Salam qumların üstündə xəstə can ağama,
Salam isti qumu qan ilə isladan ağama.
Salam şimrin əlində qalan yaralı başa,
O halda xeymələrə nagiran baxan ağama.
Salam olar ağamın qorxuşan balalarına,
Gecə o xeymə dalında tikan yola ağama.
Salam olar bu yol üstündə əyləşən balaya,
Xiyami tənlər arasında o ağlayan anama.
Zeynəb yana-yana deyərdi: Hüseyn,
Susuz dodaqlarının pəndinə bacın qurban.
Ürəyinin qırılan bəndinə bacın qurban,
Hüseyn kənari-nəhridə sərdarinə bacın qurban.
Əbadə yaraəli dildarinə bacın qurban,
Bizi gözdən atdın, özün qanə batdın.
Çuxur yerdə yatdın, vəfali qardaş,
Kəsilibdir çarəm bu çöldə bir yarəm.
Səsimə bir səs ver vəfalı qardaş,
Bələyib əla-qanə yıxıb qan meydanə.
Səni bu səhradə sitəmlərin var,
Dağılın icladın yaralı sinən tək.
Qalıb gün altında vücudun üryan,
Batıb ay məqribdə vurub epor qəmdə.
Madare-matəmdə qalıb ulduzlar,
Ərəyirlər qəmdən necə zərlə zərrə.
Gün altında qalsa ərirlər buzlar,
Dolanırlar veylan qalıblar sərgərdan.
Nələr ahular tək mələklər qızlar,
O mücəllə xeymə elə halə qalmış
Gedib daxi əl-qəm cəlali qardaş.