Bağlanmış insanın açılması üçün dua
Ərəbcə
وَ مِنْ آيَاتِهِ اَنْ جَعَلَ لَكُمْ مِنْ اَنْفُسِكُمْ اَزْوَاجاً لِتَسْكُنُوا اِلَيْهَا، وَ جَعَلَ بَيْنَكُمْ مَوَدَّةً وَ رَحْمَةً، اِنَّ في ذلِكَ لاَيَاتٍ لِقَوْمٍ يَتَفَكَّروُنَ، ثُمَّ ادْخُلُوا عَلَيْهِمُ الْبَابَ فَاِذَا دَخَلْتُمُوهُ فَاِنَّكُمْ غَالِبُونَ، فَفَتَحْنَا اَبْوَابَ السَّمَاءِ بِمَاءٍ مُنْهَمِرٍ، وَ فَجَّرْنَا الاَرْضَ عُيُوناً فَالْتَقَي الْمَاءُ عَلَى اَمْرٍ قَدْ قُدِرَ، رَبِّ اشْرَحْ لي صَدْري وَ يَسِّرْ لي اَمْري، وَ احْلُلْ عُقْدَةً مِنْ لِسَاني يَفْقَهُوا قَوْلي، وَ تَرَكْنَا بَعْضَهُمْ يَوْمَئِذٍ يَمُوجُ في بَعْضٍ، وَ نُفِخَ فِي الصُّورِ، فَجَمَعْنَاهُمْ جَمْعاً كذلك حَلَلْتُ فُلانَ بْنِ فُلانٍ عَنْ بِنْتِ فُلانَةٍ، لَقَدْ جَائَكُمْ رَسُولٌ مِنْ اَنْفُسِكُمْ عَزيزٌ عَلَيْهِ مَا عَنِتُّمْ، حَريصٌ عَلَيْكُمْ، بِالْمُؤْمِنينَ رَؤُفٌ رَحيمٌ، فَاِنْ تَوَلَّوْا فَقُلْ حَسْبِيَ اللهُ لا اِلَهَ اِلاََّ هُوَ، عَلَيْهِ تَوَكَّلْتُ وَ هُوَ رَبُ الْعَرْشِ الْعَظيمِ
Oxunuşu
Və min ayatihi ən cəələ ləkum min ənfusikum əzvacən litəskunu iləyha, və cəələ bəy-nəkum məvəddətən və rəhməh, innə fi zalikə ləayatin liqəvmin yətəfəkkərun, summədxulu ələyhimul babə fəiza dəxəltu-muhu fəinnəkum ğalibun, fəfə-təhna əbvabəs səmai bimain munhəmir, və fəccərnəl ərzə uyunən fəltəqəl mau əla əmrin qəd qudir, rəbbişrəh li sədri və yəssirli əmri vəhlul uqdətən min lisani yəfqəhu qəvli, və tərəkna bə`zuhum yəvməizin yəmucu fi bə`z, və nufixə fis suri fəcəmə`nahum cəm`a, kə-zalikə hələltu fulanəbnə fulan ən binti fulanəh, ləqəd caəkum rəsulun min ənfusikum əzizun ələhyi ma ənittum, hərisun ələykum bil mu`mininə rəufun rəhim, fəin təvəlləv fəqul həsbi-yəllahu la ilahə illa hu, ələyhi təvəkkəltu və huvə rəbbul ərşul əzim.
Tərcüməsi
"Fəth” surəsini əvvəlindən "mustəqima” ayəsinə qədər, "Nəsr” surəsini, eləcə də aşağıdakı ayələri yazsın:
"Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!” Sonra "Onların üstünə (qəflətən) qapıdan (yaşadıqları şəhərin qapısından) girin. Əgər (qapıdan) girsəniz, onlara mütləq qələbə çalarsanız.” "Biz göyün qapılarını sel kimi axan bir yağışla açdıq. Yeri yarıb (oradan) bulaqlar qaynatdıq. Nəhayət, (göydən axan və yerdən qaynayan) sular (lövhi-məhfuzda) əzəldən müəyyən edilmiş bir iş üçün (tufan məqsədilə) bir-birinə qovuşdu.” "Ey Rəbbim, köksümü açıb genişlət, işimi yüngülləşdir, dilimdəki düyünü aç ki, sözümü yaxşı anlasınlar!” "O gün (həddindən artıq çox olduqlarına görə) onları (yaxud bütün insanları başlı-başına) buraxarıq. Belə ki, onlar dalğalar kimi bir-birinə qarışarlar (heyrət onları bürüyər, özlərini itirib nə etdiklərini bilməzlər). Sur çalınan kimi onların (məxluqatın) hamısını bir yerə cəm edərik.” Beləcə, filankəs oğlu filankəsi də filankəsin qızından açdım. "(Ey ümmətim!) Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə (məşəqqətə) düşməyiniz ona ağır gəlir, o, sizdən (sizin iman gətirməyinizdən) ötrü təşnədir, möminlərlə şəfqətli, mərhəmətlidir! (Ey Peyğəmbərim!) Əgər onlar (sənə iman gətirməkdən, əmrlərinə itaət etməkdən) üz döndərsələr, de: "Mənə təkcə Allah yetər. Ondan başqa heç bir tanrı yoxdur. Mən Ona təvəkkül etdim. O, böyük ərşin sahibidir!”
Bu yazdıqların hamısını öz üstündə saxlasın.
Bu məsələ ilə əlaqədar "Tibbul-əimmə” kitabında həzrət Musa ibni Cəfərdən (ə) bir dua nəql olunmuşdur ki, o həzrət bu duanı İshaq Səhhafa öyrətmişdi. Duanın həcmi çox olduğu üçün, onu burada qeyd etmədik.
Kitabın adı: Məfatihul Cinan