Dil yarası
Az qalıbdı ki, Kərbəlada yetsin xətər Əbbasə,
Qan gözlərini tutmuş vermir xəbər Əbbasə.
Qollar qələm olmuşdu, qan gözlərə dolmuşdu,
Ağlardı məqam ilə şəmsu-qəmər Əbbasə.
Sağ getdi, kəsər getdi, sol getdi, sipər getdi,
Baş kasəsi olmuşdu tənha o sipər Əbbasə.
Dürd səmtidən bir ox dəydi, bir ah demədi vallah,
Dil yarəli oldi oxdan bətər Əbbasə.
Kəsdi qabağın nagəh bir huri qəbi-peykər,
Bir ahə namuradda saldı nəzər Əbbasə.
Səsləndi, Əli oğlu nə gəldi o qollara?
Bu söz yaralardan çox etdi əsər Əbbasə.
Nagəh o əmudahən gəzdi başın üstündə,
Can, can dedi Zəhradə vada gohər Əbbasə.
Zir üstə Əbəlfəzli sağ-sola tərpətdi,
Lay-lay çalırdı güya şuridə Əbbasə.
Bu vaqidə vallahi Zəhrayə giran gəldi,
Yer-göy hamı qan ağlar düşmən gülər Əbbasə.