Rahatlıq imanlı insanlara məxsusdır
Halal yolla qazanıb, haramdan çəkinən kəs Allahın onun ruzisinə zamin olduğunu bilir, müamiləsində saxtakarlıq etmir, müştərini aldatmır. Amma haqq mizanına bağlı olmayan bədbəxt mədhiyyə deyir, rəqasslıq edir, min kələk gəlir ki, qarşısındakını aldatsın. Ətrafımızı öyrənib, maddi dünyada haqq mizanından uzaq olanları nəzərdən keçirsək, görərik ki, onların başqalarından heç bir üstünlükləri yoxdur. Rahatlıqdan danışsaq, o da imanlı insanlar üçündür.
Dünyapərəstlərin qazancı,faydası şübhələri
Dediyimiz kimi, haqq mizanı düşünənlər axirətdə xoşbəxt olmaları ilə yanaşı, dünyada da zərər etmirlər. Əgər dünyada bir fayda varsa, o da imanlılarındır. Əksinə, haqq mizanından sapanların axirət zərəri aşkardır. Onların dünyadakı qazancları da şübhəlidir (bəlkə də zərərdən başqa xeyirləri yoxdur). On manat hiyləylə qazanıb, bu on manatın da üstünə neçə qat qoyub həkimə, dərmana verir.
Ey rahatlıq istəyənlər, haqq mizanından sapmayın! Axı doğruluqdan, dügünlükdən kim ziyan görüb?! Al-verdə yalan danışmayan zərər edirmi?! Əgər belə deyilsə, nə üçün düzlükdən uzaq olaq?! Gəlin, heç zaman haqq mizanından əyilməyək. Haqq mizanı isə Əmirəl-mö᾽minindir. (Bir iş görəndə düşünək ki, Həzrəti Əli (əleyhissalam) bu işi görərdimi?)
Kitabın adı : Məad
Müəllif: Ayətullah Şəhid Əbdülhüseyn Dəstğeyb