Əllahummə inni ətəvəccəhu iləykə bi Muhəmmədin və ali Muhəmməd, və uqəddimuhum bəynə yədəy sələvati, və ətəqərrəbu bihim iləyk, fəc`əlni bihim vəcihən fid dunya vəl axirəti və minəl muqərrəbin, mənəntə ələyyə bimə`rifətihim, fəxtim li bitaətihim və mə`rifə-tihim və vilayətihim, fəinnəhəs səadətu vəxtim li biha, fə innəkə əla kulli şəy`in qədir.
Əllahumməc`əlni məə Mu-həmmədin və ali Muhəmməd, fi kulli afiyətin və bəlain vəc`əlni məə Muhəmmədin və ali Muhəmməd, fi kulli məsvən və munqələb, Əllahumməc`əl məh-yayə məhyahum və məmati məmatəhum vəc`əlni məəhum fil məvatini kulliha, vəla tufər-riq bəyni və bəynəhum, innəkə əla kulli şəy`in qədir.
Əllahummə la tu`yisni min rəvhik, və la tuqənnitni min rəhmətik, və la tu`minni mək-rək, fəinnəhu la yə`mənu mək-rəllahi illəl qəvmul xasirun.
Əllahummə inni ətəqərrəbu iləykə bicudikə və kərəmik, və ətəqərrəbu iləykə bi Muhəm-mədin əbdikə və rəsulik, və ətəqərrəbu iləykə biməlaikə-tikəl muqərrəbin, və ənbiyaikəl mursəlinə və bik, Əllahummə əntəl ğəniyyu ənni, və biyəl faqətu iləykə əntəl ğəniyyu ənni, və ənəl fəqiru iləyk, əqəltəni əsrəti, və sətərtə ələyyə zunubi, fəqzil yəvmə hacəti, və la tuəzzibni biqəbihi ma tə`ləmu minni, bəl əfvukə və cudukə yəsəuni.
Ya əhlət təqva və ya əhləl məğfirəh, ya bərru ya rəhim, əntə əbərru bi min əbi və ummi və min cəmiil xəlaiq, iqlibni biqəzai hacəti, mucabən duai, mərhumən səvti, qəd kəşəfət ənvaəl bəlai ənni.
Rəziytu billahi rəbbən və bi Muhəmmədin nəbiyya, və bil islami dina, və bil Qur`ani kitaba, və bifulani və fulan.
Və bi Əliyyin vəl Həsəni vəl Huseyni və Əliyyin və Muhəmmədin və Cə`fərin və Musa, və Əliyyin və Muhəmmədin və Əliyyin vəl Həsəni vəl huccəh.
Əimməh, Əllahummə vəliy-yukə fulanun
Əl qaimul huccəh.
Fəhfəzhu min bəyni yədəyhi və min xəlfih, və ən yəminihi və ən şimalih, və min fəvqihi və min təhtih, vəmdud ləhu fi umrih, vəc`əlhul qaimə biəm-rik, vəl muntəsirə lidinik, və ərihi ma yuhib, və ma təqirru bihi əynuhu fi nəfsihi və zur-riyyətih, və fi əhlihi və malihi və fi şiətihi və fi əduvvih, və ərihim minhu ma yəhzərun, və ərihi fihim ma yuhib, və təqirru bihi əynuh, vəşfi sudurəna və sudurə qəvmin mu`minin
Əllahumməğfirli ma qəd-dəmtu və ma əxxərtu və ma əsrərtu və ma ə`lənt, və israfi əla nəfsi və ma əntə ə`ləmu bihi minni, Əllahummə əntəl muqəddimu vəl muəxxir, la ilahə illa ənt, biilmikəl ğəyb, və biqudrətikə ələl xəlqi əcməin, ma əlimtəl həyatə xəyrən li fəəhyini, və təvəffəni iza əlimtəl vəfatə xəyrən li, Əllahummə inni əs`əlukə xəşyətəkə fis sirri vəl əlaniyəh, və kəlimətəl həqqi fil ğəzəbi vər riza, vəl qəsdə fil fəqri vəl ğina, və əs`əlukə nəimən la yənfəd, və qurrətə əynin la tənqəti`, və əs`əlukər riza bil qəza, və bərəkətəl məvti bə`dəl əyş, və bərdəl əyşi bə`dəl məvt, və ləzzətəl mənzəri ila vəchik, və şəvqən ila ru`yətik, və liqaikə min ğəyri zərraə muzirrəh, və la fitnətin muzilləh, Əllahummə zəyyinna bizinətil iman, vəc`əlna hudatən muhtədin, Əllahum-məhdina fi mən hədəyt, Əllahummə inni əs`əlukə əzi-mətər rəşad, vəs səbbati fil əm-ri vər ruşd, və əs`əlukə şukrə ni`mətikə və husnə afiyətik, və ədaə həqqik, və əs`əlukə ya rəbbi qəlbən səlimən və lisanən sadiqa, vəstəğfirukə lima tə`lə-mu və əs`əlukə xəyrə ma tə`ləm, və əuzu bikə min şərri ma tə`ləm, fəinnəkə tə`ləmu və la nə`ləm, və əntə əllamul ğuyub.
Uciru nəfsi və mali və vələdi və əhli və dari, və kullə ma huvə minni, billahil vahidil əhədis səmədilləzi ləm yəlid və ləm yuləd, vələm yəkun ləhu kufuvən əhəd, və uciru nəfsi və mali və vələdi və kullə ma huvə minni birəbbil fələqi min şərri ma xələq...
Və uciru nəfsi və mali və vələdi və kullə ma huvə minni birəbbin nasi məlikin nas...
Və uciru nəfsi və mali və vələdi və kullə ma huvə minni billahi la ilahə illa huvəl həyyul qəyyum, la tə`xuzuhu sinətun və la nəvmun...
Tərcüməsi
Bu fəsil, beş duadan ibarətdir:
1. İmam Sadiqdən (ə) nəql olunmuşdur ki, Əmirəl-möminin Əli (ə) belə buyurmuşdur: «Hər kəs namaz qılmamışdan öncə bu duanı oxusa, Qiyamət günündə Məhəmməd və onun Əhli-beyti ilə birgə olar:
İlahi, Məhəmməd və Məhəmmədin Əhli-beytinin vasitəsilə Sənə üz tutur, onları namazlarım üçün vasitə seçir və onların vasitəsilə Sənin dərgahına yaxınlaşıram. Elə isə məni dünya və axirətdə onların vasitəsilə üzüağ et, dərgahına yaxın olan bəndələrinin zümrəsində yerləşdir. Onları mənə tanıtdırmaqla mənə minnət qoydun. Əməlimi onlara itaət, onları tanımaq və sevməklə sona yetir ki, səadət elə odur! Axır-aqibətimi də onunla bitir ki, həqiqətən, Sən hər bir şeyə qadirsən.
Namazı qılıb qurtardıqdan sonra belə desin:
İlahi, hər afiyət və bəla zamanı məni Məhəmməd və Məhəmmədin Əhli-beytindən ayırma, hər bir məkan və dönüş yerində məni Məhəmməd və Məhəmmədin Əhli-beytindən ayırma. İlahi, həyatımı onların həyatı, ölümümü də onların ölümü kimi qərar ver! Məni hər bir yerdə onlara yoldaş seç və mənimlə onların arasında ayrılıq salma ki, həqiqətən, Sən hər bir şeyə qadirsən.
2. Səfvan Cəmmaldan nəql olunmuşdur: Mən İmam Sadiqi (ə) gördüm ki, namaz qılmaq üçün üzü qibləyə durub, təkbirdən qabaq belə deyirdi:
İlahi, məni Öz ruhbəxş nəsimindən məhrum, lütf və mərhəmətindən naümid etmə və məkrindən əmin-amanlıqda saxla! Çünki Allahın məkrindən yalnız ziyankar dəstələr əmin-amanlıqda qalmaz.
3. İmam Sadiqdən (ə) nəql olunmuşdur ki, həzrət Əmirəl-möminin Əli (ə) gün batandan sonra bu duanı oxuyurdu:
İlahi, bəxşiş və böyüklüyünlə Sənə yaxınlaşıram. Bəndən və rəsulun Məhəmmədin vasitəsilə Sənə yaxınlaşıram. Yaxın mələklərin, elçilərin və Sənin vasitənlə Sənə yaxınlaşıram. İlahi, Sən məndən ehtiyacsızsan, mən isə Sənə möhtacam. Sən qənisən, mən isə yoxsulam. Sən xətalarımdan keçdin və günahlarımı örtüb bağışladın. Bu gündə hacətlərimi qəbul et və məni xəbərdar olduğum çirkin işlərimə görə cəzalandırma. Çünki Sənin əfv və bəxşişin mənə də aiddir.
Sonra səcdəyə gedib deyirdi:
Ey təqva əhli, ey məğfirət əhli, ey xeyirxah, ey mehriban! Sən atam-anam və bütün məxluqata nisbətən mənimlə yaxşı rəftar etdin. Hacətlərimi rəva, duamı qəbul etdiyin və səsimi eşitdiyin halda məni geri qaytar. Şübhəsiz, Sən bir çox bəlaları məndən uzaqlaşdırdın.
4. İmam Məhəmməd Təqi (ə) buyurmuşdur: "Gündəlik vacibi namazı qılıb qurtardıqdan sonra belə de:
Allahın Rəbb, Məhəmmədin peyğəmbər, İslamın din, Quranın kitab, filankəs və filankəslərin –
"Bifulanin və bifulan” sözlərinin yerinə belə de:
Əli, Həsən, Hüseyn, Əli, Məhəmməd, Cəfər, Musa, Əli, Məhəmməd, Əli, Həsən və Höccətin (imam Mehdi) imam olmasına sevindim.
"Fulanun” sözünün yerinə belə de:
İlahi, dostun və nümayəndən filankəsi öndən və arxadan, sağdan və soldan, yuxarıdan və aşağıdan qoru, onun ömrünü uzat, Öz əmrinlə qiyam etməyə və dininə yardımçı təyin et. İstədiyini və özü, övladları, xanədanı, malı, şiələri və düşmənləri ilə bağlı gözünün aydınlığına səbəb olanları ona göstər. Onların da ondan qorxduqlarını, onunla bağlı sevdikləri və gözlərinin aydınlığına səbəb olanları onlara göstər, bizim və möminlərin sinələrinə şəfa ver!
O həzrət buyurur ki, Peyğəmbər (s) namazı qıldıqdan sonra həmişə belə deyərdi:
İlahi, keçmiş və gələcək, gizli və aşkar günahlarımı, öz nəfsimə israfçılığımı və Sənin mənim haqda bildiklərini bağışla! İlahi, əvvəl (keçmiş) və axır (gələcək) Sənsən! Sənin qeyb elmindən və bütün məxluqatın üzərindəki qüdrətindən xəbərdar olan Səndən başqa bir tanrı yoxdur. Həyatımın mənə xeyirli olacağını bildiyin vaxta qədər mənə ömür ver və ölümün mənə xeyirli olacağını bildiyin vaxt məni dünyadan apar! İlahi, Səndən gizli və aşkarda Sənin xofunu, qəzəb və şadlıq zamanı haqq söz deməyi, yoxsulluq və sərvət zamanı mötədillik istəyirəm. Səndən tükənməyən nemət və kəsilməyən göz aydınlığı istəyirəm. Səndən qəza və qədərinə razılıq, həyatdan sonra ölümün mübarək, ölümdən sonra həyatın və Səninlə görüşün ləzzətli olmasını, Səninlə görüşmək üçün şövq və Səninlə zərərsiz və fitnəsiz görüş istəyirəm. İlahi, bizi imanla zinətləndir və hidayət olunmuş rəhbərlərdən qərar ver! İlahi, bizi hidayət etdiyin kəslərin zümrəsinə hidayət et! İlahi, Səndən doğru qərar, dini işlər və haqq yolda müqavimət istəyirəm! Səndən nemətinə şükür etmək, yaxşı afiyətə bürünmək və haqqını yerinə yetirmək üçün müvəffəqiyyət istəyirəm. Ey Rəbbim, Səndən sağlam qəlb və doğru dil istəyirəm! Sənin xəbərdar olduqlarından bağışlanma və onun xeyrini diləyirəm. Xəbərdar olduqlarının şərindən Sənə pənah aparıram ki, doğrudan da, Sən bilirsən, biz isə bilmirik və Sən qeyblərdən xəbərdarsan!
5. İmam Sadiq (ə)-dan nəql olunmuşdur ki, hər kəs vacibi namazdan sonra bu ayələri oxusa, özü, övladları, evi və mal-dövləti Allahın amanında olar:
Özümü, malımı, övladımı, ailəmi, evimi və sahib olduqlarımı yeganə, bir, ehtiyacsız, doğmayan, doğulmayan və tayı-bərabəri olmayan Allaha tapşırıram. Özümü, malımı, övladımı və sahib olduqlarımı yaratdıqlarının şərindən sübhün Rəbbinə tapşırıram.
surənin axırına qədər.
Özümü, malımı, övladımı və sahib olduqlarımı insanların Rəbbinə tapşırıram.
surənin axırına qədər.
Özümü, malımı, övladımı və sahib olduqlarımı o Allaha tapşırıram ki, Ondan başqa heç bir tanrı yoxdur, O, diri və əbədidir, nə yatır, nə də mürgüləyir...
ayətəl kürsini axıra qədər.
Kitabın adı: Məfatihul Cinan