» » Onları sevmək və onlara qarşı məhəbbət bəsləmək


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Onları sevmək və onlara qarşı məhəbbət bəsləmək
+5
Müəllif: Admin | 2-01-2016, 19:00 | Baxılıb: 2 088
 

Birinci vəzifəmiz: Onları sevmək və onlara qarşı məhəbbət bəsləməkdir.

Qurandakı sözü gedən mövzu ilə bağlı ayədən əlavə Peyğəmbər (s) buyurur: «Mən Əhli-beytin kimlər olduğunu göstərib onları sizə tanıtdırdım. Sizin birinci vəzifəniz onlara qarşı məhəbbət bəsləməkdir.» Deməli müsəlmanların birinci vəzifəsi Əhli-beytə qarşı sevgi göstərib, məhəbbət bəsləməkdir.

Bir gün bir neçə nəfər ənsar Mədinə də Peyğəmbərin (s) görüşünə gedərək deyirlər: Ya Rəsulalla, biz başa düşürük ki, sən bizə çox xidmətlər göstərmisən: biz azğın idik, sən bizi hidayət etdin, bütlərə ibadət edirdik, sən bizi tək olan Allaha səcdə etdirdin, haqqa tərəf hidayət etdin. Biz səndən öncə yoxsul idik, pis vəziyyətdə yaşayırdıq, sən bizə izzət və şərəf verdin. Maddi cəhətdən indi vəziyyətimiz çox əladır. Bunların hamısını bizlər üçün sən etmisən. İndi biz də öz növbəmizdə sənə xidmət etmək istəyirik. Bizim malımız, sərvətimiz, dəvələrimiz, qoyunlarımız, qızıllarımız, pullarımız sənin ixtiyarındadır. İstədiyin qədər xərcləyə bilərsən. Yazırlar ki, bu zaman bu ayə nazil oldu: «Ya Peyğəmbər! deki, risalətimin müqabilində sizdən heç bir təmənnam yoxdur. Sizdən istədiyim yalnız budur ki, mənim Əhli-beytimə qarşı məhəbbət göstərəsiniz.» («Şura» surəsi, 23-cü ayə)

Səhabalər arasında Quranşünaslardan və Quran təfsirçisi olan İbni Abbas Səid ibn Cubəyrin dilindən (Səid ibn Cubəyr Peyğəmbər (s) Əhli-beytinə müxalif olan insanlardandır) nəql edir: «Peyğəmbər (s) buyurur: «Məvəddəti fil qurba ali Mühəmməd». Peyğəmbərdən (s) qeyd edilən məsələ ilə bağlı istənilən qədər hədis vardır. Bu hədis «Səhih-Buxari» 4-cü cild, «Musnəd ibn Hənbəl» 1-ci cild, «Sunəni-Tirmizi»- nin 5-ci cildində qeyd olunmuşdur.

Bu hədis Səid ibn Cubəyrdəndir. Bu ayə nazil olduqda Səhabələr ayağa qalxaraq soruşdular: Ya Rəsuallah, kimlərdir sənin əhli-beytin, onlar kimlərdir ki, biz onlara məhəbbət bəsləməliyik və onların məhəbbəti bizə vacib olub? Peyğəmbər (s) buyurdu: «Əli, Fatimə və onların oğlanları.»

İkinci vəzifəmiz: Onların vilayətini qəbul etməkdir.

Vilayət nədir?

Məhəbbətlə ilə vilayət fərqlənir. Kiməsə məhəbbət göstərib sevmək, onu özünə rəhbər bilib ondan itaət etməklə fərqlənir, buna görə ki, ikincisində mən ondan təbəiyyət edərək, onun itaətini özümə vacib sayıram. İnsan ürəyində çox şeyə sevgi göstərə bilər, amma bunun vilayətə heç bir dəxli yoxdur. Sevirəm başqa bir şey, vilayətini qəbul edirəm isə başqa bir şeydir. Quranda buyurulur ki, onların məhəbbəti sizin qəlbinizdə olmalıdır. Vilayət isə birinin sənə rəhbər kimi təyin edilməsi və sənin tərəfindən bunun qəbul edilməsidir. Namaz, oruc və s. əmirlər quranda vacib buyurulub itaət edildiyi kimi vilyəti də qəbul edib ondan itaət olunması vəcibdir. Vilayətsiz namazın, orucun və ibadətin heç bir faydası yoxdur. Bəzi hədislərdə buyurulur: «Vilayət qəbul edilmədiyi halda edilən 70 illik ibadətin heç bir xeyri yoxdur.» Bu, yuxarıda qeyd etdiyim başçı və özündən sonra təyin etdiyi müavin məsələsi kimidir. Beləki, nizam-intizamın pozulmamasını istəyirsənsə, müavinin sözünə baxmalısan.

Zeyd ibn Ərqəm nəql edir: «Peyğəmbər (s) axırıncı vida həccindən qayıdırdı, «Qədiri-Xum» çölünə çatdıqda dəvədən enərək camaatı bir yerə yıgdı. Hər şey hazır olduqdan sonra Peyğəmbər (s) sözə başladı: «Allah mənim mövlamdır və mən də bütün möminlərin vəlisiyəm! Bu sözlərimi qəbul edirsinizmi? Dedilər: Bəli, qəbul edirik. Peyğəmbər (s) sonra Əli (ə)-ın əlindən tutaraq buyurdu: Mən hər kimin mövlasıyamsa Əli (ə) da onun mövlasıdır. İlahi, kim onu sevirsə, sən də onu sev, kimin ondan acığı gəlirsə, sənində ondan acığın gəlsin! (ona düşmən münasibəti bəsləyənlərə qarşı sən də düşmən ol!)». Bu hədis «Səhih-Buxari», «Səhih Muslim»-in 3-cü, 4-cü cildlərində, «Sunəni Tirmizi»-nin 5-ci cildində «Sunəni ibn Macə»-nin 1-ci cildində, «Əhməd ibn Hənbəli»-nin 641-ci səhifəsindən qeyd edilmişdir və eləcə də «Sunən ibni Macə»-də 12 yerdə, «Mustədrəkus-səhihəyn» kitabının, 7 yerində bu hədis öz əksini tapmışdır.

Bu barədə Peyğəmbərdən (s) başqa bir hədis də nəql edirlər. Peyğəmbər (s) buyurur: «Mənim kimi yaşayıb, mənim kimi dünyadan getməg istəyən və Allahın mənə vəd etdiyi cənnətə daxil olmaq istəyən şəxs Əli ibn Əbi Talibi sevməli və vilayətini qəbul edərək onu özünə rəhbər təyin etməlidir. Daha sonra isə onun pak vərəsəsi və zurriyyəsini özünə başçı təyin etməlidir. Onlar imamlardır, onlar insanları pak yola hidayət edənlər və məndən sonra qaranlıq gecələrin çıraqlarıdırlar. Camaat, Onlar sizi heç vaxt hidayət yolundan çəkindirib, azğınlıq yoluna çəkməzlər onlar daim sizi hidayət və mərifət nuruna doğru apararlar.»

Üçüncü vəzifəmiz: Onlara «təməssuk» etməkdir. Yəni, onların ətəyindən yapışmaq.

Hər bir məsələdə onlardan möhkəm tutmalıyıq ki, tufana düşüb yolumuzu itirməyək. Tufan olduqda isə yer-göy bir-birinə qarışdığından heç kəs bir-birini görmür. Yalnız tufan yatdıqdan sonra kimin yolu azması və kimin qalması məlum olur. Möhkəm bir şey tapıb ondan yapışanlar salamat qalır. Heç nədən yapışmayanları isə tufan aparır. Tənəssükün ifadə etdiyi məna da elə bundan ibarətdir.

Əhli-beyt yer üzündə ondan ötürüdür ki, yellər, tufanlar, sellər gəlib səni aparanda onların ətəyindən yapışasan ki, yolunu azmayasan. Peyğəmbər buyurur: «Mən və Əhli-beytim cənnətdə olan bir ağacıq. Ağacın şaxələri isə dünyadadır. Bizə təməssuk edənlər, yəni bizdən möhkəm yapışanlar düzgün yol tapıb Allaha tərəf gedəcəkdir.».

Bu barədə Osman (III xəlifə) də Peyğəmbər (s)-dən belə bir hədis nəql edir:

الائمة بعدي اثنا عشر تسعة من صلب الحسين و منا مهدي هذه الامة من تمسك من بعدي بهم فقد استمسك بحبل الله و من تخلي منهم فقد تخلي من الله

«Məndən sonra imamlar on iki nəfərdən ibarətdir. (Onların üçü sizə məlumdur Əli, Həsən və Hüseyn (ə)). Doqquzu Hüseynin nəslindəndir. Bu ümmətin Məhdisi (ə.f.) də bizdəndir. (ki, onların axırıncısıdır.) Hər kəs məndən sonra onlara təməssük etsə Allahın ipindən yapışmış olub, onlardan uzaqlaşan isə Allahdan uzaq düşmüşdür.» (Bu hədis «Kifayətul Əsər»-in 94-cü səhifəsində qeyd edilib.)

Dördüncü vəzifəmiz: Onlara ikramdır (Hörmət bəsləmək).

İkram budur ki, onları gördükdə hörmət etməlisən. Adları çəkiləndə ehtiram göstərəsən. Bu məsələ ilə bağlı Allah Quranda buyurur: «Allahın adının zikr olunduğuna və uca tutulduğuna izn verdiyi evlərdə gecə və gündüz Allahın zikri və təsbihi deyilir». («Nur» surəsi, 36-cı ayə.)

Başqa bir ayədə Allah buyurur: «Allah göylərin və yerin nurudur». Peyğəmbər buyurur: «Bu nurun mənbəyi həmin evlərdir».

Ravilərdən olan Ənəs ibn Malik və Burəydə nəql edirlər ki, Peyğəmbər (s) bu ayəni oxuyandan sonra bir nəfər ayağa qalxıb soruşdu:

-«Ya Rəsulallah! O evlər hansı evlərdir ki, deyirsən Allah göylərin və yerin nurudur. Bu nurun mənbəyi isə o evlərdir? Peyğəmbər buyurdu:

-Bu evlər peyğəmbərlərin evləridir. Ənəs ibn Malik əlavə edir ki, orada olan Əbu Bəkr ayağa qalxaraq Əli (ə) və Fatimə (s)- ın evinə işarə edərək soruşdu:

-Ya Rəsulallah! Bu evdə o evlərdəndir? Həzrət buyurdu:

-Bəli, bu ev nəinki o evlər kimi bəlkə onlardanda üstün olan bir evdir.» («Əd-durrul-mənsur» kitabı, cild: 6, səh: 203; «Şəvahidut-tənzil» kitabı, cild 1, səh: 534; «Kənzul-ummal» kitabı, cild 12, səh: 100; «Fəraidus-simtəyn» kitabı, cild 2, səh: 277 və 541.)

Onların əmrləri, sözləri, tapşırıqları və sifarişləri bizim üçün qanundur. Bu barədə Peyğəmbərdən (s) nəql edilən çoxlu sayda hədislər vardır. Peyğəmbər buyurub: « Allah bütün peyğəmbərlərin züriyyələrini onların öz sülbündən qərar verdi mənim zürriyyəmi isə Əlinin sülbündə qərar verib». Həzrət ardınca buyurdu: «Onların üstün bilin və onlardan qabağa keçməyin!» (Şazan ibn Cəbrailin «Əl-fəzail» kitabı, səh: 130.)

Beşinci vəzifəmiz: «Əzzikr» dir.

Yəni onları yad etməkdir. Bizdən tələb olunur ki, onlardan danışıb, onları yad edək. Ummu Sələmə nəql edir: Mən peyğəmbərin dilindən eşitdim ki, o Həzrət buyurdu: «Harada bir insan və ya bir tayfa oturub Peyğəmbər (s) dən, onun fəzilətlərindən danışırsa, bir sıra mələk gəlib onlara qoşulur. Camaat dağılışdıqdan sonra isə mələklər də ərşdə öz yerlərinə gedərlər. Digər mələklər onlardan hardan belə gəlirsiniz ki, üzərinizdən bu vaxta qədər duymadığımız ətir iyi gəlir, deyə soruşarlar. Həmin mələklər belə cavab verərlər: Yerdə bir dəstə mömin oturub söhbət edirdilər. Üzərimizdə olan onların sözlərinin ətrinin qoxusudur. Bu vaxt mələklər xahiş edərlər ki, bizi də aparın, biz də onları ziyarət edək. Mələklər onların artıq dağılışdıqlarını bildirdikdə, deyərlər ki, onda aparın, onların oturduqları yerləri ziyarət edək.»

Bir çox kitablar o cümlədən «Yənabiul-məvəddə» kitabı, cild 2, səh: 271 və bu kimi sair kitablar hədisi qeyd etmişlər.

Altıncı vəzifəmiz: Onların fəzilətlərindən əlavə müsibətlərindən də danışmalıyıq.

Bəzilərinə İmam Hüseynə (ə) ağlamaq qəribə gəlir və sual edirlər ki, İmam Hüseynə ağlamağın nə kimi faydası vardır?

Heç kəs istəməz ki, rəngli paltarlar geyinib, şadlıq etməsin və hər gün qara geyinsin. Amma, əgər Hüseyn (ə) özü istəsə necə, onda biz nə etməliyik? Mümkündür ki, belə deyilsin: İmam Hüseyn (ə) ağa şəhid olub və öz hədəfinə çatıb. Gəlin əlvan rəngli paltarlar geyinib şadlıq edək və Hüseyni təbrik edək. Heç də pis fikir deyil. Amma bunu onlar (Əhli-beyt) özləri istəmir. Əgər siz Hüseyni yad edib, ona məhəbbət göstərmək və onu yad etmək istəyirsinizsə, bunun yolunu biz (Əhli-beyt) sizə göstəririk. Necə ki, Allah buyurub: «Ey mənim bəndələrim siz bilirsiniz ki, mən sizə nemət vermişəm sizi yaratmışam, sizə sağlamlıq vermişəm, hava, su, torpaq, torpaq altında dəfinələr, xəzinələr, qızıl, gümüş, neft, qaz, hər şey, meşələr, nə lazımdırsa, çatışmayan nə qalıb? Əgər bir şey qalıbsa, deyin ya Allah sən onu bizə verməmisən. İndi əgər mənə təşəkkür etmək istəyirsiniz, onda təşəkkürün yolunu da mən təyin etməliyəm. Əgər ədəbli Adam olmaq istəyirsənsə, onda hər gün on yeddi rükət namaz qıl!»

«Yaxşılığın müqabilində yaxşılıq etmək» ağlın hökmüdür. İndi əgər, biz də İmam Hüseyn ağaya təşəkkür etmək istəyiriksə, yəni ya Hüseyn sən nə qədər qəhrəman, şərafətli insansan. Sən müharibə etdin. Zalımın qarşısında baş əymədin, dayanıb xütbə oxudun, şəhid oldun və bununla bizə, şərəf və izzət bəxş etdin. İndi biz səni yad etmək istəyiriksə, bunu necə edək? Buyurur ki, onu sizə mən deməliyəm. Mənim müsibətlərimi yad edin. Məhərrəm ayında, aşurada gözlərinizdən yaş tökün! Əgər belə etsəniz, mənə təşəkkür etmiş olarsınız. Demək, ağlamağı İmam özü bizdən istəyib. İmam Hüseyn ağaya ondan əvvəl Əli (ə) ağlayıb, Əlidən (ə) əvvəl Peyğəmbər (s) ağlayıb.

İmam Hüseyn (ə) ağanın öz dilindəndir: «Hər hansı bir insan mənə görə bir dəfə ağlasa, Allah mənim ehtiramıma xatir Cənnəti ona vacib edər. İmam Cəfər Sadiq (ə) buyurub: İki yerdə nəfəs çəkmək zikr savabındadır: Biri orucluqda, yəni Ramazan ayı. İkincisi isə Məhərrəm ayı, yaxud Hüseyn (ə), Əhli-beyt üçün qurulan məclisdə iştirak edən insanlar alıb verdikləri hər bir nəfəs də zikr etmiş kimi hesab edilirlər.»

Yenə o həzrət buyurur: «Əgər bir Adam bizə görə narahat olarsa və qəmlənərsə, o qəm ibadət hesab edilər.»

Nəql edirlər ki, altıncı İmam buyurdu: «Yeri var ki, bu hədis qızıl suyu ilə yazılsın.»

Şəxsən Peyğəmbər (s) özü İmam Hüseynə (ə) ağlayıb. Mən Aişədən bir hədis deyəcəyəm. Aişənın bu hədisi «Məcməuz-Zəvaid» kitabının 9-cu cild, səh:187-də qeyd edilmişdir.

Aişə nəql edir ki, bir gün Peyğəmbərə (s) vəhy nazil olurdu. Hələ o zaman balaca uşaq olan İmam Hüseyn (ə) özünü Peyğəmbərin (s) üstünə atdı. Cəbrail uşağa baxıb soruşdu:

-Ya Peyğəmbər! bu uşağı sevirsən? Peyğəmbər (s) «əlbəttə sevirəm»- deyə cavab verdi. Cəbrail buyurdu:

-Bilirsənmi ki, səndən sonra bu uşağı qətlə yetirəcəklər? Daha sonra əlini uzadaraq Peyğəmbərə (s) ağ rəngdə olan bir qədər torpaq verdi və buyurdu: Bu Kərbəla torpağıdır. Hüseyni bu torpaq üzərində öldürəcəklər.

Cəbrail getdikdən sonra Peyğəmbər (s) ağlaya-ağlaya durub otaqdan çıxdı. Çıxarkən mənə dedi:

-Aişə, Cəbrail indi mənə xəbər verdi ki, Hüseyni Kərbəla çölündə öldürəcəklər. Məndən sonra mənim ümmətim çox böyük bir imtahan qarşısında qalacaqdır.

Peyğəmbər (s) bunu deyib məscidə tərəf yola düşdü. Məsciddə olan səhabələr arasında Əli (ə), Əbu Bəkr, Ömər, Hüzeyfə, Əmmar, Əbu Zərr və başqaları da var idi. Onlar Peyğəmbərin (s) ağlayaraq məscidə daxil olduğunu gördükdə soruşdular:

-Ya Rəsulallah nə üçün ağlayırsan? Peyğəmbər (s) üzünü onlara tərəf tutaraq buyurdu:

-Cəbrail mənə məndən sonra oğlum Hüseynin Neynəva çölündə qətlə yetiriləcək-şəhid olacağını xəbər verdi. Sonra isə bu torpağı verib bildirdi ki, Hüseyn bu torpaqda dəfn olunacaq.

Peyğəmbər (s) bu sözləri deyərkən həm özü ağlayırdı, həm də orada olan camaat. Amma Peyğəmbər (s) demirdi ki, ağlamamalıyıq.

Başqa bir hədis: Bir gün peyğəmbər səfərə çıxırdı. Hələ o zaman İmam Hüseynin iki yaşı var idi. Səfər zamanı gördülər ki, Peyğəmbər (s) yolda dayanıb öz-özünə bu ayəni- «İnna lillah və İnna iləyhi raciun» -oxuyaraq ağlayır. Soruşdular:

-Ya Rəsuallah niyə ağlayırsan? Həzrət buyurdu:

-Cəbrail mənə Hüseynin şəhid olacağını xəbər verdi. Bu xəbəri mənə elə çatdırdı ki, sanki, mən o hadisələrin hamısını öz gözlərimlə gördüm. Hətta nizələrə taxılmış yaralı başları da mənə göstərdi.

Həzrət çox qəmli şəkildə səfərini başa vurub qayıtdı. Qayıtdıqdan sonra Həsən (ə) və Hüseynin (ə) əlindən tutub mənbərə çıxdı. Mənbərdə bir xütbə oxudu. Xütbəni oxuduqdan sonra sağ əlini Həsənin (ə), sol əlini isə Hüseynin (ə) başına qoyaraq buyurdu:

- «İlahi mən özümdən sonra bu iki övladımı ümmətimin içində əmanət qoyub gedirəm. Amma Cəbrail mənə xəbər verib ki, onların biri zəhərlə, digəri isə qılıncla öldürüləcəkdir. İlahi sən özün şəhadəti onlara mübarək et! Pərvərdigara bunların qatillərindən öz bərəkətini kəs!»

Peyğəmbər (s) bu sözləri dedikdə məsçiddəkilər ağlamağa başladı. Bu halı belə müşahidə edən Peyğəmbər (s) əlavə edərək buyurdu: «Ey insanlar, siz indi ağlayırsınız, amma həmin gün bunlara kömək etməyəcəksiniz. Yenə üzünü Allaha tutaraq buyurdu: «İlahi, mən bu iki əmanəti qiyamətə qədər bu ümmət arasında qoyub gedirəm onlaradan biri Quran, digəri isə mənim itrətimdir».

İbni Abbas nəql edir ki, bir gün Əli (ə)-ın yanına getmişdim. (Peyğəmbərdən (s) sonra) gördüm ki, ağa ağlayır. Soruşdum: ağa niyə ağlayırsan? Əli (ə) cibindən bir səhifə çıxarıb mənə göstərdi. Həmin səhifədə Peyğəmbərin (s) buyurduğu sözlər yazılmışdı. Kərbəlada nələr olacaq hamısı, hətta şəhidlərin də adları bir-bir yazılmışdı. Bütün hadisələr qeyd edilmişdi.

Peyğəmbər (s) Hüseynə (ə) ağlayır, Əli (ə) Hüseynə (ə) ağlayır, Zəhra (ə) Hüseynə ağlayır, Ümmü Sələmə ağlayır, İmam Həsən (ə) ağlayır, İmam Hüseyn (ə) özü də ağlamağın zəruriliyini təkid edir. Bəs biz nədən ağlamayaq? Əgər Hüseynə imam Əli (ə), imam Həsən (ə), Peyğəmbər ağlayırsa, onda bizim də borcumuzdur ki, onların müsibətini zikr edib onlara ağlayaq.

Hüseyn məclisinə qəlbidə yara gedərəm.

Mühəqqər aşiqinəm qəlbidə yara gedərəm.

Xuda nakərdə mən də olsam asitanindən

Üzüm-gözüm öyrəşib qapına, hara gedərəm?

Hüseynin aşiqiyəm, eşq izzətimdir mənim.

Sual tələtim, şame hidayətimdir mənim.

Hüseynə ağlamasam neylərəm bir göz yaşı mən

Bu şor göz yaşı şirindir, şərəfimdir mənim.

Biz hamımız İmam Hüseyn (ə) əzasında ağlamağa hazırıq və hamımız bu əməli ibadət bilirik. Allah bu ibadəti hamıdan qəbul etsin!

 

 

Kitabın adı: Əhli-Beytin (ə) məqamı

Müəllif: Əliəkbər Ocaq Nejad

 


 
 
Bölmə: İslami mövzular
Şərhlər: 2
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)

| Şikayət et | | | |
Müəllif: Aşiqi Rüqəyya | Status: İstifadəçi Offline | 3 Ocak 2016 14:11 | İstifadəçi | Şərh yazdı
Allah razı olsun bu xəbəri çox bəyəndim əllərinizi var olsun 14 məsumdan bir hədis var Qalə Sadiq buyurub ki :" Öz qəlbinə nəzər sal bax görsən qəlbində Əhli beyt sevgisi varsa üzü qibləyə dur anana dua et çünki o səni halal yolla qazanıb " Haramzadə heç vaxt Əhli beyti sevə bilməz!!! Əlhəmdulililah Allah Əhli beyt sevgisin bizədə nəsib edib Allah Əhli beyt sevgisin bizə çox görməsin Amin

Ya Əli!!!  
Sən eşqimin baharı dinimin etibarı
Olan halalzadənin cahanda iftixarı 

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Huseynci Medine | Status: İstifadəçi Offline | 2 Ocak 2016 23:57 | Redaktor | Şərh yazdı
Allahın razılığıma çatasız qardaş, Allah köməyinoz olsun, Allah sizi, bizləri Əhli-Beyt sevgisindən məhrum etməsin, Allah bu sevgimizi, əzadarlığımızı gündən-günə artırsın amin inşAllah.
Allah Cəlli Cəlal oxuduqlarımızı saatlıq deyildə ömürlük beynimizə həkk etsin amin ya Rəbb amin.

--------------------
Не нравится 0 Bəyəndim
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.