» » » Müxtəlif məsələlər


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Müxtəlif məsələlər
+5
Müəllif: Fatimə Nuri Xuda | 24-01-2016, 16:00 | Baxılıb: 1 443
 
 
Müxtəlif məsələlər

◘Deyirlər Ənuşirəvanın evində bir lövhə tapdılar ki, onda beş sətir yazı yazılmışdı:
1) Oğlu olmayanın gözünün nuru yoxdur.
2) Qardaşı olmayanın bazu sümüyü yoxdur.
3) Evlənməyən ləzzət nə olduğunu bilməz.
4) Pulu olmayanın məqamı olmaz.
5) Bunların heç birinə sahib olmayanın qəm-qüssəsi olmaz.
◘Kəsra deyib: "Hər kəs beş şeydən çəkinə bilsə onun bu qərarının heç bir eyib və nöqsanı yoxdur; hərislik, arzu, xudpəsəndlik, nəfsani istəklərə uymaq və süstlük. Hərislik həyanı aparar, xudpəsəndlik düşmənçiliyə səbəb olar. Nəfsani istəklərə uymaq rüsvayçılıq gətirər, süstlük isə peşimançılığa səbəb olar.”
◘Həsən Bəsri deyir: "Tövratda bu beş ifadə yazılmışdır; 
1) Ehtiyacsızlıq qənaətdədir. 
2) Salamatlıq pis insanlardan uzaq gəzməkdədir. 
3) Azadlıq tərki-dünyalıqdadır. 
4) Bəhrələnmə uzun müddətə başa gəlir. (Yə`ni, axirət əməllərin nəticəsidə qazanılar.) 
5) Səbr isə az bir müddətdədir (yə`ni, dünyadadır.)
◘Bir nəfər deyib: "Qənaət can rahatlığıdır, çoxlu təcrübə əqlin kamala çatmasına səbəb olar, söz gəzdirmək yaxınların və uzaqların təhdidinə səbəb olar, qadınla məşvərət hər şeyin alt-üst olmasına səbəb olar və xoşxasiyyət insan da böyük insan olar.
◘"Ər-riyazüz-zahirə” kitabında belə yazılıb: "Həzrət Adəm (ə) oğlu Şeysə beş vəsiyyət verib tapşırdı ki, o da bunları öz oğluna vəsiyyət etsin:
1) Dünyaya bel bağlamayın, çünki, əbədi olan behiştə bel bağladım, Allah bunu bəyənmədi və məni oradan çıxardı.
2) Qadınların rə`yinə əsasən iş görməyin. Çünki,  mən qadının sözünə qulaq asıb ağacdan yedim, sonra isə   peşman oldum.
3) Görmək istədiyiniz hər bir işin nəticəsini əvvəlcdən düşünün. Mən əvvəlcədən düşünmədiyimə görə bu müsibətə düçar oldum.
4) Qəlbin narahat olduğu işi görməyin. Mən həmin meyvəni yeyən zaman qəlbim əsirdi. Lakin e`tina etmədim, nəticədə peşman oldum.
5) İşlərinizdə məşvərət edin, əgər mən mələklərlə məşvərət etsəydim bu bəlaya düçar olmazdım.
◘Sədəqə verənlərin beş imtiyazı var: Hacətlərin həyata keçməsi, çətinliklərin aradan qalxması, ruzinin genişlənməsi, pis ölümdən nicat, günahların bağışlanması və bol ruzili uzun ömür.
◘Peyğəmbərdən (s) nəql olunur ki, Həzrət buyurdu: Sədəqə barəsində şeytandan soruşdum: Nə üçün sədəqənin qarşısını almağa çalışırsan? Dedi: Ey Məhəmməd (s) elə ki, sədəqə verildiyini görürəm sanki, mişarı götürüb boynumu kəsirlər. Soruşdum: Nə üçün? Dedi: Sədəqənin beş xüsusiyyəti var; var-dövləti artırar, xəstənin şəfa tapmasına səbəb olar, bəlanı qaytarar, sədəqə verən kəs Sirat körpüsündən ildırım kimi keçər və hesabsız behiştə daxil olar. Dedim: Allah əzabını daha da artıq etsin!
◘Başqa bir hədisdə deyilir ki, Peyğəmbər (s) belə  buyurdu: "Elə ki, sədəqə sahibinin əlindən çıxar beş söz deyər: "Fani idim, məni əbədi etdin, kiçik idim, məni böyütdün, düşmənin idim, məni özünə dost etdin, bu vaxta qədər sən məni qoruyurdun, bundan sonra Qiyamətə qədər mən səni qoruyacağam.”
◘Səqədə beş qisimdir: 
1) Malın sədəqəsi. 
2) Hörmətin, məqamın sədəqəsi. (Müxtəlif insanlardan ötrü şəfaət etmək, vasitəçi durmaqdan ötrü.) Peyğəmbər (s) buyurub ən gözəl sədəqə dilin sədəqəsidir.” Soruşdular: "Dilin sədəqəsi nədir?” Buyurdu: "Şəfaət. Onun vasitəsi ilə əsiri əsirlikdən qurtarmaq olur, qan tökülməsinin, hər hansı bir müsəlmana zərər yetişməsinin qarşısı alınır.” 
3) Əql və təfəkkürün sədəqəsi, yə`ni, məşvərət. Bu barədə Peyğəmbər (s) buyurub: ”Mö`min qardaşınıza ona yol göstərəcək biliyiniz vasitəsi ilə sədəqə verin.” 
4) Dilin sədəqəsi. Yə`ni, fitnə odunu yatırmaqdan ötrü vasitəçilik etmək, yaxud, insanları barışdırmaq. Allah-təala buyurur: "Onların qulağına sədəqə vermək, yaxşı iş görmək və insanları barışdırmaqdan başqa heç bir söz tə`sir göstərmir.” 
5) Elmin sədəqəsi. Yə`ni onu öyrənmək istəyənlərə paylamaq. Peyğəmbər (s) buyurub: «Sədəqənin bir növü də elmi öyrənib başqalarına tədris etməkdir.» Yenə də buyurub: «Zəkat, cahilə elm öyrətməkdir.»
◘Hər bir dində riayət olunması vacib olan əsas məsələlər beşdir: Qisas vasitəsi ilə canı təhlükədən qorumaq, dindən çıxanı öldürməklə dini təhlükədən qorumaq, oğrunun əlini kəsməklə malı təhlükədən qorumaq, şərabxoru cəzalandırmaqla əqli təhlükədən qorumaq və zinakarı cəzalandırmaqla əsil-nəsəbi qorumaq.
◘Dinin əsası beşdir: Allahı tanıma, əldə olana qane olmaq, dinin həddi-hüdudlarını aşmamaq, əhdə vəfalı olmaq, itirilmiş şeyə səbr etmək.
◘Bir hədisdə deyilir ki, hər kəs behişt istəyir, gərək beş şeydən əl çəkməsin: 
1) Allahın qorxusundan günahı tərk etməkdən; Qur`anda belə buyurulur: "Hər kəs öz Pərvərdigarının məqamından qorxsa və nəfsani istəklərinin qarşısını alsa onun yeri behiştdir.”
2) Dünyada qarını doyduran və bədəni örtən şeyə qane olmaq. Çünki deyiblər, behiştin qiyməti dünya matahını tərk etməkdir.”
3) İtaət və ibadətə, Allahın və Peyğəmbərin (s) razı olduğu hər bir şeyə həvəslə yanaşmaq
4) Elm əhli və saleh insanlarla yoldaşlıq, fəqir və yoxsulları sevmək.
5) Dua, ah-zar, yalvar-yaxar etmək. Hədislərdə var ki, hər kəs Allahdan üç dəfə behişt istəsə, behişt Allaha belə deyər: "Pərvərdigara! Məni ona, onu da mənə qovuşdur.”
◘Başqa bir hədisdə belə deyilir ki, bir şəxs Peyğəmbərdən ona elə bir əməl öyrətməsini istədi ki, həmin əməl vasitəsi ilə o, behiştə gedə bilsin. Peyğəmbər (s) buyurdu: "Gündəlik beş vacibi namazı qıl, Ramazan ayının orucunu tut, cənabət qüsulu al, Əlini (ə) və onun mə`sum övladlarını (ə) sev, ondan sonra behiştin hansı qapısından istəyirsən daxil ol. And olsun məni peyğəmbərliyə tə`yin edib mənə vəhy göndərən Allaha, əgər min namaz qılıb min dəfə həccə getsən, lakin qəlbində Əlinin (ə) və onun mə`sum övladlarının (ə) məhəbbəti olmasa sair cəhənnəm əhli kimi oda daxil olacaqsan. Hazırlar qaiblərə xəbər versinlər ki, mən bu sözü yalnız və yalnız Cəbrailin göstərişi ilə, o da Allahın göstərişi ilə deyib. Cəbrail aləmdə Əlidən (ə) başqa bir qardaş seçməyib. İndi, hər kəs istəyir onu sevsin, hər kəs də istəyir onunla düşmən olsun. Allah-təala and içmişdir ki, nə qədər ki, Əlinin (ə) dostları cənnətdə məskunlaşıb, ne`mətlərdən istifadə edir, onun düşmənləri də cəhənnəmdə olacaq.”
 
 
Kitabın adı: Nəsihətlər (On dörd məsumun (ə) buyurduqları və min bir hikmətli söz)
Müəllif: Ayətullah Meşkini

 
 
Bölmə: Hədislər / Hədislər-yazılı
Şərhlər: 3
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)

| Şikayət et | | | |
Müəllif: Elya | Status: İstifadəçi Offline | 25 Ocak 2016 03:13 | Redaktor | Şərh yazdı
Hikmetli ve ibretli meslehetlerdi Allah senden razi olsun bacim sayende bu gozel kelamlari oxuyuruq ellerin derd gormesin Allah her zaman komeyin olsun Amin.
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: yahuseyn | Status: İstifadəçi Offline | 24 Ocak 2016 23:06 | İstifadəçi | Şərh yazdı
Allah razi olsun bacim cox gozel ve deyerli hedislerdir, Allah bizleri cehennemin odunnan qorusun ve da qiyamete qeder Ehlibeyt sevgisini bizlerin qelbinden silmesin,axiretimizi Ehlibeytle meshur elesin inseAllah amin. 

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: RuQeYyA | Status: İstifadəçi Offline | 24 Ocak 2016 19:41 | Sayt nəzarətçisi | Şərh yazdı
Cox sagol baci cox deyerli xeberdi ellerine sagliq
 

--------------------
Не нравится 0 Bəyəndim
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.