Zülmün kəşf edilmə münacatı
Ərəbcə
اللَّهُمَّ اِنَّ ظُلْمَ عِبَادِكَ قَدْ تَمَكَّنَ في بِلادِكَ، حَتَّى اَمَاتَ الْعَدْلَ، وَ قَطَعَ السُّبُلَ، وَ مَحَقَ الْحَقَّ، وَ اَبْطَلَ الصِّدْقَ، وَاَخْفَي الْبِرَّ، وَاَظْهَرَ الشَّرَّ، وَاَخْمَدَ التَّقْوَى، وَ اَزَالَ الْهُدَى، وَ اَزَاحَ الْخَيْرَ، وَ اَثْبَتَ الضَّيْرَ، وَ اَنْمَي الْفَسَادَ، وَ قَوَّي الْعِنَادَ، وَ بَسَطَ الْجَوْرَ، وَ عَدَي الطَّوْرَ، اللَّهُمَّ يَا رَبِّ لا يَكْشِفُ ذلِكَ اِلاََّ سُلْطَانُكَ، وَلا يُجيرُ مِنْهُ اِلاَّ امْتِنَانُكَ، اللَّهُمَّ رَبِّ فَابْتُرِ الظُّلْمَ، وَ بُثَّ جِبَالَ الْغَشْمِ، وَ اَخْمِدْ سُوقَ الْمُنْكَرِ، وَ اَعِزَّ مَنْ عَنْهُ يَنْزَجِرُ، وَاحْصُدْ شَاْفَةَ اَهْلِ الْجَوْرِ، وَ اَلْبِسْهُمُ الْحَوْرَ بَعْدَ الْكَوْرِ، وَ عَجِّلِ اللَّهُمَّ اِلَيْهِمُ الْبَيَاتَ، وَ اَنْزِلْ عَلَيْهِمُ الْمَثُلاتِ، وَاَمِتْ حَيوةَ الْمُنْكَرِ لِيُؤْمَنَ الْمَخُوفُ، وَ يَسْكُنَ الْمَلْهُوفُ، وَ يَشْبَعَ الْجَايِعُ، وَ يُحْفَظَ الضَّايِعُ، وَ يَاْوَي الطَّريدُ، وَ يَعُودَ الشَّريدُ، وَ يُغْنَي الْفَقيرُ، وَ يُجَارَ الْمُسْتَجيرُ، وَ يُوَقَّرَ الْكَبيرُ، وَ يُرْحَمَ الصَّغْيرُ، وَ يُعَزَّ الْمَظْلُومُ وَ يُذَلَّ الظَّالِمُ، وَ يُفَرَّجَ الْمَغْمُومُ، وَ تَنْفَرِجَ الْغَمَّاءُ، وَ تَسْكُنُ الدَّهْمَاءُ، وَ يَمُوتَ الاِْخْتِلافُ، وَ يَعْلُوَ الْعِلْمُ، وَ يَشْمُلَ السِّلْمُ، وَ يُجْمَعَ الشَّتَاتُ، وَ يَقْويَ الاْيمَانُ، وَ يُتْلَي الْقُرْآنُ، اِنَّكَ اَنْتَ الدَّيَانُ الْمُنْعِمُ الْمَنَّانُ
Oxunuşu
Əllahummə innə zulmə ibadikə qəd təməkkənə fi biladik, hətta əmatəl ədl, və qətəəs subulə və məhəqəl həqq, və əbtələs sidqə və əxfəl birr, və əzhərəş şərri və əxmədət təqva, və əzaləl huda və əzahəl xəyr, və əsbətəz zəyrə və ənməl fəsad, və qəvvəl inadə və bəsətəl cəvrə və ədət təvr, Əllahummə ya rəbbi la yəkşifu zalikə illa sultanuk, və la yuciru minhu illa imtinanuk, Əllahummə rəbbi fəbturiz zulmə və bussə cibaləl ğəşm, və əxmid suqil munkər, və əizzə mən ənhu yənzəcir, vəhsud şə`fətə əhlil cəvr, və əlbishumul həvrə bə`dəl kəvr, və əccilil-lahummə iləyhimul bəyat, və ənzil ələyhimul məsulat, və əmit həyatəl munkəri liyu`-mənəl məxuf, və yəskunəl məlhuf, və yəşbəəl caiu və yuhfəzəz zayi`, və yə`vət təridu və yəudəş şərid, və yuğnəl fəqiru və yucarəl mustəcir, və yuvəqqərəl kəbiru və yurhəməs səğir, və yuəzzəl məzlumu və yuzəlləz zalim, və yufərrəcəl məğmum, və tənfəricəl ğəmmau və təskunəd dəhma, və yəmutəl ixtilafu və yə`luvəl ilmu və yəşmuləs silm, və yuc-məəş şəttatu və yəqvəl imanu və yutləl Qur`an, innəkə əntəd dəyyanul mun`imul mənnan.
Tərcüməsi
İlahi, Sənin şəhərlərində bəndələrinin zülmünün artması ədaləti aradan qaldırmış, (haqq) yolları bağlamış, haqqı məhv etmiş, doğrunu batilə çevirmiş, xeyirxahlığı yoxa çıxarmış, şər və pislikləri aşkar etmiş, pəhrizkarlıq çırağını söndürmüş, doğru yol aradan qaldırmış, yaxşılıq və xeyrə son qoymuş, zərəri davamlı etmiş, fəsadı artırmış, düşməni gücləndirmiş, zülm və sitəmi genişləndirmiş və həddini aşırmışdır. İlahi, ey Rəbbim, onu Sənin hakimiyyət və qüdrətindən başqa, heç bir şey aradan qaldıra, Sənin bəxşiş və minnətindən başqa, heç bir şey ondan amanda saxlaya bilməz! İlahi, ey Rəbbim, zülmün kökünü kəs, zorakılıq dağlarını yerlə yeksan et, fəsad və pis işlərin yayılmasının qarşısını al, çirkinliklərə mane olan kəslərə izzət ver, zülm əhlinin kökünü qurut və onların əyninə nöqsan libası geyindir, çoxalıb artdıqdan sonra, ilahi, tezliklə onları qəflət və heyrətə düçar et, onlara başqalarına ibrət dərsi olacaq bəlalar nazil et və onların pis işlərinə son qoy ki, qorxan əmin-amanlıq və çarəsiz aramlıq əldə etsin, acların qarnı doysun, itmiş şey qorunsun, səfillər özünə yer tapsın, fərar edən öz vətəninə qayıtsın, möhtaclar ehtiyacsız olsun, pənah axtaranlar sığınacaq tapsın, böyüklərə ehtiram və kiçiklərə rəhm edilsin, zülmə düçar olmuş izzət əldə etsin, zalımlar xar olsun, qüssəlilərin qəlbi rahatlaşsın və kədəri aradan qalxsın, çəkişmələr bitsin və nizam-intizam yaransın, ixtilaf və ikitirəlik aradan qaldırılsın, elm və bilik dəyərləndirilsin, hər yeri səfa-səmimiyyət bürüsün, pərakəndə olanlar birləşsin, iman güclənsin və Quran tilavət olunsun. Həqiqətən, Sənsən mükafatlandıran, nemət verən və minnət qoyan!
Kitabın adı: Məfatihul Cinan