» » İnsanların yaradılışında məqsəd


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6693

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6677

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 2

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Nisan 2024    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
İnsanların yaradılışında məqsəd
+5
Müəllif: Admin | 13-01-2016, 19:00 | Baxılıb: 1 245
 
 

İNSANLARIN YARADILIŞINDAN MƏQSƏD VƏ PEYĞƏMBƏRLƏRİN VƏZİFƏSİ

Allah taala «Zariyat» surəsinin 56-cı ayəsində buyurur: «Biz insanları və cinləri yalnız mənə ibadət etmək üçün yaratdıq». Deməli, insanların yaradılmasından məqsəd budur ki, Allah taalaya ibadət etsinlər, Onun əmrlərinə tabe olsunlar. Bir müddət yaşayıb ömrü başa vurduqdan sonra isə yeni bir aləmə köçürlər. Bu yeni aləmə köçmək-ölüm «yox» olmaq mənasına deyil. İndi bütün dünya bunu qəbul edir ki, insan ölməklə yox olmur, sadəcə olaraq bir həyatdan digərinə köçür, bir haldan başqa hala çevrilir. İndi ki, insanların yaradılmasından məqsəd Allah taalaya ibadət edib Ona yaxınlaşmaqdır, bəs onda bu işdə onlara kim yol göstərməlidir?

Bu iş üçün Allah taala müəyyən şəxslər göndərmişdir. Düzdür, Allah taala şəxsən Özü də insanlardan vəd alaraq yalnız Ona ibadət edəcəkləri haqda əhd-peyman bağlamışdır. Bu, hələ insan dünyaya gəlməzdən qabaq ruhlar aləmində bağlanan bir əhd-peymandırdır. Quran da buna işarə edir: «(Ey Peyğəmbərim!) Xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının bellərindən (gələcək) nəsillərini çıxardıb onları özlərinə (bir-birinə) şahid tutaraq: «Mən sizin Rəbbiniz deyiləmmi?»- deyə soruşmuş, onlar da: «Bəli, Rəbbimizsən!»- deyə cavab vermişdilər...» («Əraf» surəsi, 172-ayə.)

Bəli, Allah taala Özü insanlarla əhd-peyman bağlamış, lakin sonradan insanlar bunu unutmuşlar. Buna görə də peyğəmbərlər Allah tərəfindən göndərilmişlər ki, bu əhd-peymanı bir daha insanlara xatırlatsınlar və onları düz yola yönəltsinlər. Peyğəmbərlərin də vəzifəsi məhz bundan ibarətdir ki, insanların Allahla bağlayıb unutduğu bu əhd-peymanı onların yadına salsınlar. Yox, əgər bu peyğəmbərlər göndərilməsəydilər, onda insanlar bəhanə edərək Allaha şikayətlənərdilər ki, bir nəfər göndərsəydin, bunu bizim yadımıza salardı. Peyğəmbərlərin gəlişi isə bu bəhanənin də üstündən xətt çəkir. «Nisa» surəsinin 165-ci ayəsində deyilir: «(Biz) peyğəmbərləri möminlərə müjdə gətirən və (kafirləri) əzabla qorxudan kimi göndərdik ki, daha insanlar üçün peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri qalmasın. Allah yenilməz qüdrət və hikmət sahibidir». Yəni, peyğəmbərlərin gəlişindən sonra Allah yoluna gəlməyən şəxsin heç bir bəhanəsi ola bilməz. Çünki Allah hər bir işi hikmət üzündən görür. Kimsə özlüyündə bəhanə axtarıb tapsa, bu üzürlü qəbul edilməyəcək. Daha sonra isə peyğəmbərlərin öz vəzifələrini Allahın kitabı və qanunlarına əsasən yerinə yetirdikləri söylənilir. Onlar da məhz bu kitaba əsasən hərəkət edirdilər. «Nəhl» surəsinin 89-cu ayəsində deyilir: «...Biz Quranı sənə hər şeyi (dini hökmləri, halal-haramı, savab-günahı) izah etmək üçün, müsəlmanlara da bir hidayət, mərhəmət və müjdə olaraq nazil etdik!» «Hədid» surəsinin 25-ci ayəsində deyilir: «And olsun ki, Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə (möcüzlərlə) göndərdik. Biz onlarla birlikdə (səmavi) kitab və ədalət tərəzisi (şəriət) nazil etdik ki, insanlar (bir-biri ilə) ədalətlə rəftar etsinlər...» Qiyamət günü də insanlar məhz bu kitab əsasında mühakimə olunub sorğu-suala çəkiləcəklər.

Deməli, əvvəldə deyilən sualın cavabı üçün birinci müqəddimə o oldu ki, Allah taala insanları yalnız Ona ibadət etmək üçün yaradıb və bu işdə peyğəmbərləri insanlara yol göstərən-bələdçi göndərmiş, onlar da Allahın kitabına əsasən hərəkət etmişlər.

İkinci müqəddimə isə bundan ibarətdir: Peyğəmbərlərin üç vəzifəsi vardır:

1 Risalət vəzifəsi.

Yəni, peyğəmbərlər insanları tövhid və təkallahlığa dəvət etməlidirlər. Peyğəmbərin bu vəzifəsi, risalət məqamı adlanır. «Nəhl» surəsinin 36-cı ayəsində deyillir: «Biz hər ümmətə: «Allaha ibadət edin, tağutdan çəkinin!»- deyə peyğəmbər göndərmişdik...» Allahdan qeyrisinə ibadət etmək, qarşısında baş əymək isə təbii ki, qadağandır. Səcdə yalnız Allaha məxsusdur.

Risalətin bir mənası da xəbər çatdırmaqdır. Peyğəmbərlərin risalət vəzifəsindən məqsəd də odur ki, onlar Allah tərəfindən insanlara xəbər çatdırmışlar. Peyğəmbər sözünün (fars sözüdür) mənası da məhz «xəbər aparan» deməkdir. «Ali-İmran» surəsinin 20-ci ayəsində deyilir: «(Ya Mühəmməd!) Kitab verilmiş şəxslərə və savadsızlara (ərəb müşriklərinə) de: «Siz də müsəlman (haqqa təslim) oldunuzmu?» Əgər islamı qəbul edərlərsə, doğru yola yönəlmiş olarlar, yox əgər üz döndərərlərsə, (sənə bunun zərəri gəlməz), sənin vəzifən ancaq (İslamı) təbliğ etməkdir. Allah şübhəsiz ki, bəndələrini görəndir». «Maidə» surəsinin 92-ci ayəsində isə deyilir: «...Bilin ki, Peyğəmbərimizin vəzifəsi yalnız açıq-aşkar təbliğ etməkdir». Əlbəttə, peyğəmbərlərin təbliği mütləq aydın şəkildə olmalıdır. Yox əgər hansısa bir peyğəmbər öz vəzifəsini, dəvətini camaatın başa düşmədiyi tərzdə həyata keçirərsə, təbii ki, bu, məqbul sayılmaz.

Risalətin üçüncü mənası odur ki, Allahın buyurduğu qayda-qanunlarda insanların başa düşmədiyi şeyləri onlara açıqlasınlar. Bu da peyğəmbərlərin vəzifəsidir. Qurana şərh verib açıqlamağa, təfsir etməyə yalnız Peyğəmbərin və onun icazə verdiyi şəxslərin səlahiyyəti çatır. Yoxsa elə belə deyil ki, ürəyi istəyən şəxs gəlib Qurana şərh versin. Hədisdə deyilir ki, Qiyamət günü Allah taala Quranı öz şəxsi fikrinə əsaslanıb təfsir edən şəxsin ağzına oddan qıfıl vuracaq. Axı kimin haqqı çatır ki, Allahın fikrini öz şəxsi fikrinə əsasən aydınlaşdırsın. Bunu yalnız Allahın Öz nümayəndələri deyə bilər. Və Allahın nümayəndələrinin də işi məhz bundan ibarətdir. Quran da buna şəhadət verir: «...Biz Quranı sənə nazil etdik ki, (onu) camaata (sən) başa salasan...». «Nəhl» surəsinin 64-cü ayəsində belə deyilir: «Biz Quranı sənə (şübhəli məsələləri sən) onlara açıqlayasan deyə nazil etdik».

2 İmamət vəzifəsi.

İmamət vəzifəsi peyğəmbərlərin hamısında olmamışdır. Peyğəmbərlərin əksəriyyəti yalnız risalət vəzifəsini daşımışdır. Lakin peyğəmbərlərdən beşi risalət vəzifəsilə yanaşı imamət vəzifəsinə də təyin edilmişdilər. Onlar Nuh (ə), İbrahim (ə), Mussa (ə), İsa (ə) və Mühəmməd (s) olmuşlar. İmamət vəzifəsinin mənası isə odur ki, peyğəmbər öz gətirdiyi qayda-qanunları camaat arasında icra etdirsin və təkcə sözlə, deməklə kifayətlənməsin. Adını çəkdiyimiz bu beş peyğəmbər «Ulul-əzm» peyğəmbərlər olmuşlar. Ulul-əzmin mənası da o deməkdir ki, onların risalət və imamət vəzifəsindən əlavə ümumdünya peyğəmbərləri olmuşlar. Buna «Əhzab» surəsinin 7-ci ayəsində işarə edilir: «(Ey Mühəmməd) Xatırla ki, biz peyğəmbərlərdən əhd almışdıq. Səndən də, Nuhdan da, İbrahimdən də, Musadan da, Məryəm oğlu İsadan da möhkəm bir əhd almışdıq». Məlum məsələdir ki, kimsə Öz nümayəndəsini bir yerə gndərərkən ona bəzi göstərişlər verir. Və təbii ki, Allah taala da əhd almaqla bu göstərişləri öz nümayəndələrinə-peyğəmbərlərə vermişdir. Yeri gəlmişkən həzrət Mühəmməd (s) buyurur: «Rəbbim mənə 40 il təlim-tərbiyə keçdi və sonra buyurdu ki, sən nə gözəl əxlaqa maliksən!». Bundan əlavə o həzrəti meraca aparmaqla da Allah taala Öz göstərişlərini Peyğəmbərə çatdırmışdır. Ayədə adı çəkilən beş peyğəmbərdən digər peyğəmbərlərlə müqayisədə daha möhkəm əhd alınması onların daha böyük məsuliyyət daşımasından xəbər verir. «Möhkəm əhd» ifadəsi onların imamət vəzifəsinə işarədir. Bunu Quranın özü də təsdiqləyir. «Bəqərə» surəsinin 124-cü ayəsində İbrahim Peyğəmbər (s)- in imamət vəzifəsi daşıması açıq-aşkar göstərilir: «İbrahimi öz Rəbbi bir neçə sözlə (bəzi sınaqlarla) imtahana çəkdiyi zaman o, (bunları) tamamilə yerinə yetirdi. (Allah ona) «Səni insanlara imam təyin edəcəyəm»- dedi...» Baxın, imamət rütbəsi peyğəmbərlik vəzifəsindən daha çətin olduğuna görə Allah taala həmin beş peyğəmbərdən daha möhkəm əhd almışdır. Peyğəmbər yalnız Allahın qanunlarını çatdırır və camaatın ona əməl edib-etməyəcəyi onun işi deyil. İmamətdə isə məsələ tamam başqa cürdür. 124 min peyğəmbərdən beşi istisna olmaqla qalanları bu cür olmuşlar. Peyğəmbər olmaqla yanaşı həm də imam olmuş bu beş peyğəmbərin işi isə həddindən artıq ağır olmuşdur. Onlar təkcə Allahın qanunlarını camaata çatdırmaqla kifayətlənmirdilər. Camaatın hidayət olunması üçün onlar əllərindən gələni etməli idilər və etmişlər də. İndi isə gəlin nəzərə alaq ki, həzrət Mühəmməd (s) sonuncu peyğəmbər olmuş və daha ondan sonra peyğəmbər gəlməyəcəkdi. Belə olan halda Peyğəmbər vəfat etdikdən sonra bəs camaatı düz yola yönəltmək vəzifəsi kimin öhdəsinə düşməlidir?

Bunun üçün Allah taala çıxış yolu təyin etmişdir. Həzrət Mühəmmədin (s) vəfatından sonra ümmətə rəhbərlik məsələsi Allahın göstərişinə əsasən müəyyən şəxslərə həvalə edilmişdir. Əgər belə olmazsa, bəs onda Peyğəmbərin (s) 23 illik zəhməti puçmu olmalıdır? Əgər Peyğəmbər özündən sonranı fikirləşmirsə, nəyə görə camaatı İslam yolunda cihada çağırırdı? Bunları təkcə öz dövrü üçünmü edirdi, yoxsa, Qiyamətədək yaşayacaq İslam ümməti naminə? Təkcə öz dövrü üçün edirdisə, 23 ildən ötrü bu qədər əzab-əziyyət çəkməyə dəyərdimi? Xeyr, Peyğəmbər özündən sonranı çox yaxşı fikirləşmişdi və ümmətə rəhbərlik edəcək şəxsi də müəyyənləşdirmişdi. Ondan başqa heç kəsin buna səlahiyyəti çatmır və 5-10 nəfərin yığışıb nəsə qərar çıxarması peyğəmbərin vəzifəsi ilə uyğun gəlmir.

Necə ola bilər ki, Peyğəmbər (s) qısamüddətli hansısa bir səfərə gedərkən öz yerinə canişin təyin edir, amma bu dünyadan əbədi köçmək istərkən İslam ümmətini başsız qoyur? Bu, ağlasığanmı işdir?

Ümumiyyətlə, rəhbərlik məsələsi bilavasitə Allahın ixtiyarında olan bir işdir və yalnız Ona məxsusdur. Əgər Allah kiməsə bu ixtiyarı veribsə, deməli, bu iş Onun Öz razılığı ilə olub və başqa heç kəsin bu vəzifəyə sahib çıxmağa haqqı yoxdur. Əgər Peyğəmbərdən sonra müsəlmanlara rəhbərlik edəcək şəxsi bir necə nəfərdən ibarət şura müəyyənləşdirməlidirsə, bəs onda nəyə görə Peyğəmbər (s) həccətül-vidada (son həcc ziyarətindən qayıdarkən) müsəlmanlara rəhbər təyin edirdi? Nəyə görə Peyğəmbərin rəhbər təyin etdiyi bu şəxsi hamıdan qabaq həmin şuraya başçılıq edənlər təbrik edirdi?

Peyğəmbərdən sonra rəhbər olacaq şəxsi müəyyənləşdirməyin iki yolu vardır:

1.Allahın göstərişi ilə Peyğəmbər (s) şəxsən özü ondan sonra rəhbərlik edəcək şəxslərin bir-bir adını çəkməlidir.

2.Allahın göstərişi ilə Peyğəmbər (s) ondan bilavasitə sonra rəhbərlik edəcək şəxsi təyin edir və ondan sonrakı rəhbəri də təyin etmə səlahiyyətini özü təyin etdiyi şəxsin ixtiyarına qoyur. Peyğəmbər (s) bu iki yolun ikisindən də istifadə etmişdir. O həzrət buyurur: «Nə qədər ki, məndən sonra 12 xəlifə var, İslam həmişə yaşayacaq». Bu hədis «Səhihi Müslim»- də 3-cü cild, səh: 1453; «Səhihi Buxari»- də 9-cu cild, səh: 81, «Babül-istixlaf» və digər mötəbər kitablarda rəvayət olunmuşdur. İndi gəlin görək bu on iki xəlifə kimlərdir? Baxıb görürük ki, nə Raşidi xəlifələri, nə Bəni-Üməyyə xəlifələri, nə də Bəni-Abbas xəlifələri 12 nəfər olmamışlar. Yalnız Ali-Mühəmməddən (s) olan imamlardırlar ki, sayı bu rəqəmlə üst-üstə düşür. Başqa bir hədisdə isə Peyğəmbər (s) onların on ikisinin də bir-bir adını çəkir. Cabir ibn Abdullah Ənsari deyir: «Bir gün Peyğəmbərlə (s) bir yerdə oturmuşduq. Elə bu vaxt Cündəb ibn Cünadə ibn Cüneyd adlı yəhudi bizə tərəf gəlib Peyğəmbərə dedi ki, icazə ver səndən bir neçə söz soruşum. Peyğəmbər ona icazə verdikdən sonra onun suallarını dinləyib cavabını verdi. Həmin şəxs elə oradaca İslam dinini qəbul etdi. Müsəlman olduqdan sonra Peyğəmbərə dedi: Ya Rəsuləllah, səndən sonra sənin canişinin olub ümmətə rəhbərlik edəcək bir şəxs varmı? Peyğəmbər buyurdu ki, bəli, var. Həmin şəxs onun kim olduğunu soruşduqda Peyğəmbər (s) buyurdu ki, onlar 12 nəfərdirlər. Cündəb dedi ki, ya Rəsuləllah, onda yaxşı olar ki, sən onların adını mənə deyəsən, mən də tanış olub imkan daxilində onlara kömək edəm. Peyğəmbər (s) onların bir-bir adını çəkdi. On ikincinin də adını çəkdikdən sonra buyurdu: O, qeybə çəkiləcək, uzun müddətdən sonra zühur edib yer üzündə zülm və haqsızlıq baş alıb getdiyi kimi dünyanı haqq-ədalətlə dolduracaq. Və xoş o insanların halına ki, o, qeybdə olan müddət ərzində onun varlığına inanıb onu qəbul edəcək, bu yolda səbirli olacaqlar. Sonra isə Peyğəmbər (s) «Bu, heç bir şəkk-şübhə olmayan və müttəqilərə doğru yol göstərən kitabdır. O kəslər ki, qeybə inanar, namaz qılar və onlara verdiyimiz ruzilərdən infaq edərlər» ayələrini oxuyaraq bu ayələrin həmin şəxslər haqda olduğunu bildirdi».

Beləliklə də Peyğəmbər (s) ondan sonra ümmətə rəhbərlik edəcək şəxsləri hər iki yolla, həm hamının adını bir-bir çəkməklə, həm də yalnız özündən bilavasitə sonrakının adını çəkib sonrakıları müəyyənləşdirməyi isə ardıcıl olaraq həmin şəxslərin öz öhdəsinə buraxmaqla tanıtdırmışdır. Bilavasitə özündən sonrakı xəlifəni isə həccətül-vidada təyin etmişdir ki, bunu 110 səhabə, 84 tabe (tabe Peyğəmbəri görməyən, lakin Peyğəmbəri görmüş şəxsi görən adama deyilir) hədislərdə söyləmiş və 360 mötəbər kitabda da qeyd olunmuşdur. Bu gün necə olur ki, gündəlik namazların 17 rükət olduğunu gəstərən bir neçə hədisi qəbul edirik, amma 110 səhabə və 84 tabeinin söylədiyi, 360 mötəbər kitabın da qeyd etdiyi və Əlinin (ə) imamətini sübut edən hədisi qəbul etmirik? Qəbul ediriksə, gərək hər ikisini qəbul edək. Birini qəbul edib, digərini qəbul etməməyimizin səbəbi nədir?

Mərhum Fizuli deyir:

Düşdükcə yadimə ələmi dəşti Kərbəla

Könlüm fəqanü nalədə biixtiyar olur.

Gəldikcə yadimə ləbi xoşki şəhidi eşq

Bi ixtiyar çeşmi tərim əşkbar olur.

Əhli-beytin yad edib hər ləhzə abi-didəsin

Zaye olmaz əşk tökmək dideyi-xunbaridən.

Bu müsibət əşkinin hər qətrəsinə ruzi Həşr

Əcrdir min bəhri rəhmət İzədi Cəbbardən

İndi isə peyğəmbərlərin üçüncü vəzifəsini qeyd etmək istəyirəm. Lakin bundan əvvəl bir məsələyə diqqət etməliyik.

Alimlər hamı yekdilliklə qəbul edirlər ki, insanlardan heç birinin insanlıq baxımından başqasına üstünlük və ağalıq etmə hüququ yoxdur və hamı bərabərdir. Necə ki, bir çəllək su ilə bir stəkan suyun sulu olmaq baxımından heç bir fərqi yoxdur. Düzdür, müxtəlif cəhətlərə görə insanlardan biri digərindən üstün ola bilər, insanlıq baxımından isə hamı bərabərdir. Bu üstünlük və ağalıq Allaha məxsus olan bir cəhətdir. Allah taala da bunu Öz peyğəmbərinə vermiş, nəticədə digər cəhətlərdə olduğu kimi həzrət Mühəmməd (s) insanlıq baxımından da başqalarından üstün olmuşdur. Bunu Quran da təsdiqləyir: «Peyğəmbər möminlərə özlərindən daha yaxındır». («Əhzab» surəsi, 6-cı ayə.) Onu da qeyd etdik ki, Peyğəmbər (s) həm risalət, həm də imamət vəzifələrinə malik olduğu halda dünyadan gedərkən risalət qapısı əbədi olaraq insanların üzünə bağlanmış, imamət vəzifəsini isə İmam Əliyə (ə), o da ardıcıl olaraq növbəti imamlara həvalə etmişdir. Deməli, həzrət Əli (ə)- dan tutmuş 12-ci imama qədər heç biri imamət vəzifəsi baxımından Peyğəmbər (s) ilə fərqlənməmişlər. İndi isə gəlin peyğəmbərlərin üçüncü vəzifəsi ilə tanış olaq. Lakin bu mövzunun nisbətən elmi və bir az çətin olduğunu nəzərə alıb əziz oxuculardan diqqətli olmağı xahiş edirəm.

3 Nuraniyyət məqamı.

Ümumiyyətələ, nuraniyyət məqamı Allah taalanın mütləq vilayəti və rəhbərliyi deməkdir. Peyğəmbərlərin imamət məqamında da Allahın ağalıq və vilayətini qeyd etdik, lakin orada Allah Öz vilayətini Peyğəmbərin ixtiyarına, o da imamların ixtiyarına verir. Burada isə yalnız və sırf Allahın vilayətindən söhbət gedir. Bu, «vilayəti mütləqeyi-İlahi» (Allahın tam vilayəti) adlanır. Bunun mənası o deməkdir ki, Allah taala Öz vilayətini hər bir şeydə biruzə verib və məxluqatı tam ehtiva edir. İstər bu dünyada olsun, istərsə də axirət aləmində. «Hədid» surəsinin 4-cü ayəsində deyilir: «...Siz harada olsanız, O (Allah) sizinlədir...» Bu, Allahın insanları ehtiva etdiyini göstərir. Başqa bir ayədə isə bütün məxluqata olan ehtivadan danışılır: «(Ey Peyğəmbər!) Bil ki, həqiqətən O, (Allah) hər bir şeyi ehtiva edəndir» («Fussilət» surəsi, 54-cü ayə.) Lakin bunu da bilməliyik ki, bu ehtiva maddi bir şeyin digər bir şeyi ehtiva etməsi kimi deyil. Bunun üçün ümumiyyətlə heç bir, misal delə yoxdur. Lakin bunu nisbətən asanlaşdırmaq üçün bir-iki misal qeyd etmək olar. Ruh bütün bədəni ehtiva edir və bədənin harasına, məsələn, iynə batırılarsa, ağrıyar. Çünki oranı ruh ehtiva edir. Yaxud pambığı suya saldıqda zərrə qədər də olsa, onun quru yeri qalmayacaq. Çünki su pambığı tam əhatə edir. Lakin Allah taalanın məxluqatı ehtiva etməsi bundan da zərifdir. İndi deyəcəyim misal isə ilk iki misala nisbətən daha dəqiqdir. Dənizin sahilə yaxın dalğalarına dənizin öz ehtivası var. Yəni, dəniz suyu həmin dalğaları da ehtiva edir. Buna baxmayaraq həmin dalğalar dənizin özündəndir və dənizdən ayrı təsəvvür edilə bilməz. Əvvəlki misalda pambığın yaşlığı özündən deyildi və yalnız suya salındıqdan sonra su pambığı tamamilə ehtiva etdi. Burada isə dalğalar dənizin özündən olduğu halda yenə də dəniz həmin dalğaları ehtiva edir. Bu misal ilk iki misala nisbətən dəqiq olsa da amma Allahın məxluqata olan ehtivası kimi dəqiq deyil. Allahın məxluqatı ehtiva etməsi bundan qat-qat kamil və incədir. Quranda, hədislərdə, dualarda buna dəfələrlə işarə edilmşidir. «Kumeyl» duasında deyilir: «İlahi, Sənin nurun hər bir şeyi ehtiva edir». Dəniz olmadan dalğanı təsəvvür etmək qeyri-mümkün olduğu kimi, Allahın da nuru olmadan heç bir şeyin vücudunu təsəvvür etmək mümkün deyil. Yəni, bütün məxluqat Allahın Özündəndir və Allah onları tam əhatə edir. Əli (ə) xütbələrinin birində bu məsələyə toxunaraq buyurur: «Allah hər şeyin əvvəlidir, Ondan qabaq heç nə yoxdur. Hər şeyin sonu Odur, Onun isə sonu yoxdur». Əlbəttə, İmam Əlinin (ə) bu cümlə ilə nə demək istədiyini və bizlərin bunu başa düşməsi üçün gərək o həzrətin özü bunu izah edəki, bəlkə biz nəsə başa düşək. Əlbəttə, onda da başa düşəcəyimiz hələ zəmanət yoxdur.

İndi gəlin bu dediklərimizdən nəticə çıxaraq. Hər bir şeyin (və ya şəxsin) nuraniyyət məqamını tanısaq, deməli, Allahı tanıyacağıq. Allahı da tanısaq, deməli, hər bir şeyin nuraniyyət məqamını tanıyacağıq. Bu iki şey bir-birindən ayrıla bilməz və birini digərsiz təsəvvür etmək mümkün deyil. Necə ki, dalğanı dənizsiz təsəvvür etmək qeyri-mümkündür. Digər bir məsələ budur ki, hər bir şəxsin nuraniyyət məqamı həmin adamın qabiliyyət və ləyaqətindən asılıdır. Qabiliyyət və ləyaqəti nə qədər çox olarsa, nuraniyyət məqamı da bir o qədər çox olar. Nə qədər az olarsa, nuraniyyət məqamı da bir o qədər az olar. Buna Quranda da işarə olunmuşdur. «Hicr» surəsinin 21-ci ayəsində deyilir: «(Yerdə və göydə) olan şeylərin hamısının xəzinəsi Bizim yanımızdadır. Lakin Biz ondan ancaq müəyyən qədər endiririk». Bu ayəyə diqqət yetirdikdə öncə dediyimiz sözün həqiqət olduğunu görərik. Yəni, hər bir şəxsin nuraniyyət məqamı onun layiq olduğu qədərdir. Peyğəmbərlər, imamlar və övliyaların ləyaqət və şəxsiyyəti hamıdan çox və yüksək olduğundan, deməli, onların nuraniyyət məqamı da hamıdan böyükdür. Bu isə Quran və hədislərdə «xalis din» (təmiz din) adlanır. Gəlin bu rəvayətə nəzər salaq:

«Bir gün Salman Farsi ilə Əbuzər bir-biri ilə söhbət edirdilər. Əbuzər Salmandan soruşur: «Əlinin (ə) nuraniyyət məqamını necə başa düşürsən?». Salman onunla birlikdə Əlinin (ə) yanına gedib bu sualı onun özündən soruşmağı məsləhət görür. İkisi də Əlinin (ə) yanına gəlirlər. Əli (ə) onları gördükdə nə üçün gəldiklərini soruşur. Onlar da cavab verirlər ki, biz sənin nuraniyyət məqamının nə dərəcədə olduğunu soruşmağa gəlmişik. Əli (ə) onların bu işini bəyənib buyurur: «And olsun canıma, bunu bilmək bütün mömin kişi və qadınlara vacibdir. Kim imanının kamil omlasını istəyirsə, onda mütləq mənim nuraniyyət məqamımı olduğu kimi başa düşməlidir. Elə ki mənim nuraniyyət məqamımı layiqincə başa düşdü, onda Allah onun imanını yoxlamaq üçün qəlbini imtahana çəkər və qəlbini İslamı (həqiqəti) qəbul etmək üçün genişləndirər. Sonra həmin şəxs bəsirətli arif olar.»

Məlum məsələdir ki, məşuq öz aşiqini sınaqlara məruz qoyur. Əgər aşiq sınaqlardan üzüağ çıxarsa, onda Allah taala da həmin şəxsin qəlbini İslamı olduğu kimi başa düşmək üçün genişləndirər və onun şəxsiyyətini ucaldar. Hədisin davamında Əli (ə) buyurur: «Mənim nuraniyyətimi başa düşən şəxs Allahı tanıyar, Allahı tanıyan isə mənim nuraniyyət məqamımı dərk edər. Xalis din də məhz budur. Hansı ki, Allah taala buyurur: «Onlara yalnız öz dinlərində Allaha ixlasla ibadət və bəndəçilik etmək əmr olunmuşdur.»» («Bəyyinə» surəsi, 5-ci ayə.) Bu hədisdən belə nəticəyə gəlirik ki, dinin həqiqətini başa düşən şəxs Əli (ə)- ın nuraniyyət məqamını dərk edər. Əli (ə)- ın da nuraniyyət məqamını dərk edən şəxs dinin həqiqətini başa düşər. Digər bir məsələ də odur ki, Əli (ə) ilə Peyğəmbər (s)- in və eləcə də Əli (ə) ilə digər imamların heç bir fərqi yoxdur. Əli (ə) haqda deyilənlərin hamısı digər imamlara da aiddir. Onların bir-birindən əsla fərqi yoxdur. Həmçinin xanım Zəhra (s) və bütün peyğəmbərlər. Əlbəttə, bunu biz özümüzdən demirik. Həzrət Əli (ə) özü bunu hədisin davamında buyurur: «Ya Salman, ya Cündəb (Cündəb Əbuzərin əsl adıdır), Mən Mühəmməddənəm (s), Mühəmməd (s) də məndəndir. Ya Salman, ya Cündəb, mən öldürürəm, mən dirildirəm, amma Allahımın izni ilə. Mən sizə nə yediyinizi, evdə nələr yığıb saxladığınızı deyə bilərəm, lakin yenə də Allahın izni ilə. Mən qəlbinizdən keçənləri də sizə xəbər verə bilərəm. Mənim (nəslimdən olan) imamlar da belədir. Onlar da istədikləri vaxt bütün bunları yerinə yetirə bilərlər. Ey Salman, ey Cündəb, axı biz hamımız bir şeyik, əvvəlimiz də Mühəmməddir (s), ortancılımız da Mühəmməddir (s), sonuncumuz da Mühəmməddir (s) və siz bizdə heç bir fərq qoymayın. Ey Salman, ey Cündəb, budur mənim nuraniyyət məqamım! Elə isə ondan möhkəm yapışın! Çünki şiələrimizdən kimsə bizim bu nuraniyyət məqamımızı başa düşməsə, deməli, onun gözü hələ açılmayıb. Amma məni (nuraniyyət məqamımı) olduğu kimi başa düşsə, onda o, əsl bəsirətli arif olar. Ey Salman, ey Cündəb, mənimlə Mühəmməd (s) Allah taalanın nurundan bir hissə idik. Allah həmin hissəyə iki yerə bölünməyi əmr etdi. (İkiyə bölündükdən sonra) Allah bir hissəsinə buyurdu ki, Mühəmməd (s) ol, digər hissəsinə də buyurdu ki, Əli ol! Peyğəmbər (s) da buna görə buyurub ki, Əli məndən, mən də Əlidənəm»

Deməli, belə nəticəyə gəldik ki, Əli (ə)- ın hədisdə buyurduğu bütün sözlər həzrət Peyğəmbər (s) və xanım Zəhra (s)- da daxil olmaqla bütün imamlara aiddir. Peyğəmbər (s) özü Əli (ə)- a buyurur: «Bilmirsənmi Fatimə mənim bədənimin bir parəsidir? O, məndən, mən də ondanam». Digər bir hədisdə o həzrət buyurur: «Hüseyn məndən, mən də Hüseyndənəm». Deməli, həzrət Peyğəmbər (s), xanım Zəhra (s) və bütün imamlar, hamı bir nurdan ibarətdirlər və biri üçün deyilən söz hamıya aiddir. Digər tərəfdən də Allahı tanımaq üçün mütləq bu məsum insanları tanımaq lazımdır. Onları tanımadan Allah taalanı tanımaq qeyri-mümkündür. Kimsə bunun mümkün olduğunu desə, bu, boş iddiadan başqa bir şey olmaz. Çünki bunlar bir-birinin ayrılmaz hissələridir. Allahı Qurandan, Quranı Peyğəmbər (s)- dən, Peyğəmbər (s)- i Zəhra (s)- dan, Zəhra (s)- nı Əli (ə)- dan və Əli (ə)- ı da digər imamlardan ayırmaq mümkünsüzdür və əgər bunlardan biri varsa, deməli, hamısı var, yox əgər hansısa birini kənara qoyuruqsa, deməli, hamını kənara qoyuruq. Bunları da kənara qoysaq, təbii ki, İslamdan danışmaq olmaz. Suyun dalğasını dənizdən ayırmaq mümkünsüz olduğu kimi Əli (ə)- da Qurandan ayırmaq mümkün deyil, biri natiqdir, o birisi isə sakit. Əli (ə)- ı Qurandan ayırmaq Quranı Qurandan ayırmaq deməkdir. Və eləcə də digər imamlar.

Hüseyn gördü ki Quran, söküblər sinəsini

Dedi mənəm xəttü kağəz bu sinə Qur’andır.

Son olaraq bir hədis də qeyd etmək istərdim. Hədisin mətnini deməzdən qabaq bildirməliyəm ki, bu hədis Allahın əmrlərinə tabe olub, lakin hansısa səbəbə görə İmam Hüseyni (ə) ziyarət etməyən şəxslərə aiddir. Əlbəttə, ziyarət üçün Kərbəlaya getmək vacib deyil, hətta uzaqdan da ziyarət etmək mümkündür. Ümumiyyətlə, müstəhəbdir ki, insan hər gecə yatmazdan qabaq İmam Hüseyni (ə) ziyarət etsin. Ziyarət isə təkcə «əssəlamu əleykə ya Əba Əbdillah» deməklə də mümkündür. Bunu üstüaçıq yerdə demək daha fəzilətlidir. Hədis belədir: «Kim Hüseyni ziyarət etmədən ölərsə, onu Cənnətə apararlar, amma Cənnətdə ona yer verilməz və o, Cənnət əhlinə həmişə qonaq olar». Yəni, həmin şəxsin özünəməxsus yeri olmaz və hər dəfə birinin qonağı olar. Çünki, oranın əsl sahibi Allah taaladır, O da ixtiyarati verəcək Əli (ə) - a. Əli (ə) ilə də qeyd etdiyimiz kimi digər məsumların heç bir fərqi yoxdur. Əli (ə) yəni, Mühəmməd (s), Mühəmməd (s), yəni, Fatimə (s), Fatimə (s) yəni, Həsən (ə), Həsən (ə) yəni, Hüseyn (ə) və eləcə də digər imamlar. Cənnətdən söz düşmüşkən, hədisdə deyilir ki, kimə Cənnətdə yer verilsə, onun yerinə bütün dünya əhli yerləşər.

Hüseyndir ayəti-rəhmət,

Hüseyndir qayəti-rəhmət,

Hüseyndir qibleyi-qeyrət,

Hüseyndir ruhi-hürriyyət,

Hüseyndir fəxri-heysiyyət,

Hüseynsiz neynirəm fəzli?

Hüseynsiz fəzlə min lənət!

Hüseynsiz bir görər aşiq tikanlıqla gülüstani.

Hüseyn övla, Hüseyn mövla,

Hüseyn dövlət, Hüseyn solət,

Hüseyn dəsti-Rübubiyyət,

Hüseyn məsti-Rübubiyyət,

Hüseyn Cənnət, Hüseyn minnət,

Hüseyn ləzzət, Hüseyn izzət,

Hüseyn dastani-ruhani,

Hüseyn bustani-ruhani,

Hüseyn izharə gəlsə, aşiqi İslam edər gəbri,

Hüseynin hüsni görsənsə, nəbilər yandırar  səbri,

Hüseynsiz neynirəm yağdırsa mərcan tək göylərin əbri,

Hüseynin döndərər lütfi şəbi qədrə şəbi qəbri.

Hüseyn həst eylər insani,

Hüseyn məst eylər insani.

Mərhum Fizuli deyir:

Əssəlam ey nəqşi-nəli-mərkəbin mehrabi-din

Həlqeyi-fitra ki rəxşin rişteyi-həblil-mətin

Tərhi-orduyi-humayunin tərazi-məhdi-mülk

Nəqşi-çətri-bargahin zinəti-ruyi-zəmin

Ey rikabı-rəxşi-iqbalın hilali-övci-din

Nəqşi-nəli mərkəbin mehrabi-ərbabi-yəqin

İqtidayi sər’dir fərmanına olmaq müti

Əhli imandır səni bilmək Əmirəl-möminin

Bir az öncə «1400 il bundan qabaq iki ərəb hakimiyyət uğrunda bir-biri ilə vuruşaraq biri qətlə yetirilibsə, nəyə görə biz ona əza və matəm saxlamalıyıq?» sualına cavab olaraq bir neçə müqəddimə qeyd etdik. O cümlədən peyğəmbərlərin vəzifə və məqamlarını da az-çox açıqladıq. Bunlardan üçüncüsünə, nuraniyyət məqamına daha geniş yer ayırdıq. İndi də bu haqda mövzunu davam etdirib müqəddimələri başa vurmaq və sualın əsl cavabına keçmək istəyirəm.

Qeyd etmək lazımdır ki, nuraniyyət məqamı təkcə insanlara xas bir şey deyil. Bütün məxluqatda bu məqam vardır. Sadəcə olaraq hərə öz layiq olduğu miqdarda bu məqama malikdir. Peyğəmbərlər, imamlar və övliyalar Allah taalanın ən bəyənilmiş bəndələri olduğundan, təbii ki, onların bu məqamı başqalarından daha yüksəkdir. Bu şəxslərin də arasında İslam Peyğəmbəri (s)- in özünəməxsus yeri vardır və onun bu məqamı hamıdan yüksəkdir. Təbii ki, bu da səbəbsiz deyil. Biz bunların hamısını sübuta əsasən deyirik. Gəlin bunu Peyğəmbərin (s) öz dilindən eşidək: «Bir nəfər Peyğəmbərin (s) yanına gəlib soruşur:

-Ya Rəsuləllah, sən Allahı görmüsən? O həzrət cavab verdi:

-Qəlbimin gözü ilə görmüşəm».

Məlum məsələdir ki, maddi olmayan varlığı maddi gözlə görmək olmaz. Quran da bunu təsdiqləyir: «Onu (Allahı zahiri) gözlə görmək olmaz, lakin O, gözləri görür». («Ənam» surəsi, 193-cu ayə.) Peyğəmbər (s) də Allahı bizim başa düşdüyümüz zahiri gözlə yox, bəsirət gözü ilə görürdü. Və əlbəttə ki, peyğəmbərlər arasında o Həzrətin bəsirəti hamıdan daha açıq olduğundan Allah taalanı da hamıdan daha yaxşı görə bilirdi. Digər tərəfdən isə Peyğəmbərlə (s) xanım Zəhra (s) və Əli (ə) və digər imamların hamısının bir nurdan olduğunu qeyd etdiyimizi nəzərə alsaq, deməli, Peyğəmbər (s) haqda dediklərimiz digər məsumlara da aiddir. Quranın başqa bir ayəsində isə Peyğəmbərin (s) bütün gördüklərinin həqiqət olduğu vurğulanır: «Qəlb gördüyü şeyləri yalan demədi» («Nəcm» surəsi, 11-ci ayə.) Yəni, Peyğəmbər nə görürdüsə, yalnız onu deyirdi. Meraca gedib gəldikdən sonra bütün gördüklərini olduğu kimi dedi. Buradan artıq başa düşmək olar ki, Peyğəmbər (s) qəlbinin gözü ilə görmüşdür və gördüklərinin hamısı da həqiqət olmuşdur. Peyğəmbərə (s) verilən bu sual həzrət Əli (ə)- a da verilmişdir. Zələb Yəmani Əli (ə)- dan soruşur ki, sən Allahı görmüsən? Əli (ə) buyurur: «Mən heç görmədiyim varlığa ibadət edərəmmi? Lakin Onu zahiri gözlə deyil, yalnız qəlbin gözü ilə görmək olar». Bu isə yalnız möhkəm iman nəticəsində əldə oluna bilər. Belə olduqda insanın gözü qarşısında olan bütün pərdələr götürülür və həmin şəxs «şühud» mərhələsinə qədəm qoyur. Təbii ki, bu, bir çoxları üçün əlçatmaz mərhələdir. Peyğəmbər (s), İmamlarımız və övliyalar kimi şəxslər bu mərhələyə çata bilərlər. Məhz bunun nəticəsidir ki, Əli (ə) buyurur: «Mən göylərin yolunu yerin yollarından yaxşı tanıyıram». Həzrət Peyğəmbər (s) isə bütün məxluqat arasında ən üstün və fəzilətli şəxs olduğuna görə onun bəsirəti daha güclü olmuşdur. Bunun da sübutu odur ki, o həzrət iki dəfə heç kəsin, hətta digər peyğəmbərlərin də yetişə bilmədiyi bir mərhələyə yetişmişdir. Bunlardan biri besət gecəsi (peyğəmbərliyə seçilən gecə), digəri isə merac gecəsi olmuşdur. Bu iki gecədə Peyğəmbər (s) Cəbraili (ə) əsl simasında görmüşdür ki, bu da o həzrətdən başqa heç kəsə nəsib olmamışdır. Hətta merac gecəsində Peyğəmbər (s) Cəbrailin (ə) də gedə bilmədiyi yerə gedib çıxmışdır. Diqqət edin, Allaha ən yaxın mələk gedə bilmədiyi yerə həzrət Mühəmməd (s) gedir. Bu nə deməkdir? Hansı peyğəmbər bu işi görmüşdür? Təkcə bu, o həzrətin ən şərəfli şəxs olduğunu sübut etməyə kifayət deyilmi? Meracda Allah taala şəxsən Özü Peyğəmbərə təlim keçir, özü də heç bir başqa məxluqun iştirakı olmadan. Peyğəmbər (s) buyurur ki, meracda Allah-taala mənimlə Əlinin (ə) səsi ilə danışırdı. Səbəbi də o idi ki, Əli (ə) həm Peyğəmbərin (s), həm də Allahın sevimlisi idi. Daha sonra Peyğəmbər (s) səhabələrinə buyurur: «Ərşi-əlada mənim üçün minbər qurdular. Mən minbərə qalxıb bütün peyğəmbərlərə moizə etməyə başladım. İbrahim (ə) hamıdan qabaqda oturmuşdu. Birdən bir ay, yanında da ulduzlar peyda oldu. İbrahim (ə) məndən soruşdu ki, o, hansı peyğəməbərdir? Dedim o, peyğəmbər deyil. O, mənim canişinim Əli, yanındakı ulduzlar da onun şiələridirlər. İbrahim (ə) dedi ki, Allahdan xahiş et ki, məni də Əlinin şiələrindən qərar versin. Bu vaxt Cəbrail (ə) gəlib bu ayəni oxudu: «...İbrahim də onun ardıcıllarındandır...» («Saffat» surəsi, 83-cü ayə.) Mən də bunu İbrahimə (ə) muştuluq verdim. Sizə də tövsiyə edirəm ki, mənə salavat demək istədikdə əvvəl Əlinin şiələrindən olan İbrahimə (ümumiyyətlə isə bütün şiələrə) salavat deyin».

Başqa bir hədisdə deyilir: «Kim gecə namazı qılarkən səcdədə onu yuxu apararsa, Allah həmin bəndəyə baxıb fəxrlə mələklərə buyurar ki, siz də baxın Mənim bəndəmə! Baxın, onun ruhu Mənim yanımda, cismi isə səcdədir. Sizcə bunun əvəzində Mən ona nə verəcəyəm? Mələklər deyər ki, Cənnət. Allah buyurar bu öz yerində, daha nə verərəm? Mələklər deyər ki, onda onu bağışla! Allah buyurar ki, bağışladım, daha nə? Mələklər deyər ki, biz bundan artığını bilmirik. Allah Özü buyurar: «Mən ona elə bir şey verəcəyəm ki, nə Cənnət, nə də bağışlanması ona çatmaz». Mələklər onun nə olduğunu soruşduqda Allah buyurar: «Mən Cənnətdə ona Mühəmməd və Əhli-beytini göstərərəm». Əziz möminlər, görün Allah taala nə buyurur! Cənnət də Peyğəmbər (s) və Əhli-beytin (ə) fəzilətinə çata bilmir. Əlbəttə, biz bu hədisi layiq olduğu kimi başa düşə bilmərik. Bunu Peyğəmbər və Əhli-beytin özü, bir də ən yaxşı halda arif insanlar başa düşür.

Merac gecəsində Allah taala Peyğəmbərlə (s) danışarkən ona belə bir sual verir:

-Ey Əhməd (Əhməd (s) Peyğəmbərin adlarından biridir), insan həyatının ən gözəl vaxtı hansı vaxtdır? Peyğəmbər cavab verir:

-İlahi, bilmirəm. Allah taala buyurur:

-İnsan həyatının ən gözəl çağı o vaxtdır ki, Mən onun yadında oluram və o, Məni zikr edir.

Buna görə də başqa bir hədisdə deyilir ki, Peyğəmbər (s) hətta yatarkən gözləri yumulsa da, qəlbində Allahı zikr edərdi. Oyaq olduğu halda isə məsələnin nə yerdə olduğu artıq məlumdur. Məhz buna görə də o həzrətin nuraniyyət məqamı hamıdan yüksək olmuşdur. Buna Qur’anda da işarə olunmuşdur. Belə ki, bütün insanlara müstəhəb olan gecə namazını Peyğəmbərə (s) vacib edən ayədə deyilir: (Ya Mühəmməd!) Gecənin bir vaxtı durub ancaq sənə xas olan əlavə (gecə namazı) qıl. Ola bilsin ki, Rəbbin səni (qiyamət günü hamı tərəfindən) bəyənilib təriflənən bir məqama (dünyadakı nuraniyyət və axirətdəki ən böyük şəfaət məqamına) göndərsin». («İsra» surəsi, 79-cu ayə.) Bu ayə Peyğəmbərə (s) gecə namazını vacib edir. Hansı ki, o həzrətdən başqa heç kəsə vacib deyil. Bəli, məhz belə də olmalıdır. Böyük bir ümmətə peyğəmbər olub onları Allah yoluna hidayət etmək üçün belə də olmalıdır. Axirət aləmindəki ən böyük şəfaət məqamı da həmçinin belə olmalıdır. Axirətdə bütün peyğəmbərlər şəfaət edəcəklər, lakin şəfaətin ən yüksək məqamı yalnız İslam peyğəmbərinə məxsus olacaq. Bunun isə nə oluduğunu təbii ki, biz başa düşə bilmərik. Peyğəmbər (s) məxluqatın ən üstünü olduğuna görə Allahla münacat edərkən buyurur: «İlahi, mənim ümmətimin nameyi-əmalını Qiyamət günü mənim öz əlimə verərsən ki, başqa peyğəmbərlər ümmətimin nə günah etmiş olduğunu görməsinlər. Yoxsa mən utanaram». Məlum məsələdir ki, Allah Taala da Peyğəmbərin xahişini qəbul edəcək. Axı, Allah ərhəmər-rahimindir, Rəhman və Rəhimdir. Hədisdə deyilir: «Allah taalanın rəhmət və mərhəmətinin 100 dərəcəsi vardır. Onlardan birini dünyaya aid etmiş, doxsan doqquzunu isə Axirət aləminə saxlamışdır. Bu dünyada valideynin övlada olan məhəbbəti və əksinə, bacı-qardaşın bir-birinə məhəbbəti, aşiqlə məşuqənin bir-birinə məhəbbəti Allahın dünyadakı bir dərəcə mərhəmətinin təzahürüdür.» Dünyada olan bu qədər məhəbbət bir dərəcə mərhəmətin təzahürüdürsə, görün doxsan doqquz dərəcəlik mərhəmətin təzahürü necə olacaq?! Əlbəttə, onu da qeyt etmək lazımdır ki, Qiyamətdə Allah taala yalnız mömin insanlara, yəni, Allahın təkliyini, həzrət Mühəmədin (s) peyğəmbərliyini və Əlinin (ə) vilayətini qəbul edən şəxslərə rəhm edəcək. Başqa bir hədisdə deyilir: «İnsanı qəbrə qoyduqdan sonra Allah taala ona xitab edərək buyurar: «Ey mənim bəndəm, indi səni tək qoyub gedən oğul-uşağına, dost-tanışına görəmi mənə qarşı günah edirdin? Bəs hanı indi onlar?. İndi Mən sənə elə rəhm edəcəyəm ki, hamı, hətta özün də təəccüb edəcəksən».

Əziz möminlər, qeyd etdiyim kimi, gecə namazının İslam aləmində özünəməxsus yeri və önəmi vardır. Sübh azanından heç olmasa yarım saat qabaq durub Allaha ibadət etmək, onunla razü-niyaza məşğul olmaq məlum məsələdir ki, insanı böyük məqamlara çatdırar, günahdan qoruyar. «Səcdə» surəsinin 16 və 17-ci ayələrində gecə namazı haqqında Allah taalanın elə bir ifadəsi vardır ki, həmin ifadə nə Quranda, nə də hədislərdə başqa bir iş haqqında işlədilməyib və yalnız gecə namazına aid bir şeydir. Ayədə deyilir: «Onlar ibadət üçün yataqlarından qalxar, qorxu və ümid içində (Allahın əzabından qorxaraq, mərhəmətinə ümid bəsləyərək) Rəbbinə dua edər və onlara verdiyimiz ruzilərdən (ehtiyacı olanlara) sərf edərlər. Etdikləri əməllərin mükafatı olaraq (Allah dərgahında) onlar üçün göz oxşayan (onları sevindirəcək) necə nemətlər gizlənib saxlandığını heç kəs bilməz». Bəli, gecə yarısı şirin yuxudan ayılaraq namaz qılan şəxsin bu işi müqabilində Allah taalanın ona hansı mükafatı verəcəyini yalnız Allahın Özü bilir, heç Peyğəmbər (s) də bunun nə olduğunu bilmir. Bax, budur gecə namazının fəziləti!

Qeyd edəcəyim sonuncu müqəddimə bundan ibarətdir ki, həzrət Peyğəmbərin (s) bu məqama bu qədər əhəmiyyət verməsi heç də səbəbsiz deyil. Bunun səbəbini isə gəlin İmam Səccadın (ə) hədisində eşidək: «Allah taala bütün peyğəmbərləri İlliyyin (Cənnətin uca nöqtəsi, behiştin sonuncu mərhələsindən bir mərhələ aşağı) torpağından xəlq etmişdir, bizi isə (Peyğəmbəri (s) və Əhli-beyti (ə)) əla İlliyyin (Cənnətin ən yüksək mərhələsi) torpağından yaratmışıdır». İmam Baqirdən (ə) söylənilmiş digər bir hədisdə isə Əhli beyt tərəfdarlarının da yalnız qəlblərinin bu toraqdan yarandığı və buna görə də həmişə qəlblərinin Əhli beytə yaxın olduğu göstərilmişdir. Bir nəfər Peyğəmbərin (s) yanına gəlib soruşur ki, ya Rəsuləllah, sən peyğəmbərlərin sonuncusu olduğun halda nəyə görə onların ən üstünüsən? Peyğəmbər belə cavab verir: «Çünki (ruhlar aləmində) Allaha hamıdan əvvəl mən iman gətirmiş və Onun dəvətini ilk olaraq mən qəbul etmişəm».

İmam Baqirin (ə) indi qeyd etdiyim hədisinə əsaslanıb deyirəm ki, bizim İmam Hüseynə (ə) həmişə əza saxlamağımız da məhz bununla əlaqədardır ki, qəlblərimiz Əhli-beyt xəlq olunduğu torpaqdan xəlq olunmuşdur. Bizim Cənnətimiz də Hüseyndir (ə), izzət və səadətimiz də Hüseyndir (ə).

Biz Hüseyn aşiqiyik, munisik əhli-qəm ilən

Gövhəri-eşqi əvəz eyləmərik aləm ilən

Bizi hər yerdə tanırlar bu qara bayraq ilən

Can sizin, can qara bayraqların, ay heyətilər!

Qoymayın vəhdəti-üşşaqi poza lənətiilər

Bu qara bayrağı əvvəl əlinə Zeynəb alıb

Bu ələm ali-Yezidin canına lərzə salıb

Ucalan gün bu ələm bayraği İslam ucalıb

Uca bayraqlar içində qara bayraq təkdir

Adı bayraqdır, bu, Zəhra toxuyan köynəkdir

Bəli, o qara rəngli əza bayrağı bayraq deyil, xanım Zəhranın (s) öz əliylə İmam Hüseyn (ə) üçün toxuduğu köynək idi. Bu köynəyi də Şimr ibn Zil-cövşən İmamı (ə) qətlə yetirdikdən sonra o həzrətin əynindən çıxarıb qarət etmişdi. Yezidin Şamdakı sarayında xanım Zeynəb (s) Yezidi rüsvay etdikdən sonra həmin köynəyi də geri alır. Bundan əlavə Yezidin öz evində İmam Hüseynə (ə) əza məclisi təşkil edib, tələblərini Yezidə qəbul elətdirir. İmamın qətlə yetirilməsini boynundan atmağa və bunu İbn Ziyadın əməli kimi göstərməyə çalışan Yezidə xanım Zeynəb (s) buyurur: «Yezid, fərz edək ki, Hüseyni qətlə yetirən İbn Ziyad idi, bəs bugünki məclisdə Hüseynin kəsilmiş başına çubuq vuran da İbn Ziyad idi?!» Yezid heç bir cavab tapa bilmədikdə əsirləri buraxdırmaq qərarına gəlir. Xanım Zeynəb (s) buyurur: «Yox Yezid, biz bu asanlıqla Şamdan getmərik. Sənin öz evində Hüseynə (ə) əza məclisi qurmasaq, Şamdan çıxan deyilik. Özü də bu məclis azad olacaq və ürəyi istəyən şəxs orada iştirak edəcək, sənin də məmurlarının haqqı yoxdur ki, ora gələnlərin qarşısını alsınlar. Onda bilərsən ki, biz kimik və sən kimsən?! Yezid məcbur olub bunu da qəbul edir. Xanım Zeynəb (s) öz buyurduğu kimi əza məclisi təşkil verib İmamın həmin qanlı köynəyini də qara parçaların üstündən asır.

Mən özüm nazir idim mərdumun ey vay səsinə

Yezid, qeyrətin var, qulaq as sən də Hüseyn

vay səsinə!

Mərhum Fizuli deyir:

Güli-bustani fəğandır Hüseyn

Dəri-dorci sidqü səfadır Hüseyn

Cigərguşeyi həzrət Fatimə

Süruri-dili-Mustafadır Hüseyn

Mərhəba ey nuri-ruyindən münəvvər kainat

Qovhəri-zati-şərifin cameyi-hüsni-sifat

İndi isə sonuncu müqəddiməni də qeyd edib söhbəti əsl mövzuya, verilmiş sualın cavabına gətirib çıxarmaq istəyirəm. Əvvəldəki çıxışlarda peyğəmbərlər, imamlar və övliyaların nuraniyyət məqamının hamıdan çox olduğunu qeyd etdik. İndi deyəcəyim sonuncu müqəddimə isə odur ki, İmam Hüseynin (ə) özünəməxsus bir cəhəti vardır. O cəhət də budur ki, o Həzrət bütün insanlardan üstündür. Bu, təbii ki, bir iddiadır və sübuta ehtiyacı vardır. Sübut isə bundan ibarətdir. Peyğəmbər, imam və övliyalarda olan nuraniyyət məqamı zamanın tələblərinə görə müxtəlif dərəcələrdə təzahür edə bilər və nə qədər çox təzahür edərsə, həmin şəxsin fəziləti bir o qədər artıq olacaq. Başqa sözlə desək, axirətdə hər bir şəxsə veriləcək savabın dəyəri həmin şəxsin əməlinə əsasən hesablanacaq. Məsələn, hansısa bir alimə öz elmi ilə xalqa etdiyi xidmətə görə savab veriləcək. Əgər alim xalqa heç bir xidmət etməyibsə, yalnız alim olmasına görə savab qazanacaq və xalqa xidmət etmiş alimin aldığı mükafata yiyələnə bilməz.

Hər bir peyğəmbər öz dövrünün tələblərinə əsasən imanı müəyyən qədər büruzə çıxara bilmişdir. Məsələn, İbrahim peyğəmbəri Allah taala təqribən 70 il övlad verməməklə imtahana çəkmiş, övladı olduqdan sonra isə onu uzaq bir yerə aparıb qoymağı əmr edir, bir neçə il də ötdükdən sonra həmin övladın başını kəsməyi əmr edir. İbrahim (ə) də möhkəm iman sayəsində bütün bunlara dözdü. Bu da İbrahimin (ə) nuraniyyət məqamını göstərir ki, hər nəyi vardısa, Allah yolunda qurban verməyə hazır idi. Lakin Allah taala onu yalnız bir övlad ilə sınağa çəkdi. Əlbəttə, digər oğlu İshaqı da Allah taala istəsəydi, o həzrət verərdi. Amma Allah taala bunu istəmədi. İndi əgər hansısa peyğəmbəri Allah taala iki övladla sınağa çəkərsə, məlum məsələdir ki, İbrahim peyğəmbərə nisbətən daha sox savab aparar. Hərçənd İbrahim peyğəmbər də bu cür imtahana çəkilsəydi, üzüağ çıxardı, lakin Allah ondan bunu istəməmiş və nəticədə İbrahim (ə) bu savaba çıtmamışdır. Eləcə də bütün peyğəmbərlər bu cür olmuşdur. İmam Hüseynin (ə) fəzilətinin bütün insanlardan artıq olması da onunla əlaqədardır ki, Allah taala o həzrəti bütün peyğəmbərlərin birgə məruz qaldığı sınaqlara çəkdi. Yəni, İmam Hüseyn (ə) 124 min peyğəmbərin çəkdiyi müsibətlərin və imtahanların hamısına dözdü və bu da onun nuraniyyət məqamının ən yüksək həddə olduğunu göstərir. İmam Hüseynin (ə) yaşadığı dövr tələb edirdi ki, o həzrət bütün çətinliklərə dözsün. Bəli, hansısa peyğəmbərin də dövrü ondan bunu tələb etsəydi, təbii ki, həmin peyğəmbər də buna boyun əyib razı olacaq və bütün bunların savabını əldə edəcəkdi. Lakin nə etmək olar ki, heç bir peyğəmbərin dövrü ondan İmam Hüseynin (ə) dövrünün tələbini tələb etməmişdir.

Allah taala İbrahmdən (ə) təkcə İsmaili (ə) qurban istəmişdisə, İmam Hüseyndən (ə) iki oğlunu istəyir və o həzrət də bunu can-başla qəbul edir. 

 

Kitabın adı:  Əhli-Beytin (ə) məqamı

 


 

 
 
Bölmə: İslami mövzular
Şərhlər: 1
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)

| Şikayət et | | | |
Müəllif: Aşiqi Rüqəyya | Status: İstifadəçi Offline | 13 Ocak 2016 21:21 | İstifadəçi | Şərh yazdı
Əli (ə) duasindan bir hissə : "İlahi səni məndən alan hər şeyi məndən al."

Allah razi olsun yaxşı mövzudur bele mövzular daha çox olsa yaxşıdır.Allaha sonsuz şükür olsun bizi Əli (ə) şiələrindən edib gör nə gözəl,uca nemetdir ki İbrahim(ə) da Əli (ə) şiələrindən olub. Çox təsüfki insanlarin çoxu yaradiliş məqsədini bilmir,məqsədsiz yaşayırlar.
Allahim bizlərə möhkəm əzim və iradə nəsib etki günahları tərk edərək sənə yaxinlaşaq... 

--------------------
Не нравится 0 Bəyəndim
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.