Namazdır cənnətin yolların açan,
Kafirdir bu yoldan bilərək qaçan,
Ilk öncə deyirsən bismillah,
Bu da deməkdir,ən böyük Allah.
Bəndənin Allaha borcu namazdır,
Bu borcu verənlər heyif ki,azdır,
Iqaməni deyib namaza başla,
Namazı qılıb şeytanı daşla.
5 namaz qıl Allaha inan,
Gününü keçirib eyləmə viran,
Namaz qıl uzat səcdəni,
Allah sevəcək həmin bəndəni.
Ən yaxın məqam Allaha səcdədir,
Gözündən yaş axır görəsən nədir?
Gözündən axan o nur damcısı,
Açacaq üzünə cənnət qapısı.
Allahla söhbət namazda başlar,
Insan erəfatda şeytana daşlar,
Mömini namaza çağırar azan,
Allahın varlıgı deyilir hər an.
ALLAHım mənə də cənnəti bəxş et,
Yaratdığın o gözəl nazı-neməti
Gəzib oraları könlüm açılsın,
Cismim hər tərəfdə nura saçılsın,
Bismillahla başlayıb Salamla bitir,
Bu sözlə özünü dərgaha yetir
Ey insan dua et denən Allahım.
Bu dünyada sənsən ümüd-pənahım.