Böyük və həmişəlik nemətlər
Allah-Taala dünyadan iman və təqvayla gedənlər üçün axirətdə gözəl məkan qərar vermişdir. Allah bu mehmanxanada Özünə və həmin aləmin vüs”ətinə layiq növbənöv ne᾽mətlər tədarük etmişdir. Bu həqiqətin və onun xırdalıqlarının dərki bu dünya əhli üçün qeyri-mümkündür. (Eynən, ana bətnindəki körpənin dünyadan, onun genişliyindən xəbərsiz olduğu kimi.)
Qur᾽ani Məciddə buyurulur: "Etdikləri əməllərin mükafatı olaraq mö᾽minlər üçün göz oxşayan nə cür ne᾽mətlər gizlənib saxlandığını heç kəs biməz!” ("Səcdə” surəsi, ayə 17.)
Başqa bir ayədə: "Orada onlar üçün istədikləri hər şey vardır. Dərgahımızda isə ondan artığı mövcuddur.” (50-ci surə, 35-ci ayə)
Və yenə: "Onlar ürəkləri istəyən ne᾽mətlər içində əbdi qalacaqlar.” (21-ci surə, 102-ci ayə.)
Darüs-salam həqiqi bir behiştdir
Xülasə, Behişt bir yerdir ki, orada nakamlıq və narahatlıq, qəm-qüssə və zəiflik, qocalıq və xəstəlik, yorğunluq və süstlük yoxdur. Mütləq sağlamlıq orada olduğundan "Darüs-salam” (sağlamlıq evi) adlanmışdır. Bu həqiqi səltənətdə qüdrət tamdır, yə᾽ni istənilən olur. "Dəhr” surəsində (ayə 20) buyurur:
Kitabın adı: Məad
Müəllif: Ayətullah Şəhid Əbdülhüseyn Dəstğeyb