzun səcdə etdikdən sonra başını yerdən qaldırır. Fəzl ibni Şazan, onun hansı müddət ərzində səcdədə olduğunu ona bildirir. İbni Əbi Üməyr deyir: "Əgər Cüməyl ibni Dərracın səcdəsini görsəydiniz, mənim səcdəmə, uzun səcdə deməzdiniz. Günlərin birində mən, Cüməylin yanına getmişdim.. O, səcdədə idi. Başını səcdədən qaldırdıqda mən, ona dedim: "Əcəb uzun səcdə etdiniz!” O dedi: "Əgər İbni Xərrəbuzun səcdəsini görsəydin, mənim səcdəmi, uzun səcdə hesab etməzdin.” Həmçinin bu kitabda Fəzl ibni Şazandan rəvayət olunur ki, Həsən ibni Əli ibni Fəzzal ibadət etmək üçün səhraya gedər və o qədər uzun bir səcdəyə gedərmiş. Quşlar onu yerə düşmüş bir paltar hesab edib, onun kürəyinə qonar və səhra heyvanları ondan hürkməyib, ətrafında otlayarlardılar. Həmçinin bu kitabda nəql olunur ki, Əli ibni Məhziyar, Günəş doğandan sonra səcdəyə gedər və özünə etdiyi duaları min nəfər din qardaşlarına etməyənə qədər başını səcdədən qaldırmazdı. Belə uzun səcdələrin nəticəsində onun alnı, dəvənin dizində olan qabar kimi, qabar bağlamışdı. Habelə, bu kitabda nəql olunur ki, İbni Əbi Üməyr, sübh namazından sonra şükür səcdəsinə gedər və zöhür namazı vaxtı səcdədən qalxardı. 
    Daha yaxşı olar ki, şükür səcdəsi, bütün təqibatlardan sonra və namazın nafilələrindən qabaq yerinə yetirilsin. Lakin, məğrib namazı barəsində əksər alimlərin nəzəri budur ki, şükür səcdəsi, məğrib namazının nafilələrindən sonra yerinə yetirilsə, daha yaxşıdır. Bəzi alimlərin əqidəsinə görə isə şükür səcdəsi bu namazın nafilələrindən qabaq yerinə yetiril¬məlidir. Xülasə, belə nəticəyə gəlmək olar ki, hər iki vaxtda şükür səcdəsini yerinə yetirmək bəyənilir, lakin namazdan qabaq yerinə yetirilsə, daha yaxşı olar. Belə ki, Himyəri, həzrət Sahibəzzəmandan (ə.c) rəvayət edir ki, hər ikisinə birlikdə əməl etmək daha yaxşıdır. (Yəni, həm məğrib namazından qabaq və həm də sonra, şükür səcdəsi etmək, daha yaxşıdır.)
     
     
    Kitabın adı: Məfatihul Cinan

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 1
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Elya | Status: İstifadəçi Offline | 7 Şubat 2016 22:23 | Redaktor | Şərh yazdı
    Mende namazdan sonra şükr secdesini edirem Allaha sonsuz şükürler olsun bizi hüzuruna layiq bilib namaz qılmağı nesib edib şükürler olsun Allah bizi hüzurunan ayrı salmasın Amin.Allah senden razı olsun bacım şükür secdesi haqqında etraflı melumat idi ellerin derd görmesin Allah axiretini gözel etsin Amin inşAllah.
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.