Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Ata və anamız Adəm və Həvva
«İlahi! Məhəmməd (s) və onun ailəsinə və bizim ata-anamız olan Adəm və Həvvaya salavat və salam göndər!»
Fatimeyi-Zəhra (s)
Allah-təala milyon illər bundan əvvəl dünyanı, ulduzları və göyləri yaratdı; mələkləri nurdan, cinləri isə oddan xəlq etdi. Yer bu vəziyyətdə deyildi. Dənizlər onu bürümüşdü. Dalğalar çırpınır, güclü küləklər əsir, vulkanlar püskürürdü. Böyük səma daşları və kometalar yeri həmişə hücuma məruz qoyurdu. Yerdə heç cür həyat nişanəsi yox idi; nə dənizlərdə nə də quruda yaşayış əlaməti hiss olunmurdu. Milyonlarla il öncə dənizdə kiçik balıqlar göründü. Yerdə azca otlar əmələ gəldi. Sonra həyat get-gedə kamilləşdi, yerdə müxtəlif növlü sürünənlər və dinozavr kimi heyvanlar peyda oldular. Buz qatları yeri örtmüşdü. Bitki və heyvanlar tələf olur, onların yerinə yeni məxluqlar yaranırdı. Bəzən buzlar əriyir və yenidən canlanma başlayırdı. Həmin zamanlarda yerin heç vaxt vulkan, zəlzələ, güclü tufan və möhkəm dalğalar əlindən rahatlığı yox idi. Hələ buzlar əriməmişdi. O uzaq keçmişlərdə Allah-təala yerin hündürlüklərindən, düzənliklərindən, şoranlıqlarından və məhsuldar yerlərindən bir torpaq seçdi. Bu torpaq su ilə qarışdı və yapışqan palçıq formasına düşdü. Beləcə Allah o palçıqdan insana bənzər bir mövcud yaratdı; bir baş, iki göz, iki qulaq, iki əl, iki ayaq, bir burun, ürək və sinəli bir varlıq. Palçığın suyu buxarlandı və insanın qəlibi daş kimi bərkidi. Külək əsdikcə ondan eşidilən səslər onun möhkəmlənməsindən xəbər verirdi. Allahdan başqa heç kimin xəbərdar olmadığı bu heykəl uzun müddət həmin formada eləcə yuxuda idi.
Kitabın adı: Peyğəmbərlərin həyatı
Müəllif: Seyyid Kamal
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |