» » » İmam Sadiqdən (ə) nəql olunan hədislər


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6693

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6677

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 2

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Nisan 2024    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
İmam Sadiqdən (ə) nəql olunan hədislər
+14
Müəllif: Fatimə Nuri Xuda | 22-11-2015, 21:00 | Baxılıb: 1 201
 
 
 İmam Sadiqdən (ə) nəql olunan hədislər

◘Üç kəs hesabsız behiştə daxil olar: Ədalətli rəhbər, doğrucul tacir və əziz ömrünü Allaha itaətdə keçirən qoca. Üç kəs də ki, hesabsız cəhənnəmə varid olar: Zülümkar rəhbər, yalançı tacir və zinakar qoca.
◘Qiyamət günü Allah mö`mindən üç şeyin hesabını çəkməz: Yediyi yeməyin, geyindiyi paltarın və həyatı boyu ona kömək edən və onu haramdan qoruyan qadının. (Əlbəttə, bunların halaldan olduğu halda.)
◘Üç kəs Qiyamət günündə Allahın ərşinin kölgəsində olar. Biri odur ki, başqalarına qarşı insaflı olsun. Digəri odur ki, Allahın razı olub-olmadığını bilmədiyi bir işdən ötrü heç bir addım atmır. Üçüncüsü isə odur ki, nə qədər ki, bir eyibi özündə aradan qaldırmayıb, başqalarını həmin eyibə görə qınamaz. Belə bir kəs özünün hər hansı bir eyibini aradan qaldıran kimi digər bir eyibi gözünə görünür və beləliklə, başı həmişə öz eyiblərinə qarışmış olur və başqalarının eyiblərini axtarmaqla məşğul olmur.
◘Üç iş var ki, əgər mö`min onları öyrənsə ömrü uzun, ne`məti davamlı olar. Soruşdular: "Bu üç iş nədir?” Buyurdu: "Namazın ruku və səcdələrini uzatmaq, qonağı olan zaman süfrə başında çox oturmaq və ailə ilə xoşrəftar olmaq.”
◘Üç kəs Qiyamət gününün haqq-hesabı qurtarana qədər Allaha hamıdan yaxın olar. Birincisi qəzəblənən zaman əlində qüdrət olduğuna baxmayaraq əlaltılarına zülm etməyən, digəri iki nəfər arasında vasitəçilik edən zaman zərrə qədər də tərəfkeşlik etməyən, üçüncüsü isə zərər, yaxud xeyir görəcəyinin fərqinə varmadan haqqı deyəndir.
◘Elə ki, Allah qorxusundan və günahlarını yad etməklə bədənin titrədi, gözünün yaşı töküldü və ürəyin qorxdu, bu halı qənimət bil, çünki məqsədin yaxındır.
◘Bir kişinin ki, paxıllığı, həsədi və qorxusu var, onun imanı yoxdur. Mö`min nə qorxaqdır, nə həris nə də simic.
◘Hər kəsdə üç xüsusiyyət olsa Allah istədiyi hər xüsusiyyətinə görə ona bir hurul-eyn nəsib edər. Birincisi budur ki, qəzəbini uda bilsin, ikincisi odur ki, Allah yolunda döyüşərkən aldığı qılınc yaralarına səbr etsin, üçüncüsü isə odur ki, əlinə haram mal düşsə Allaha görə onu yeməsin.
◘Mənim üç kəsə ürəyim yanır (və bunun yeri də var): Zillətə düşən əziz, dilənçiyə çevrilən dövlətli, axmaqlar və öz ailə üzvləri tərəfindən təhqir olunan və alçaldılan alim.
◘Allah üç şəxsi özünə düşmən bilir; zülmkar dövlətlini, zinakar qocanı və malı olan lakin təkəbbürlük üzündən onu Allah yolunda sərf etməyən kəsi.
◘Hər kəsin dili düz desə, əməli pak olsa və xoşniyyət olsa Allah onun ruzisini bol edər. Hər kəs də ki, ailəsi ilə xoş  davransa Allah onun ömrünü uzadar.
◘Dünyaya bel bağlayan hər bir kəs üç şeyə mübtəla olar: Sonsuz qüssəyə, həyata keçməyən arzuya və qət olmayan ümidə.
◘Üç xüsusiyyət Allahın qəzəbinə səbəb olar: Gündüz yatmaq (gecə də yatarsa), səbəbsiz gülmək və tox halda yemək.
◘Hədiyyə üç cürdür: Biri hədiyyə müqabilində, digəri tərəf müqabili ilə xoş əlaqə yaratmaqdan örtü, üçüncüsü isə Allahın rizayətindən ötrü.
◘Küfrün üç kökü var: Hərislik, təkəbbür və həsəd (paxıllıq). Hərislik Adəmi Allahın ona qadağan etdiyi ağacdan meyvə yeməyə vadar etdi, təkəbbür şeytanı Adəmə səcdə etməyə qoymadı, həsəd isə Adəmin oğlunu öz qardaşını öldürməyə təhrik etdi.
◘Əhməd ibn Hənbəl deyir ki, İmam Sadiqdən (ə) soruşdum: "İnsan üçün ən üstün xüsusiyyət nədir?” Buyurdu: "Heç bir qorxunun əmələ gəlməsinə yol verməyən vüqar və böyüklük, əvəzinin intizarı olunmayan səxavət və bəxşiş və qeyri-dünyəvi işləri yerinə yetirmək üçün çalışmaq. (Yə`ni, insanın əsas məqsədi, hətta dünya işlərində də o biri aləmin xoşbəxtliyini tə`min etmək olmalıdır.)
◘Üç iş israfdır: İşləyən zaman təzə paltar geyinmək, toxumu sağa-sola səpmək və suyun artığını tullamaq.
◘Nəhslik üç şeydədir: Qadında, dördayaqlıda və evdə. Qadının nəhsliyi mehriyyəsinin çoxluğunda və əri ilə yola getməməsindədir. Heyvanın nəhsliyi harınlıqda və minilməkdən imtina etməyindədir. Evin nəhsliyi isə onun darlığında, çoxlu çatışmazlığında və qonşuların pisliyindədir.
◘Üç kəs Qiyamət gününün hesabı qurtaranadək Allahın pənahında olar. Biri odur ki, heç vaxt zina fikrində olmayıb, digəri  odur ki, heç vaxt malını ribaya bulaşdırmayıb və üçüncüsü odur ki, heç vaxt riba və zina üçün vasitəçilik etməyib.
◘Hər kəs üç halda olsa üç şeydən məhrum olmaz: Hər kəs dua etmək tövfiqi əldə edibsə ne’mət icabəti varıdır, hər kəsdə ki, təşəkkür etmək xasiyyəti varsa ne`mət çoxluğuna sahibdir və hər kəsdə ki, təvəkkül etmək xüsusiyyəti varsa, Allahın himayəsini əldə edib. Allah-təala buyurub: "Hər kəs Allaha təvəkkül etsə Allah ona bəsdir, əgər şükr etsəniz, sizə olan ne`mətlərimi artıraram.” "Məni çağırın, Mən də sizə cavab verim.”
◘Hər kəsdə bu üç xüsusiyyət olsa, imanın bütün sifətlərinə malik olar: Səbr, qəzəbi udmaq və xatalardan keçmək. Belə  bir kəsi Allah hesabsız behiştə daxil edər və onun bir çoxları barəsində etdiyi şəfaəti qəbul edər.
◘Paltarına yamaq vuran, ayaqqabısını tə`mir edən və öz yükünü özü daşıyan şəxs təkəbbürdən uzaqdır.
◘Şeytan öz qoşununa dedi: "Əgər üç işdə Adəm övladına hakim ola bilsəniz daha qorxum olmaz, çünki bundan sonra onun heç bir əməli Allah dərgahında qəbul olunmaz. Bunlar xeyir işi böyük hesab etmək, günahı unutmaq və özünü bəyənməkdir.
◘Mütəal Allah buyurub: "Mən bəndələrimə üç ne`mət verməklə onların boynuna minnət qoymuşam. Biri budur ki, öləndən sonra onların bədəninə pis iy vermişəm. Əgər belə olmasaydı heç kəs öz yaxınlarını dəfn etməzdi. Digəri budur ki, bəla və müsibətləri onların yadından silirəm. Əgər belə olmasaydı həyat onlar üçün dözülməz olardı. Üçüncüsü isə budur ki, arpa və buğdaya həşərat daraşdırıram ki, səltənət sahibləri qızıl-gümüş yığdıqları kimi onları da yığıb saxlamasınlar.
◘Allah-təala Musaya (ə) belə vəhy göndərdi: "Bəndələrimin Mənə yaxınlaşma vasitəsi olan əməllərindən üçü Mənim üçün daha sevimlidir.” Ərz etdi: "Onlar hansılardır?” Buyurdu: "Zöhd və dünyaya qarşı e`tinasızlıq, günahdan pəhriz etmək və Mənim qorxumdan ağlamaq.” Ərz etdi: "İlahi, əgər birində bu üç xüsusiyyət olsa onun əcri nədir?” Vəhy olundu: "Zahidlər behiştdədirlər, ağlayanlar ən ali məqamda, pəhrizkarlarsa bütün insanlar arasında əməllərin təftişindən amandadırlar.”
◘İmamət və rəhbərlik üç xüsusiyyətə malik olmayanlardan başqa heç kəsə layiq deyil: Günahdan qoruyan təqvaya, qəzəbi sakitləşdirə bilən helm və mehriban ata kimi rəiyyətin  halına yanmaq.
◘Həzrət Yusifin köynəyində üç nişanə var idi ki, Qur`anda da bunlar yad olunub. Biri yalançı qan idi. Allah-təala buyurur: "(Qardaşları) onun köynəyini yalançı qana bulaşmış halda atalarının yanına gətirdilər.” İkincisi arxadan cırılmağı idi ki, bu da Onun günahsızlığına dəlalət edirdi. Bu barədə də Qur`anda belə buyurulur: "(Misir hakiminin yaxınlarından biri dedi:) Əgər köynəyi öndən cırılıbsa qadın düz deyir (və Yusif yalan, yox əgər arxadan cırılıbsa qadın yalan deyir, Yusifsə doğru). Üçüncüsü  (Yaqubun iylədiyi zaman onun gözünə tə`sir qoyduğu) iydir ki, bu barədə də Qur`anda belə buyurulur: "(Yusif dedi:) Mənim bu köynəyimi aparın (və atamın) üzünə çəkin ki, gözü açılsın.
◘Ali-Davudun hikmətində yazılıb: "Hər bir kəs yalnız üç şeydən ötrü səfər edər; axirət tədarükündən ötrü, yaşayışını tə`min etmək üçün, izzət və ləzzətdən ötrü.” Sonra Həzrət Sadiq (ə) buyurdu: "Hər kim qəlbini dünyaya bağlasa xar olar.”
◘Loğman oğluna dedi: "Ey oğul! Hər şeyin əlaməti var ki, sənə onları bəyan edirəm. Dinin üç nişanəsi var; elm, e`tiqad və əməl. İmanın üç nişanəsi var; Allahı tanımaq, onun bəyəndiyi şeyləri tanımaq və Onun bəyənmədiyi şeyləri tanımaq. Ağıllı adamın üç əlaməti var; namaz, oruc və zəkat. Mütəzahirin (elmi Allahdan başqasından ötrü öyrədən) üç əlaməti var; özündən üstünlə çəkişər, heç bir elmi və mə`lumatı olmadan söz deyər və çata bilməyəcəyi şeylərin ardınca gedər. Zülümkarın üç əlaməti var; özündən üstün olana itaət etməz, əlaltılarını incidər və zülümkarlarla həmkarlıq edər. Münafiqin də üç əlaməti var; ürəyindəki ilə danışığı əməli ilə ürəyi və gizlini ilə aşkarı, bir-birinin ziddinədir. Günahkarın üç əlaməti var; zülm, yalan və sözünə xilaf çıxmaq. Riyakarın üç əlaməti var: Təklikdə (ibadətdən ötrü) halsızdır, camaat arasında fərəhlidir və hər bir işində gözü camaatın tə`rifindədir.
◘Paxılın üç əlaməti var: Dalca danışar (qeybət edər), üzdə yaltaqlıq edər, bəla və müsibət üz verən zaman isə insanı məzəmmət edər.
◘İsrafkarın üç əlaməti var: Lazımsız şeylər alar, öz şə`nindən yuxarı paltarlar geyər və özünə uyğun olmayan xörəklər yeyər.
◘Tənbəlin üç əlaməti var: Səhvə yol verənə qədər süstlük edər, iş əlindən çıxana qədər səhlənkarlıq edər və öz vəzifələrini o həddə qədər tərk edər ki, günaha mürtəkib olar.
◘Qafilin üç əlaməti var: Səhv (və faydası olmayan) işlərə baş qatmaq, yanlışlıq və unutqanlıq.
◘Sonra İmam Cə’fər Sadiq (ə) buyurdu: "Bu əlamətlərdən hər birinin də ayrı-ayrılıqda şö`bələri var ki, onların da elmi minə, minə, minə çatır. Elə isə ey Himad, (hədisi nəql edənə xitab) gecə və gündüz elm dalınca ol. Əgər gözünün aydınlığını, dünya və axirət xeyrini istəyirsənsə gözünü onun-bunun əlinə dikmə və tamahı kökündən qır at. Özünü ölənlərin sırasında hesab et və özünü bir nəfərdən də olsun yuxarı sayma, malını hifz etdiyin kimi dilini də qoru!”
◘Üç iş var ki, heç kəs bu barədə üzürlü hesab olunmur: Pis adamın da yaxşının da əmanətini qaytarmaq, ataya–pis əməl sahibi də olsa, yaxşı əməl sahibi də olsa– yaxşılıq etmək, pislə də olsa, yaxşı ilə də olsa bağladığın əhd-peymana riayət etmək.
◘Hər gecə və gündüz Allahın bir məlaikəsi fəryad edib deyir: "Ey Allahın bəndələri! Günah etməkdən çəkinin! Əgər otlayan heyvanlar, südəmər körpələr və beli bükülmüş qocalar olmasaydı başınız üzərinə elə bir bəla nazil olardı ki, sümükləriniz bir-birinə keçib qırıq-qırıq olardı.
◘Üç vəzifə insanlar üçün olduqca ağırdır: Başqalarına güzəştə getmək, malı mö`min qardaşlarla bölmək və Allahı çoxlu yad etmək
◘Əməllərin ən yaxşısı üç şeydir: İnsanlara qarşı insaflı olmaq; bir həddə ki, özün üçün bəyəndiyin şeyləri onlar üçün də bəyənəsən. Öz malını mö`min qardaşlarla bölmək və hər bir halda Allahı yad etmək. (Nəinki, hər bir halda "Subhanallahi vəlhəmdu lillahi və la ilahə illəllahu vallahu əkbər” demək, əksinə, zikrdə məqsəd vacibatı yerinə yetirib haramlardan çəkinməkdir.)
◘Üç şey olmazsa ehsan həqiqi hesab olunmaz; onu kiçik hesab etmək, gizlətmək və tə`cili yerinə yetirmək. Nə qədər kiçik hesab etsən tərəf müqabilinin gözündə o qədər böyük görünəcək, onu izhar etməsən kamil həddə çatacaq və nə qədər də tez yerinə yetirsən daha da gözəlləşər. Bu halların heç biri olmasa ehsan öz səfa və dəyərini itirəcək.
◘Osman Mədinə məscidinin qapısında oturmuşdu. Oradan bir fəqir keçirdi. Göstəriş verdi ki, ona beş dirhəm pul versinlər. Fəqir dedi: "Mənə bir yol göstər.” Dedi: "Məscidin küncündə oturan cavanların yanına get.” Orada İmam Həsən (ə), İmam Hüseyn (ə) və Abdullah Cə`fər oturmuşdu. Fəqir onlara yaxınlaşıb köməklik istədi. İmam Həsən Müctəba (ə) buyurdu: "Dilənmək üç haldan başqa hallarda rəva deyil: Ağır qanbahası ödəməkdən ötrü, böyük borcdan ötrü və insanı taqətdən salan fəqirlik səbəbi ilə. Sən bunların hansına düçar olmusan? " Dedi: "Onlardan birinə.” İmam Həsən (ə) göstəriş verdi ki, ona əlli dinar versinlər. İmam Hüseyn (ə) da ona qırx doqquz dinar, Abdullah Cə`fər də qırx səkkiz dinar əlavə etdi. Fəqir qayıtdı. Osman soruşdu: "Nə etdin?” Dedi: "Mən səndən istədim, sual-cavabsız mənə beş dirhəm verdin. Lakin o uzun saçlı cavandan istədim aramızda belə bir söhbət oldu.” Osman dedi: "Bunlar kimi cavan haradan tapa bilərsən?! Bunların elmlə dolu sinələri, xeyir və hikmətlə dolu qəlbləri var.”
◘Dilənməkdən çəkinin, çünki o, dünyada xar olmağa, tez gəlib yetişən fəqirliyə və Qiyamət günü haqq-hesabın uzun çəkilməsinə səbəb olar.
◘Üç şey mö`minin asayişinə səbəb olar: Eyib və sirləri örtən geniş ev, dünya və axirət işlərində ona kömək edəcək qadın, ölüm və ya evlənmək vasitəsi ilə evdən çıxıb gedən bacı və ya qız. (Çünki onların evdə qalmağı narahatçılığa səbəb olar.)
◘Vəlid ibn Səbih deyir: İmam Sadiqin (ə) xidmətində idim. Onun qabağında böyük bir qabda xurma var idi. Bir dilənçi gəldi. Xurmanın bir miqdarını ona verdi. Sonra bir dilənçi də gəldi. Ona da bir qədər xurma verdi. Üçüncüsü də gəldi. Həzrət (ə) buyurdu: "Allah artıq etsin.” Sonra buyurdu: "Əgər bir nəfərin otuz-qırx mini (dirhəmi, yaxud dinarı) olsa və hamısını da düzgün və səhih yolda məsrəf etsə, yoxsul həddinə çata bilər. Lakin o, üç nəfərdən biri olacaq ki, onların da heç birinin duası qəbul olunmaz.” Dedim: "Sənə qurban olum, onlar kimlərdir?” Buyurdu: "Biri odur ki, Allah ona kifayət qədər mal-dövlət verir və onu xərcləyib deyir: "İlahi, mənə ruzi ver!” Cavab gələr ki, məgər sənin ruzini vermədimmi?” İkinsici odur ki, öz arvadına nifrin edər. (Yə`ni, bir yerdə dolanmaq heç cür mümkün olmadığı halda ona talaq verib boşamaq əvəzinə nifrin edir.) Allah-təala buyurar: "Məgər onun talağını sənin əlinə verməmişəmmi?” Üçüncüsü odur ki, evdə oturub Allahdan ona ruzi verməsini diləyir. Xitab olunar: "Məgər ruzi kəsb etmək yolunu sənin ixtiyarında qoymamışammı?!”
◘Allahın bir bəndədən xoşu gəlsə ona nəzər edər və elə ki, nəzər etdi ona üç töhfədən birini hədiyyə edər; qızdırma, göz ağrısı, baş ağrısı. Peyğəmbər (s) buyurur: "Allah mənimlə danışdı və buyurdu: "Ey Məhəmməd! Elə ki, mənim bir bəndədən xoşum gəldi ona qarşı üç iş görərəm; qəlbini qəmgin, bədənini xəstə, əlini isə dünya malından xali edərəm.” (Şübhəsiz, bu işlər bəndənin günahlarının bağışlanmasına və beləliklə də onun dərəcəsinin qalxmasına səbəb olar ki, bu da ilahi lütfün bir əlaməti hesab olunur.)
◘Əbu Həmzə deyir: "İmam Sadiqdən (ə) soruşdum: "Oruc barəsində Peyğəmbərin (s) sünnəsi nədir?” Buyurdu: "Hər ay üç gün; ayın birinci cümə axşamı günü, ayın ortadakı çərşənbə günü və ayın axırıncı cümə axşamı günü. Bu üç gündə oruc tutmağın savabı bir ömür oruc tutmağın savabına bərabərdir, çünki Allah-təala buyurdu: "Hər kəs bir yaxşı iş görsə, əvəzi on qatdır.” Əgər bir kəs zəiflik üzündən oruc tutmağa qadir olmasa sədəqə versin, çünki bir dirhəm sədəqə bir gün oruc tutmaqdan əfzəldir
 
 
Müəllif: Ayətullah Meşkini
Kitabın adı: Nəsihətlər (On dörd məsumun (ə) buyurduqları və min bir hikmətli söz)

 
 
Bölmə: Hədislər / Hədislər-yazılı
Şərhlər: 0
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.