Allah möhtac etmə bizi kimlərə?
Dini tapdalıyan o zalimlərə,
Düşsəndə elindən uzaq ellərə,
Dua et yalvar sən təkcə Allaha.
Yıxıldın çalışki özün durasan,
Dünyada bir işin olmasa asan,
Sən çalış şeytannan uzaq qaçasan,
Dua et yalvar sən təkcə Allaha.
Düşdüsə bir işin sənin cəncələ,
Uca yaradana sən dua elə,
Deyirsən çətindi deyirsən belə,
Dua et yalvar sən təkcə Allaha.
Günahkar bəndəsən səndə mənim tək,
Tövbə et dinə gəl səndə mənim tək.
Qurban de canıvı dinə mənim tək,
Dua et yalvar sən təkcə Allaha..
Şükür eylə səndə gözəl Allaha,
Qəlbini sən çalış bağla Allaha.
Hər qüssə dərdini söylə Allaha,
Dua et yalvar sən təkcə Allaha.