Gedir bu gecə...
Dağıldı gülşən o gül bağban gedir bu gecə...
Yoruldu bülbül xoş nəğmə gedir bu gecə...
Hərə biriylə xudahafiz eyləyir amma
Hüseyn bəqiyə tərəf bağrı-qan edir gedir bu gecə...
Vətənnən əl çəkib amma bəqidən doymur
Tökür üzərinə əşki-rəvan gedir bu gecə...
Hüseyn bəqidə ağlayır hərəmlər evlərdə
Sipehrə züm-zümə əl-əman gedirbu gecə...
Gəlir vəli görək hər kim Əliylə Suğrani
Solan cəmala baxan nagiran gedir bu gecə...
Vəli onunda gözü Əkbərin daliyca baxır
Nişanı verib ki, o getdikcə can gedir bu gecə...
Ürəklənib dedim ki ey kaş getməyə əmməm
Dedilər cümlə bəlatu-zəlan gedir bu gecə...
Dedi deyin babama Əkbərim vətənimdə qala
Dedilər, Leyliyə ruhi-rəvan gedir bu gecə...
Dedi qoyun əmim Əbbasi şəhri-nəssibdə
Dedilər xeymələrə pasiban gedir bu gecə...
Dedi Səkinə mənim xatirimi çox istər
Dedilər zənbi şəbi-karivan gedir bu gecə...
Dedi Ruqəyyəni göz üstə saxlaram qalsa
Dedilər Əsğərə lay-lay çalan gedir bu gecə