» » Əsl itkinin axtarışında


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+2  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 2
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Əsl itkinin axtarışında
    +5
    Müəllif: Aşiqi Rüqəyya | 25-01-2016, 13:00 | Baxılıb: 1 087
     
     
    Əsl itkinin axtarışında

    Hər kəs öz qəlbinə nəzər salsa, nəyisə itirdiyini və onun axtarışında olduğunu görər. İtirib axtardığının haqqında düzgün təhlili olmadığına görə hər yerdə, hər bir nöqtədə onu axtarır. Bəzən güman edir ki, axtardığı mal-dövlət və sərvətdir. Onu ağuşuna alsa dünyanın ən xoşbəxt insanı olacaq. Lakin külli miqdarda sərvət əldə etdikdən az sonra başa düşür ki, tamahkarların müdhiş gözləri, yaltaqların yağlı dilləri, oğruların mürəkkəb tələləri, paxılların dil yaraları onun pusqusundadır. Bəzən sərvəti qoruyub saxlamaq onu əldə etməkdən daha çətin, iztirabı və nigarançılığı daha çox olur. İndi başa düşür ki, yolu səhv gəlib və itirib-axtardığı bunlar deyilmiş. 
    Bəzən güman edir ki, gözəl-göyçək, varlı-dövlətli həyat yoldaşı tapa bilsə, ideal xoşbəxtliyə nail olacaq və heç bir çatışmazlığı olmayacaqdır. Lakin ona çatandan sonra belə bir həyat yoldaşını qoruyub-saxlamağın təhlükələrini, çətinliklərinin çoxluğunu, onun yüksək səviyyəli tələb və təvəqqelərinə dözməli olacağını nəzərdən keçirəndə, öncə fikirləşdiyinin röyadan başqa bir şey olmadığını başa düşür. 
    Şan-şöhrət və hakimiyyət arzusu, uzaqdan bunların hamısından daha nəşəli görünür, onun xoşbəxtlik hissi daha ciddi arzu kimi nəzərə çarpır. Halbuki, ondan doğan problemlər, başağrılar, ilahi və insani məsuliyyətlər daha artıqdır. 
    Müdrik din xadimi, mərhum Ayətullah əl-uzma Burucerdi şiə aləmində rəqibsiz mərcəyi-təqlid olan günlərində və əsrinin ruhaniyyət aləminin rəhbərliyini öhdəsinə götürən zaman məşhurluq və rəhbərliyin çətinliklərini görəndə fikrini belə ifadə etdi: "Əgər bir kəs Allaha görə deyil, nəfsinə görə mənim vəzifə və səlahiyyətim kimi bir səlahiyyət əldə etmək istəsə, onun ağılsızlığında şübhə etməyin!"
    Bəli, bunların hamısı ilğımdan başqa bir şey deyil. Onu əldə edəndə nəinki insanın daxilindəki susuzluğu yatırmır, üstəlik həyat səhrasında onu daha da təşnə edir. Qurani-kərimin buyurduğu kimi: " کَسَرابٍ بِقيعَةٍ يَحْسَبُهُ الَظْمآنُ مٰاءً حَتّى اِذٰا جٰائَهُ لَمْ يجِدْهُ شَيئاً...". (1)
    Mümkün ola bilərmi ki, belə hisslər keçirən insanın axtardığı heç bir yerdə tapılmasın?! Şübhəsiz, Allahın hikmətində su olmadan susuzluq (icad etmək) qeyri-mümkündür. Necə ki, susuz bir kəs olmadan suyun mövcudluğu da mənasızdır. 
    Bəli! Ayıq-sayıq insan tədricən başa düşəcək ki, onun böyük arzu ilə aradığı və heç vaxt tapmadığı arzusu həmişə onun kənarında olmuşdur və o, insanın bütün vücudunu əhatə etmişdir. Ona, boyun damarından da yaxındır. Amma insan bunu başa düşməmişdir: «وَ نَحْنُ اَقْرَبُ اِلَيهِ مِنْ حَبْلِ الْوَريدِ» (2) (Biz ona şah damarından da yaxınıq.)
    Hafiz demişkən:
    سالها دل طلب جام جم از ما مى کرد آنچه خود داشت ز بيگانه تمنّا مى کرد!
    گوهرى کز صدف کون و مکان بيرون بود طلب از گمشدگان لب دريا مى کرد!
    Uzun illər qəlb bizdən cami-cəm istəyirdi Özündə olanı başqalarından təmənna (arzu) edirdi,
    Kövnü-məkan sədəfindən xaricdə (ona sığmayan) bir gövhəri Dərya sahilində itən susuzlardan istəyirdi.
    Sədi deyir:
    اين سخن با که توان گفت که دوست در کنار من و من مهجورم!
    Bu sözü kimə demək olar?! Ki, dost mənim yanımdadır, amma mən ondan uzaqdayam.
    Bəli, insanın itirdiyi arzusu hər yerdə, daim və hər zaman onunladır. Lakin maddi hicablar (və günah) onu görməyə rüsxət vermir. İnsanın təbiət çəngəlinə düşməsi onun həqiqət xiyabanına girməsinə mane olur. 
    تو کز سراى طبيعت نمى روى بيرون کجا به کوى حقيقت گذر توانى کرد؟!
    "Sən ki təbiət sarayından çölə çıxa bilmirsən, həqiqət yolundan necə keçə bilərsən?!”
    Bəli, əzizlərim! İtirdiyiniz sizin yanınızdadır. Siz hicabları kənara çəkməlisiniz ki, Onun ürək oxşayan hüsnü-camalını görəsiniz. Ruhunuz, canının onunla sirab olsun. Həqiqi "səkinə" (ruhi sakitlik) və dincliyi bütün varlığınızla hiss edəsiniz, göyün və yerin qüvvələrini öz ixtiyarınızda görəsiniz. Sizin aradığınız məhz həmin vücuddur ki, bütün varlıq aləmi onun vücudunun sayəsindədir:
    هُوَ الَّذى اَنْزَلَ السَّکينَةَ فِى قُلُوبِ الْمُؤمِنينَ لِيزْدادُوا ايمانَاً مَعَ ايِمانِهِمْ وَ لِلّهِ جُنُودُ السَّمَوٰاتِ وَ الاَْرْضِ وَ کٰانَ اللّهُ عَليماً حَکِيماً
    "O həmin Allahdır ki, "səkinə”ni (ruhu aramlığı) möminlərin qəlbinə nazil etdi ki, imanları üstündən imanları artsın. Yerin və göyün qoşunları Allaha məxsusdur və Allah elmli və hikmətlidir.” 

    Ayətullah əl-uzma Məkarim Şirazinin dərs və nəsihətləri

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 1
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Ali Ragimov | Status: İstifadəçi Offline | 26 Ocak 2016 13:04 | Sayt nəzarətçisi | Şərh yazdı

    ALLAH RAZI OLSUN

    SUKUR OLSUN ALEMLERIN REBBI OLAN ALLLLAHA

    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.