Tufan
Bütün
yer üzündə bulaqlar qaynadı. Çöl və dağlıqlarda yağışların yağıntısı gücləndi.
Möhkəm küləklər əsirdi. İldırımlar səmada parlayırdılar. Buludların gurultu səsləri
hər yeri bürümüşdü. Yer fəvvarə kimi fantan vuran bulaqlara bənzəyirdi. Göydən
yağış sel kimi axırdı. Bütün heyvan və quşlar gəmiyə mindilər. Mö`minlər orta mərtəbədə
durub, pəncərələrdən qəribə və dəhşətli tufana tamaşa edirdilər. Dağların
başından sular axırdı. Çöl və səhralar su gölməçələrinə çevrilmişdi.
Yağış
çox qəribə bir güclə yağırdı və möhkəm küləklər əsirdi. Bütpərəstlər şəhərdən
qaçdılar. Onlar dağlara tərəf çəkildilər və hələ də Nuhun (ə) sözlərinə
inanmırdılar.
Kitabın adı: Peyğəmbərlərin həyatı
Müəllif: Seyyid Kamal
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.