» » Hacı İlham - Xanım Məsumə (s.ə) haqqında


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+2  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 2
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Hacı İlham - Xanım Məsumə (s.ə) haqqında
    +5
    Müəllif: Admin | 23-01-2016, 08:30 | Baxılıb: 3 266
    Xanım Məsumə (s.ə)
    Atası yeddinci İmamımız İmam Museyi Kazim(ə)-dır. Anası Nəcmə xatundur. Qardaşı, səkkizinci İmamımız İmam Rzadır (ə).

    Anadan olma tarixi: Hicrətin 173-cü ili (miladi 795) zilqədə ayının 1-də Mədinə şəhərində dünyaya göz açmışdır.Elə uşaq ikən atası İmam Museyi Kazim, Abbasi xəlifəsi Harunun zindanında şəhid edilmiş və bundan sonra qardaşı İmam Rzanın(ə) himayəsi altında böyümüşdür.

    Ad və ləqəbləri: Əsl adı Fatimə, məşhur ləqəbi isə Məsumədir. "Kərimeyi Əhli-beyt" kitabından verilən mötəbər sənədə əsasən ona bu ləqəb günahsız və məsum olduğu üçün verilib.

    Xanımın başqa ləqəbləri də vardır. Tahirə, Həmidə, Bərrə, Rəşidə, Təqiyyə, Nəqiyyə, Rəziyyə, Mərziyyə, Seyyidə, Üxtür-Rza. ("Ənvarul-muşəşəəyn", cild 1, sə. 211)

    Yeddinci əsrdə yaşamış sünnü alimi İbn Covzi İmam Kazimin (ə) övladları arasında Fatimə adı ilə dörd qız uşağını qeyd etmişdir.

    1)Fatimeyi-Kubra. 2)Fatimeyi-Suğra. 3)Fatimeyi-Vusta. 4)Fatimeyi-Uxra. ("Təzkiratul-xəvas" , səh. 315 və "Biharul-ənvar", cild. 48, səh. 137) 

    Qeyd etmək lazımdir ki, Fatimeyi-Kubra, həmin həzrərti Məsumədir. Qəbri İranın Qum şəhərində yerləşir. Fatimeyi-Suğra isə, Bibi-Heybət adı ilə tanınmışdır. Müqəddəs məzarı, Bakı şəhərindədir. ("Biharul-ənvar", cild 48, səhifə 317) Fatimeyi-Uxra, tarixdə İmam bacısı ləqəbi ilə tanınmışdır.O,İranın Rəşt şəhərində dəfn olunub. ("Biharul-ənvar" cild-48, səhifə 286 və 317) Sitti-Fatimə ləqəbi ilə tanınmış Fatimeyi-Vustadır. Qəbri İranın İsfəhan şəhərində yerləşir. Fatimeyi-Məsumə bacıları arasında ən böyüyü olduğu üçün, Fatimeyi-Kubra adlanıb.
    İrana səfəri

    Hicri qəməri 200-cü ildə (miladi 823) İmam Rza (ə) Abbasi xəlifəsi Məmunun təkid və təhdidindən sonra, qohum-əqrabasız Mərvə tərəf getməyə məcbur oldu. Qardaşından ayrı düşən Məsumə, bir müddətdən sonra onu görmək üçün bacı-qardaşlari və yaxın adamlarından ibarət bir dəstə ilə Xorasana tərəf yola düşür. Keçdikləri bütün məntəqələrdə camaat onları böyük coşqu və təntənə ilə qarşılayıb, məhəbbət göstərirdilər.

    Kərbəla qəhrəmanı Xanım Zeynəb (s.ə), qardaşı İmam Hüseynin (ə) haqqını müdafiə etdiyi kimi, bu xanım da qardaşı İmam Rzanın (ə) Məmun tərəfindən məruz qaldığı zülmündən, sürgün olunduğundan və Məmunun Əhli-beytə qarşı olunan hiyləgərliyini ifşa edirdi.

    Karvan, Savə şəhərinə çatdıqda qabaqcadan hazırlanmış bir dəstə məmur karvana hücum edib, bütün kişiləri şəhadətə yetirirdilər. Bir rəvayətə əsasən, hətta Xanım Məsuməni (s.ə) zəhərləyirlər. Hər-halda o, ya çoxlu qəm-qüssədən, yada zəhərlənmə nəticəsində xəstələnib Xorasana gedə bilmir.

    Qum şəhərinə gəlişi

    Xorasana gedə bilmədiyini görən Xanım Məsumə(s.ə) ətrafındakılardan Savədən Qum şəhərinə qədər olan məsafəni öyrənəndən sonra, buyurdu: "Məni Qum şəhərinə aparın. Atamdan eşitdim ki, Qum şəhəri şiələrimizin şəhəridir". 

    Məhəmmədin sən bir dəstə gülüsən

    Evin Qum şəhərinə xoş gəlmisən

    Ey məhşərdə şəfaətin məzhəri

    İmamətin, vilayətin kövsəri

    Pişvazına çıxıb bil, əhli iman

    Oldun tamam könüllərin dilbəri. 

    Qumun alimləri və ağsaqqalları bu sevindirici xəbəri eşidib, onu qarşılamağa çıxdılar. Rəvayətə görə, camaat atlı və ya piyada onun kəcavəsini dövrəyə aldılar. Kəcavəsini daşıyan dəvənin cilovundan tutub, çəkən şəxs Əşəri qəbiləsinin böyüyü Musa ibn Xəzrəc idi.

    Xanım Məsumə (s.ə) hicri qəməri tarixi ilə 201-ci ildə (miladi 824) rəbiul-əvvəl ayının 23-ü Qum şəhərinə daxil oldu. O, indiki Mir meydanı adlanan yerdə Musa ibn Xəzrəcin evinin qapısında kəcavədən enib və evində qonaq qalıb. 17 gündən artıq qalmadığı həmin evdə vaxtını demək olar ibadətlə keçirmişdir. Həmin yer hal-hazırda Beytun-nur (Nur evi) adı ilə tanınır və nəzdində qızlar Sitiyyə mədrəsəsi və ziyarətgahı təşkil edir.
    Vəfat tarixi

    Rəvayətlərə görə, Xanım Məsumə (s.ə) hicri qəməri tarixi ilə 201-ci ilin (miladi 824) rəbius-sani ayının onu və ya on ikisi qardaşı İmam Rzanı (ə) görmədən qürbətdə böyük qəm-qüssə ilə dünyasını dəyişir və şiələri matəmə qərq edir. 

    Gəlişinlə nura qərq olub diyar

    Əhli zəvvar düzülüb diyar-diyar

    O ağrılı, o acılı səfərin

    Könülləri paralayar, dağlayar

    Bilməm, bu gün şənlik edib, sevinək

    Yoxsa tamam dərdə batıb,qəmlənək. 

    Qumun əhalisi xanımı dəfn etmək üçün Babulan bağına apardılar. Qəbir hazır olandan sonra, xanımın kim tərəfindən dəfn edilməsi barəsində tərəddüd yarandı. Bu anda qiblə səmtindən üzlərinə niqab bağlamış iki atlının sürətlə onlara tərəf yaxınlaşdığı ğöründü. Onlar cənazəyə namaz qılandan sonra, biri qəbrin içərisinə daxil oldu və o birisi isə cənazəni götürüb ona verdi. Hər ikisi dəfn mərasimini başa çatdırıb,kimsə ilə danışmadan atlarına minib oradan uzaqlaşdılar.

    Həmin iki nəfərin kimliyi oradakılara məlum olmasada, Allahın iki höccəti İmam Rza (ə) və oğlu İmam Cavad (ə) olması ehtimalı verilir. ("Tarixi Qum" səhifə -213) ("Biharul-ənvar". cild-48 səhifə -290)

    Rəvayətlərə ğörə məsumun bədəni məsum şəxsin əli ilə dəfn olunmalıdır. Necə ki, Xanim Fatimeyi-Zəhranı (s.ə) İmam Əli (ə) və Həzrəti Məryəmi (s.ə) oğlu Həzrəti İsa (ə) dəfn etmişdir.("Usuli-kafi" cild-1. səhifə 459)

    Həmin mərasimdən sonra Musa ibn Xəzrəc Xanım Məsumənin (s.ə) qəbri üstündə qamış həsirlə bir kölgəlik düzəldir.Hicri-qəməri tarixi ilə 256-cı ildə isə imam Cavad (ə)-ın qızı Zeynəb (s.ə), o həzrətin qəbri üzərində ilk dəfə olaraq günbəz tikdirdi. Beləliklə də həzrət Məsumə (s.ə)-ın müqəddəs qəbri Əhli-beyt (ə)-ın ardıcılları, həmçinin vilayət və imamət aşiqlərinin ziyarətgahı və səfa yerinə çevrildi.

    Şiə məzhəbinin böyük alimi şəhid Mürtəza Mütəhhəridən soruşurlar. Niyə ustadlarınız içərisində Əllamə Təbətəbaiyə xüsusi ehtiram göstərirsiniz? Buyurur: "Çünki, Ramazan ayında Əllamə Təbətəbai oranı ziyarət etmədən evinə gedib iftar etməzdi”.

    Əslən Azərbaycanlı olan mərhum Əllamə seyyid Məhəmməd Hüseyn Təbətəbai, həmişə xanımın ziyarətgahına daxil olanda, dizlərini yerə qoyub, qapısindan öpərdi.

    İmam Rza(ə) buyurur: "Qum şəhərində bacımı ziyarət edən, məni ziyarət edib". ("Nasixut-təvarix" cild-3, səhifə -68)

    İmam Cavad (ə) buyurur: "Bibim Məsuməni ziyarət edən, Cənnətə gedər." ("Kamiluz-ziyarət" səhifə -338)


    Ya Allah! Səni and veririk xanım xatirinə, bizi qiyamətdə Əhli-beytdən ayri salma.

    Ya Allah! Bizə xanımın ziyarətini qismət elə. ......AMİN..
     
    Hacı İlham



     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 4
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: firengiz | Status: İstifadəçi Offline | 24 Ocak 2016 08:16 | İstifadəçi | Şərh yazdı
    BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM.ALLAHIN SALAMI OLSUN SƏNƏ İMAMIMIIN QIZI,İMAMIMIZIN BACISI XANIM MƏSUMƏ...ZALIMLARA ÖZÜN CAVAB VER YA RƏBBİM.YALVARIRIQ YA RƏBBİM İZİN VER AĞAMIZ İMAM ZAMANA ÖZ MÜBARƏK FƏALİYYƏİNƏ BAŞASIN,SƏNİN KÖMƏKLİYİNLƏ YER ÜZÜNÜ ZÜLÜMKARLARDAN TƏMİZLƏSİN...İSLAM FƏDAİLƏRİNİN QİSASIN ALSIN,SƏNİN MÜBARƏK HÖKMÜNLƏ YA RƏBBİM ALLAH...İLAHİ XANIM MƏSUMƏNİ VƏ BÜTÜN İSLAM ŞƏHİDLƏRİNİ ZİYARƏT ETMƏYİ BİZLƏRƏ NƏSİB ET.BU ÜRƏK PARÇALAYAN TARİXLƏRİ BİZLƏRƏ ÇATDIRAN MÖMÜNLƏRƏ:DÜNYASINI DƏYİŞƏNLƏRƏ RƏHMƏT ET.QALANLARA MÖHKƏM CAN SAĞLIĞI,UZUN ÖMÜR VƏ QÜVVƏT VER,MÖMİN QARDAŞIMIZ TURAL DA ONLARIN İCİNDƏ.AMİN AMİN AMİN.ALLAHUMMƏ SƏLLİ ƏLA MUHƏMMƏDİN VƏ ALİ MUHƏMMƏD VƏ ƏCCİL FƏRƏCƏHUM...ALLAHUMMƏ ƏLLİ ƏLA MUHƏMMƏDİN VƏ ALİ MUHƏMMƏD VƏ ƏCCİL FƏRƏCƏHUM...ALLAHUMMƏ SƏLLİ ƏLA MUHƏMMƏDİN VƏ ALİMUHƏMMƏD VƏ ƏCCİ FƏRƏCƏHM.

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Allahin-Asiqi | Status: İstifadəçi Offline | 24 Ocak 2016 01:00 | İstifadəçi | Şərh yazdı
    Allah razi olsun qardaw Allah bizlere Xanimin ziyaretini nesib etsin Amin

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: yahuseyn | Status: İstifadəçi Offline | 23 Ocak 2016 21:46 | İstifadəçi | Şərh yazdı
    AMIN  AMIN  AMIN , ALLAH BUTUN  ISDEYENLERE  XANIMIN  ZIYARETINI NESIB  ETSIN, ALLAH RAZI  OLSUN  QARDAS  COX DEYERLI  MOVZUDUR ALLAH QEBUL ETSIN INSEALLAH .

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: RuQeYyA | Status: İstifadəçi Offline | 23 Ocak 2016 09:11 | Sayt nəzarətçisi | Şərh yazdı
    ALLAH RAZI OLSUN COX COX DEYERLI MELUMATLARDAN BIRIDI  COX SAGOLUN ALLAH XANIMIN ZIYARETINI NESIB ETSIN INSALLAH AMIN

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.