Cümə günün duası
+5
Müəllif:
Şahin | 31-12-2013, 20:51 | Baxılıb: 2 576
''İlahi, Muhəmməd və onun soyuna salam yetir və mənim üçün kəramət
yatağı aç, rəhmətinə daxil et, öz cənnətinin qəlbində mənə yer ver, məni özündən
uzaqlaşdırmaqla xar etmə, günahlarıma görə əzab vermə, rəftarıma görə çətinliyə
salma, sirrimi aşkar etmə, elmimi ədalət tərəzisi ilə ölçmə, gizli xəbərlərimi
görənlərin gözləri önündə aşkar etmə, aşkar olduqda rüsvayçılığıma səbəb olacaq
şeyləri onlardan gizli saxla, məni hüzurunda xar edən şeyləri onlardan məxvi
saxla, razılığın sayəsində dərəcəmə şərəf bəxş et, əfvinlə ucalığımı kamilləşdir,
məni sağ tərəf sahiblərinin zümrəsinə daxil et, iman yollarına apar, nicat
tapanların sırasında qərar ver, salehlərin məclisini mənim səbəbimə abad et.
Duamı qəbul
et, ey aləmlərin Rəbbi."
bu duanı oxuyannan sora 100 dəfə salavat de
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.