Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
CÜMƏ NAMAZI
Müsəlmanların həftəlik ictimai mərasimləri arasında "cümə namazı” xüsusi yer tutur. Cümə namazı təkcə ibadət yox, həm də müsəlmanların vəhdət göstəricisi və İslamın əzəmətidir. Cümə namazı Qur’an ardıcıllarının agahlığını artırır və ibadi-siyasi namaz hesab olunur. Qur’ani-kərim cümə namazı haqda buyurur: "Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”
CÜMƏ NAMAZININ QAYDASI
Cümə namazı vacib olsa da, insan qeyb dövründə cümə namazı və ya günorta namazı qıla bilər.
Cümə namazı iki rəkətdir və hökmən camaatla birlikdə qılınmalıdır. Namazdan öncə iki xütbə oxunması vacibdir. Xütbə oxuyan şəxs təqvaya çağırışla yanaşı müsəlmanların ictimai-siyasi məsələlərini də açıqlamalıdır.
Cümə namazının vaxtı günortanın başlanğıcından azandan bir saat sonrayadəkdir. Bundan gec məsləhət görülmür.
Cümə namazının təşkil olması üçün ən azı beş nəfər lazımdır. İki cümə namazı arasında fasilə bir fərsəxdən az olmamalıdır. Cümə namazının xütbələrinə qulaq asmaq vacibdir. Üzr olmadan camaat namazında iştirak etməmək nifaq nişanəsidir. İmam-cümənin birinci rəkətdə həmddən sonra "Cümə” surəsini, ikinci rəkətdə "Munafiqun” surəsini oxuması daha yaxşıdır.
Allahın rəsulu (s) buyurur: "Allah "Cümə” surəsi ilə mö’minləri əziz etmişdir. Buna görə Peyğəmbər (s) müjdə olaraq cüməni sünnə etmiş və münafiqləri danlamaq üçün "Munafiqun” surəsini oxumağı lazımlı bilmişdir.”
CÜMƏ NAMAZININ ƏHƏMİYYƏTİ
Bu barədə bir çox hədislər nəql olunmuşdur. Lakin bütün hədislərə nəzər salmağa imkanımız yoxdur.
Allahın rəsulu (s) cümə namazını "fəqirlərin həcci” hesab edir və onu günahların bağışlanma səbəbi bilirdi.
Cümə namazı müsəlmanların qüdrət və vəhdətinin nümayişi, namaz qılan mö’minlərin və’dəgahı, görüş yeridir.
Allahın rəsulu (s) hicrətin əvvəlində Mədinəyə çatarkən xalq üçün birinci cümə namazını bərpa etdi. Bununla da belə bir əzəmətli və həyatverici yığıncağın əsasını qoydu.
Bu namazın siyasi yönümləri vardır. Xütbə oxuyan və ya imam-cümə, ya müsəlmanların hakimi, ya da hakimiyyət tərəfindən bu iş üçün seçilmiş şəxs olur. Bu siyasi ibadətin ictimai, tərbiyəvi, həyatverici tə’sirləri, bərəkətləri çoxdur. Bir neçə nümunəyə işarə edək:
1. Qardaşlıq ruhiyyəsinin güclənməsi
Hamı bir yerə yığışır, müxtəlif irqlər bir-birləri ilə yanaşı oturur. Cümə namazında müsəlmanların həftəlik izdihamı camaat namazından daha böyük olur.
2. İslam qüvvələrinin mütəşəkkilliyi
Bu ibadət müsəlmanları ibadət və namaz mehvərində bir növ birləşdirir, İslam düşmənlərinin qorxuya düşməsinə və təfriqə planlarının puça çıxmasına səbəb olur.
3. Müsəlmanların düşüncə və siyasi baxımdan inkişafı
Cümə namazı xütbələrindəki agahlıq verən nöqtələr insanları məmləkətin və dünyanın siyasi mənzərəsindən xəbərdar edir. İnsanlar öz ictimai vəzifələri ilə tanış olmaqla cəmiyyətin həyatında daha çox rol oynayırlar.
4. Birlik ruhiyyəsinin güclənməsi
Cümə namazında pərakəndə bəşər damlaları böyük bir okeana çevrilir. Hamı qarşılıqlı əlaqə və tanışlıqla ictimai ruhiyyə əldə edir və guşənişinlik unudulur.
5. Könüllü səfərbərlik mərkəzi
Cümə namazı xalqı könüllü şəkildə cihada, müdafiəyə, ictimai çətinliklərin həllinə, insanlara köməyə çağırış üçün ən münasib toplantıdır. Cümə namazında formalaşan bu əzəmətli xalq kütləsi daim diqqət mərkəzində olmuşdur. İslamın əvvəllərində Allahın rəsulu (s) və Əmirəl-mö’minin (ə) məscidlərdə, xütbələrdən sonra insanları könüllü şəkildə cəbhələrə göndərirdi.
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |