Cümə gününün əməlləri
Cümə gününə məxsus müstəhəb əməllər çoxdur.Biz burada onlardan bə'zilərinə işarə edirik.
Aşağıdakı duanı çoxlu demək:
"Subhanəllahi vəllahu əkbər və lailahə illəllah"
سُبْحانَ اللهِ وَاللهُ اَكْبَرُ وَلا اِلـهَ إلاّ اللهُ
(Bə'zi rəvayətlərdə vardır ki, cümə günü heç olmasa yüz salavat göndərmək lazımdır.Lakin nə qədər çox olsa, bir o qədərdə yaxşıdır.
1.Cümə günü sübh namazının birinci rəkətində"Cümə" surəsini, ikinci rəkətində isə "Töhid" surəsini oxumaq;
2.Sübh azanından sonra bir söz danışmazdan əvvəl aşagıdakı duanı oxumaq:
Duanın oxunuşu
Allahummə ma qultu fi cumuəti hazihi min qəvlin əv hələftu fiha min həlfin əv nəzərtu fiha min nəzrin fəməşiyyətukə bəynə yədəy zalikə kullihi fəma şitə minhu ən yəkunə kanə və ma ləm təşə' minhu ləm yəkun. Allahumməgfirli və təcavəz ənni.Allahummə mən səlləytə ələyhi fəsələvati ələyhi və mən ləəntə fələ'nəti.
اَللّـهُمَّ ما قُلْتُ فى جُمُعَتى هذِهِ مِنْ قَوْل اَوْ حَلَفْتُ فيها مِنْ حَلْف اَوْ نَذَرْتُ فيها مِنْ نَذْر فَمَشِيَّتُكَ بَيْنَ يَدَيْ ذلِكَ كُلِّهِ فَما شِئْتَ مِنْهُ اَنْ يَكُونَ كانَ وَما لَمْ تَشَأْ مِنْهُ لَمْ يَكُن اَللّـهُمَّ اغْفرْ لى وَتَجاوَزْ عَنّى اَللّـهُمَّ مَنْ صَلَّيْتَ عَلَيْهِ فَصَلاتى عَلَيْهِ وَمَنْ لَعَنْتَ فَلَعْنَتي عَلَيْهِ .
3. Rəvayət olunmuşdur ki, cümə və başqa günlərdə, zöhr və sübh namazılarından sonra
"Allahummə səlli əla Muhəmmədin və ali Muhəmməd və əccil Fərəccəhum"
اَللّـهُمَّ صَلِّ عَلى مُحَمَّد وَآلِ مُحَمَّد وَعَجِّلْ فَرَجَهُمْ
deyən şəxs, Həzrəti Qaim əleyhissalamı görməyincə dünyadan getməz .Bu salavatı yüz dəfə oxuyarsa, Allah taala onun, 30-u bu dünyada 30-u isə axirətdə olan altımış hacətini müstəcab edər.
4. Sübh namazından sonra "Ərrəhman" surəsini oxuyub
فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ "fəbiəyyi alai rəbbikuma tukəzziban" cümləsindən sonra "la bişəy'in min alaikərəbbi ukəzzib" desin.
5. Şeyx Tusi buyurmuşdur: "Cümə günü sübh namazından sonra yüz dəfə "Töhid" surəsini oxuyub yüz dəfə Muhəmməd və Ali-Muhəmmədə salavat göndərmək , yüz dəfə istigfar etmək və "Hud","Kəhf","Saffat" və "Ərrəhman" surələrini oxumaq sünnətdir:
6. "Əhqaf" və "Mu'minin" surələrini oxumaq. Həzrət İmam Sadiq əleyhissalamdan nəql olunmuşdur ki, cümə axşamı və ya cümə günü "Əhqaf" surəsini oxuyan şəxs dünyada qorxmaz və qiyamətin böyük fəzəindən amanda qalar."Mu'minin"surəsini bütün cümə günlərində oxuyan şəxsin əməllərini Allah taala səadətlə başa catdırar və onun mənzili "Firdovsi ə'la'da peygəmbərlər və mürsəllərlə bir olar."
7. "Qul ya əyyuhəl kafirun" surəsini gün çıxmamışdan qabaq oxusun və dualarının qəbul olunması üçün on dəfə dua etsin.
Rəvayyət olunmuşdur ki, Həzrəti İmam Zeynülabidin cümə günü sübhdən günortaya qədər "Ayətəl-kürsü" nü, və namazdan sonra isə "İnna ənzəlna" surəsini oxuyurdu.
8. Cümə qüslü etmək. (Bu əməlin yerinə yetirilməsi çox tə'kid olunmuşdur.)
9. Dırnaqları tutmaq və bıgların uclarını düzəltmək;
(Bu əməli fəzilətli əməllərdən biri olub ruzinin çoxalmasına səbəb olur və növbəti həftənin cümə gününə qədər insanı günahlardan paklayır , dəlilik, xora və xəstəliklərinə düçar olmaqdan amanda saxlayır.
Bu əməlləri yerinə yetirərkən aşagıdakı duanı oxusun:
"Bismillahi və billahi və əla sünnəti Muhəmmədin (rəsulullahi səlləllahu ələyhi və alihi və səlləm) və ali Muhəmmədin."
بِسْمِ اللهِ وَبِاللهِ وِعلى سُنَّةِ مُحَمَّد وَآلِ مُحَمَّد
Dırnaqları tutarkən sol əlin balaca barmagından başlayıb sag əlin kiçig barmagında tamamlasın. Sonra onun qırıntılarını torpağa basdırsın.
10. Xoş ətirdən istifadə etsin və təmiz paltarlar geyinsin.
11. Sədəqə versin .Rəvayətlərə əsasən cümə axşamı və cümə günü verilən sədəqə sair günlərdə verilən sədəqənin min bərabəridir.
Rəvayətdə buyurulur:
"Dörd şey yaxşılıq xəzinəsindəndir: Öz hacətini,(ehtiyacını) verdiyi sədəqəni, dərdini və müsibətini (camaatdan) gizlin saxlamaq."
Rəvayətlərdən mə'lum olur ki, sədəqəni gizlində vermək, onu açıq aşkara verməkdən daha fəzilətlidir.
12. Öz ailəsinin cümə gününün gəlməsi münasibəti ilə şad olmaları üçün, onlara təzə meyvə, ət və s.kimi şeylər alsın.
13. Ac qarına nar yesin. Həzrəti İmam Musəbni Cə'fər əleyhissalamdan nəql olunmuşdur ki, hər kəs cümə günü sübh ac qarına nar yesə qəlbi 40 gün , iki dənə nar yesə ,80 gün, üç dənə nar yesə, yüz iyirmi gün nurani olar və şeytanın vəsvəsələrindən uzaq olar.Şeytanın vəsvəsələrindən uzaq olan şəxs Allaha mə'siyyət etməz, mə'siyət (günah) etməyən şəxs isə behiştə daxil olar.
14. Bu gündə dünya işlərini kənara qoyub , dini məsələləri öyrənməyə məşgul olsun.
15. Min dəfə salavat göndərsin.Həzrəti İmam Muhəmməd Baqir əleyhissalamdan nəql olunmuşdur ki, "Cümə günündə mənim üçün Muhəmməd və onun pak əhli-beytinə salavat göndərməkdən sevimli ibadət yoxdur."
Şeyx Abbas Qumi buyurur: "Əgər yüz dəfə salavat göndərməyə imkan olmasa , yüz dəfəni bir dəfəlik tərk etməsin, (bacardıgı qədər desin ) əgər bunu edərsə, qiyamətdə üzü nürani olar."
Başqa bir rəvayyətdə nəql olunmuşdur ki, zöhrlə əsr arasında Muhəmməd və ali-Muhəmmədə göndərilən salavat yetmiş həccə bərabərdir.
16. Həzrəti Peygənbəri və imamlar əleyhimussalam) ziyarət etmək;
17. Dünyadan köçənlərin, həmçinin ata ananın hər ikisini və ya onlardan birinin qəbirlərininin ziyarətinə getməyin çoxlu savabı vardır.Həzrəti İmam Baqir əleyhissalamdan belə nəql olunmuşdur: "Dünyadan köçənləri cümə günü ziyarət edin , onlar qəbirlərinin ziyarətinə gələn şəxsin kim oldugunu bilir və şad olurlar."
18. "Nüdbə" duasını oxumaq.
Kitabın adı: Məfatihul Cinan
Müəllif: Şeyx Abbas Qumi