Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Pərvaz edir ürəklər - gülzari-Kərbəlayə,
Əhsən deyir mələklər - zəvvari Kərbəlayə.
Hər kəs edə ziyarət sultani-Kərbəlanı,
Guya edib ziyarət ərşində kibriyanı,
Səy elə vermə əldən - bu feyzi-cavidanı,
Tez gəl amandı, tez gəl didari-Kərbəlayə.
Hər feyzidən müqəddəm, hər fərzidən fərizə,
Yaz altıguşə qəbrə əşgilə ver ərizə,
Xaki-şəfanı İslam əşkinlə ver mərizə,
İxlasilə dəxil ol dərbari-Kərbəlayə.
Bu rahi-Kərbəladı, rəncü-bəlasız olmaz,
Eşqin yolu çətindi, qəmsiz nəvasız olmaz,
Tök göz yaşın camalə qədrü-bəhasız olmaz,
Göndər bu dürrü-əşki bazari-Kərbəlayə
Bir səs gəlir rəvaqdan vay oxlanan balam vay,
Dərya yanında ətşan gül tək solan balam vay,
Pərvanə tək əşrari şəmə yanan balam vay,
Seyd oldun ey qəzalım əşrari-Kərbəlayə.
Tufandı Neynəvada,cəm əyləşib cəm üstə,
Matəmdi mətəm üstə,hey qəm gəlir qəm üstə,
Səqqayi-Kərbəlanı tap nəhri-Əlqəm üstə,
Hər dərdin olsa söylə sərdari-Kərbəlayə.
Çıx təlli Zeynəb üstə bax qəmli xeyməgaha,
Zeynəb o təllin üstə çox qaçdı qətligaha,
Əl xəncərə atanda təsir edib sipaha,
Ağlaşdı qovmi-kafir qəmxari-Kərbəlayə.
Bilməm nə məhşər oldu əl xəncərə atanda,
Əllər yaralananda, məcər qana batanda,
Gün batdı Şümri-zalım amalına çatanda,
Ləşkər xəbər apardı bimari-Kərbəlayə.
Bir ömür səslənibsən ya Kərbəla, Kərimi,
Bu Kərbəla, bu sənsən, eylə nəva, Kərimi,
Əqvam və aşnayə eylə dua, Kərimi,
Birdə çətin düşər yol bazari-Kərbəlayə.
Olaydım o susuz yara əzadar.
Ağlayıb birgə deyəydik, bizədə şəfaət eylə,
O mübarək hərəmə bizi də zəvvarın eylə.
Bir duraydıq gözü yaşlı o Hüseyn qəbrinin üstə,
Sinəzənlərlə keçəydik o yolu dəstəbə-dəstə.
Mətləbin səndə yuvanma o Ağamdan özün istə,
De izzətin artır, bizədə kəramət eylə.
Hərəmi Həzrət Əlinin qapısında dayanaydıq,
O mübarək məzarın başına bahəm dolanaydıq.
Yəni pərvanə olub şəninə eşq ilə yanaydıq,
Öpərək qəbri deyəydik, bizədə məhəbbət eylə.
Ağamın olduğu yerdə dayanıb nohə deyəydik,
Ayağı dəydiyi yerlərdə düşüb bizdə gedəydik.
Eşq ilə dildə duayi Fərəcin zikrin edəydik,
Hamı fürsətdi deyəydi, odu gəl ibadət eylə.
İndi o ülvi məkanlardada tuğyan edir azğın,
Başı kəsməklə töküb qan, zülm ilə saldılar qırğın.
Qoyma ya Rəbb bu biyabanidə millət qala çaşqın,
Odu lütfü kərəminlə onları hidayət eylə.
Ola imkan gedə hər kəs bu biyabanə hər ildə,
Eşq ilə vursun o sinə girə meydanə hər ildə.
Gələ Zəhra deyər aşiq kimi mehmanə hər ildə,
Səndə bu cəmidə bahəm balamı ziyarət eylə.
QEYRƏT
Ya Əbəlfəz, Əlamdar Əbəlfəz
Ya Əbəlfəz, Əlamdar Əbəlfəz
Ya Əbəlfəz, Əlamdar Əbəlfəz
Ya Əbəlfəz, Əlamdar Əbəlfəz
Qeyrətliyə qeyrətsiz olanlar çəkər həsrət
Yaxşı nədi qeyrət, görəsən hardadı qeyrət
Qeyrət əgər olsaydı bir insan ki, vüsulət
Ayə bu ki, Qeyrətli Əlamdardı deyərdiz
İnsan necə gör insana oxşardı deyərdiz
Qeyrət dilə gəldi bu sözə söylədi şair
Tay tutma Əbəlfəzlə məni Allaha xatır
Mən kimdi Əbəlfəzdi deyəcəm sən elə təsvir
Bir dağdı Əbəlfəz Onu vermün mənə nisbət
Dağdan qoparılmış balaca zərrədi qeyrət
Tarix onu tərif eliyib öz kitabında
Alimləriviz qeyd eliyib yüz kitabında
İznim əgər olsaydı mənim söz kitabında
Allaha acıq getməsə bir kəlmə pozardım
Qeyrət sözünə xətt çəkib Əbbası yazardım.
Hər kim susuz olsa içəcək olsada damla
Hər yanı məəttəl qoyub Aşurada Səqqa
Doldurdu içə ovcuna su içmədi amma
Qeyrət dedi ki, iç döyüşə taqətin olsun
Əbbas dedi: Əsğərdən utan qeyrətin olsun
Sən boş-boş axırsan Fərata söylədi Səqqa
Birdən Məni Allah yaradaydi belə dərya
Bir yolla açıb xeyməyə sarı yeri məcna
Zəhra bağının Güllərin hər an sulayardım
Əksarda xəcalətdən ölərdim, quruyardım
Daha sən dərk elədin kimdi Əbəlfəz
Qeyrət Ona şagirddi müəllimdi Əbəlfəz
Allah dediyi hər sözə təslimdi Əbəlfəz
Allah sözünə hər kim olar qəlb ilə təslim
Qeytər Ona şagird olacaqdı o müəllim
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |