Eşidincə azanı tərk elə dünya işini,
Edir Allah səni Öz rəhminə dəvət Cümədə.
O zaman iflasa uğrar savabın bil ki əgər,
İmamın xütbəsinə etməsən diqqət Cümədə.
Salavat həm də Salam söylə Rasulullaha sən,
Onu zikr et və qazan özünə mərhəmət Cümədə.
Əl açıb sidq ilə məğrib qabağı et dualar,
Edər Allah sənin istəyinə icabət Cümədə.
O gün Allah atamız Adəmi yoxdan yaradıb,
Qopacaqdır hələ dəhşətli Qiyamət Cümədə.
Sən özün Şamil, Uca Rəbbinə aç əllərini,
Dua et, fərz eləsin ruhuna Cənnət Cümədə.