» » Eşq qurbangahı


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Eşq qurbangahı
    +5
    Müəllif: Fatimə Nuri Xuda | 12-10-2017, 15:00 | Baxılıb: 1 529
     
     
    Eşq qurbangahı
     
    السلام عليك وعلى الارواح التى حلت بفنائك
    Bəlkə də heç bir əsrdə və heç bir zaman, gecə o qədər ağır bir gecə olmamışdı. Sanki ağırlığı çiyinlərində hiss edirdi. Addımlarını güclə atırdı. Özünü aydın gündüzə çıxarmağa heç də meyli yox idi. Çünki Peyğəmbərin(s) əhli-beyti(ə), Peyğəmbər(s) ümmətindən yalnız o gecəni möhlət istəmişdi. Odur ki, o, istəyirdi ki, səhər açılmasın və bu yolla da həmişəlik olaraq Rəsulullahın(s) itrətinə öz parlaqlığı ilə sığınacaq və pənah olsun.
    Gündüz özü də qabaqcadan xəcalət çəkərək fikrə qərq olmuşdu ki, kaş yaradılmayaydım. Yaranandan bəri daim çalışırdı ki, hər səhər öz parlaq nurunu dünya səhrasına saçaraq qaranlıqları aydınlaşdırsın. Amma indi nəinki o, eləcə də bütün səma mələkləri cərgəyə düzülüb baxırlar ki, həqiqi nur gecənin qaranlığında raz-niyazla məşğuldur və yaradanın qarşısında üzünü torpağa qoyub təhəccüdə oturmuşdur. Buna görə də gün öz gəlişi ilə nəinki bu əzəməti o varlıqdan alacaq, hətta özü də əbədi nifrin qazanacaqdır.
    هذا يوم فرحت به آل زياد و آل مروان
    Gecənin üzündən qara rəng getməklə istər-istəməz Aşura cüməsinin dan yeri ağardı. Şəhadət bağçasının gülləri öz axırıncı sübh namazını qılmaq üçün İmamın(ə) arxasında cərgəyə durdular. Sanki   bütün insanlar şəhidlər ağasının yaradan qarşısında əzəmətli namazda ərz etdiyi
    إِيَّاكَ نَعْبُدُ وإِيَّاكَ نَسْتَعِينُ
    kəlməsinə tamaşaya durmuşdular.
    Namazdan sonra İmam(ə) qoşunu nizamlamağa başladı. Bu, zahirən az olan qoşun batində o qədər qüvvətli və möhkəm idi və məna aləmində o qədər qüdrətli idi ki, əbədiyyət tarixində həmişəlik olaraq Məhəmmədin(s) dinini qoruyub saxlayacaqdır.
    Qoşunun sağ cinahını Züheyr ibn Qeynə, sol cinahını isə Həbib ibn Məzahirə tapşırdı. Mərkəz xəttini qardaşı Abbas ibn Əliyə tapşırdı və göstəriş verdi ki, Aşura axşamı çadırların içindəki qamış və oduna od vursunlar ki, arxadan edilən hücumun qarşısı alınsın.
    Sonra, İmam(ə) Rəsulullahın(s) əmmaməsini başına qoyub, əbasını geyinərək dəvəyə mindi ki, əvvəla hündürdə olsun və qoy hamı onu görsün. İkincisi, bilsinlər ki, onun məqsədi müharibə etmək deyildir və üçüncüsü isə məqsədi bu idi ki, müharibə başlanmamış özünü bu xalqa əvvəlkindən daha artıq tanıtsın. Daxilən təmiz olanlar ayılsınlar və qəlbi kor olanların sabah qiyamət günü bəhanələri olmasın ki, görmədik, tanımadıq və baş verməli olmayanlar baş verdi.
    Bir qədər əvvəl qeyd etdik ki, əgər dinlə siyasətin arasında bir sərhəd olarsa, düz bu nöqtədəgizlənmişdir. Peyğəmbər(s) balasının mehriban ürəyi bu aldanmış camaatın məhəbbəti ilə döyünür və ürəyi yanan bir ata kimi onların yolu azmalarından, hökumət aparatının axmaq həvəslərinin əsirinə çevrildiklərindən əziyyət çəkirdi. Onlara nəsihət verərək, özünə tərəf çağırır, dəvət edirdi. Say və hesabdan söz getmir, əgər belə olsaydı, onda Zübalə məntəqəsində öz tərəfdarlarına «qayıdın» deməzdi. Deməli, o, müdafiə və bu cazibənin məqsədi yalnız saflaşdırmaq idi. Səlahiyyəti olmayanlar Məkkədən onlarla birlikdə olmalarına baxmayaraq, dəf edilməli, səlahiyyəti olmayanlar isə indi 12000 nəfər aldadılmışların arasında olsalar da, cəlb olunmalıdırlar.
    Qoşun başçıları rüsvayçılıq qorxusundan adamlar İmamın(ə) səsini eşitməsinlər deyə, qışqıraraq əmr etdilər ki, səs-küy yaratsınlar. İmam(ə) o qədər səbir edərək dayandı ki, səs-küy salanlar yorulub əldən düşdülər. Sonra öz tarixi nitqini (şəhadəteyni) etdikdən sonra belə dedi:
    بِسْمِ اللّهِ الرَّحْمـَنِ الرَّحِيمِ ايها الناس اسمعوا قولى و لا تجعلوا حتى اعظكم حق لكم على ...
    - Camaat, sözlərimi eşidin, mənimlə döyüşə tələsməyin, qoyun sizə layiq olduğunuz nəsihəti verim və sizə tərəf gəlməyimin əsas səbəbini açıqlayım. Əgər insaf edib sözlərimə qulaq assanız, səadətə çatacaqsınız və mənimlə müharibə etməyə heç bir sübutunuz yoxdur. Əgər qəbul etməsəniz və insaf etməsəniz, onda siz və əhd-peyman bağladıqlarınız əlbir olub mənim barəmdə nə istəsəniz edin.
    Sonra buyurdu: Camaat, mənim kim olduğumu yadınıza salın. Özünüzə müraciət edib, özünüzdən soruşun   və görün ki, məni öldürmək, hörmətimi sındırmaq sizə layiqdirmi? Məgər mən sizin Peyğəmbərinizin(s) qızının, onun əmisi oğlu, vəsisi ilk iman gətirən və Rəsulullahı(s) və onun gətirdiyini təsdiq edənin oğlu deyiləmmi? Məgər şəhidlər ağası Həmzə atamın əmisi deyilmi? Məgər cənnətdə iki qanadla pərvaz edən Cəfər Təyyar mənim əmim deyilmi? Məgər öz aranızda məşhur olan Rəsulullahın(s) mənim və qardaşım barədə buyurduğu «Bunlar cənnət cavanlarının ağasıdırlar» kəlamını eşitməmisinizmi? Mənim bu sözümün həqiqət olduğunu təsdiqləyərsiniz ki, «Allah yalançılarla düşməndir və yalançılar ziyandadırlar» - kəlamını eşidən vaxtdan   əsla yalan danışmamışam. Əgər sözümü təsdiqləməsəniz, onda hələ də sizin aranızda bir sıra adamlar vardır ki, soruşsanız, onlar sizə xəbər verərlər. Cabir ibn Abdulla Ənsaridən və ya Əbu Səid Xidridən, ya Səhl ibn Səd Saididən, ya Zeyd ibn Ərqəmdən, ya Ənəs ibn Malikdən soruşun. Görəsən, təkcə bu hədis kifayət deyilmi ki, sizin mənim qanımı tökməkdən saxlasın?
    Bu çox təəccüblüdür ki, görəsən nə üçün İmam(ə) öz tarixi xütbəsində hər şeydən əvvəl şəhadəteyni dilinə gətirdi. Fəlsəfi və elmi bəhslər olan vilayət və vəsayət bəhslərinin dəlilləri əvəzinə, çox aydın və sadə dildə özünü tanıtmağa başladı.
    Məgər o, Peyğəmbər(s) balası deyilmi, vəhy onların evində nazil olmayıbmı, atası Peyğəmbərin(s) çağırışına «ləbbeyk» deyən ilk şəxs olmayıbmı, anası Fatiməni Peyğəmbər(s) öz nənəsinin ləqəbi ilə iftixarlandırmayıbmı. O və qardaşı Həsəni(ə) Rəsulullah(s) «cənnət cavanlarının ağası» kimi tanıtdırmayıbmı? İndi görəsən onun müsəlman olmasında bir şəkk-şübhə yaranmışdı ki, zülm və fəsad əhlinin qarşısında nitqini hər şeydən əvvəl kəlmeyi-şəhadətlə başlayır?
    Tarix öz bütün çatışmazlığı ilə yanaşı, bu bir həqiqəti də öz sinəsinə yaxşı həkk etmiş və bizə çatdırmışdır. Bilin ki, hər hansı bir zamanda, hər hansı bir məkanda, şeytan tərəfdarları Allah tərəfdarlarına qarşı qiyam etmək istəmişlərsə, hər vaxt allahsızlar haqq yolu göstərən imamları məhv etmək istəmişsə, hər vaxt bir batil haqqı aradan qaldırmaq istəmişsə və nəhayət, hər vaxt bir Allah dostunu öldürmək istəmişlərsə, o zaman onları camaatla üz-üzə, göz-gözə danışaraq etməmiş, həmişə xalqı axmaq yerinə qoyub, onları aldadaraq bu işləri görmüşlər.
    İbrahimi yandırılmağa məhkum edərək camaata dedilər ki, o, sizin ata-babalarınızın Allahlarını inkar edir. Musa hələ Turi Sinadan qayıtmamışdı ki, xalqı aldadaraq, Musanın Allahının yerinə, onları Samirinin çəpişinə pərəstiş etməyə vadar etdilər. Yəhyanı dinsizlikdə ittiham edib başını kəsdilər. Salehin dəvəsini Səmud qövmünün batil meyillərini üzə çıxartdıqlarına görə öldürdülər. İsanı Bəni İsrailin etiqadlarını qəbul etməməsinə görə yəhudi xaxamları kafirlik üstündə çarmıxa çəkmək istədilər. Nəhayət, vəhy xəbərini söndürməyi qərara aldıqları gün dedilər ki,
    كفانا كتاب الله !!!
    «Allahın kitabı bizə bəsdir».
    İndi, hicrətin 61-ci ilinin Aşura günüdür. Allahın seçdiyi Adəmin Allahın nəbisi Nuhun, İbrahimin, Xəlilullahın, Musa Kəlimullahın, İsa Ruhullahın və Məhəmməd(s) Rəsulullahın varisi olan   Hüseyn, yəni bütün ilahi peyğəmbərlərin nümayəndəsi (Böyük və şəriət gətirən peyğəmbərlər beş nəfərdir, qalan peyğəmbərlər isə onların gətirdiyi şəriətə rəvac verənlərdir). İndi Kərbəla çölündə, dəvə belində şəhadət verir ki, mən müsəlmanam. Nə üçün? Ona görə ki, şayiə yaymışlar ki, o, xaricidir. Yəni o, özünü müsəlman cəmiyyətindən kənarlaşdırmış və Məhəmmədin(s) dininin əleyhinə qiyam qaldırmışdır. Müsəlman cəmiyyətinin birlik və vəhdət sıralarında yarıq əmələ gətirmişdir. Bu şayiəni hökumətin rəsmi qazısı da təsdiqləyərək, fitva vermişdi ki, «Hüseyn xaricidir və qanı hədərdir!!»
    Buna görə də o, tarix məhkəməsi qarşısında öz müdafiəsinə çalışaraq deyirdi: «Məni öldürməyə tələsməyin. Çünki mən sizin Peyğəmbərinizin(s) qızının oğlu olmaqdan əlavə, sizdən heç bir kəsi öldürməmişəm, malınızı tələf etməmişəm, siz özünüz məni dəvət etmisiniz. İndi əgər sizdən soruşulsa ki, mən dində bir bidət qoymuşammı və ya Məhəmmədin(ə) dinini qorumaqda bir səhvə yol vermişəmmi?   Nə cavab verəcəksiniz?
    Doktor Şəhidinin dediyinə əsasən, İmam(ə) şübhəsiz ki, bu sözləri düşmən çəngindən azad olmaq üçün və ya öldürülmək qorxusundan deməmişdir. O, əgər belə bir şey istəsəydi, bir neçə gün qabaq daha yaxşı imkan var idi. Xəstə olmayan və düzgün qavrama qabiliyyəti olan hər bir kəs bu sözlərdəki xeyirxahlığı, insansevərliyi və sülhsevərliyi çox gözəl hiss etməlidir. Bu, tarixdə belə bir şəraitdə deyilən bir neçə nitqdən biridir. Bu, ilahi adamların sözləridir. Bu, yatmış vicdanları oyatmağı özünə vəzifə, borc hesab edənlərin sözləridir. Bu, özünü bir neçə cahilin alovlandığı qəzəb və şəhvət tuğyanının alovları arasına atıb, oradan heç olmasa bir-iki nəfəri xilas etməyi fikirləşənlərin sözləridir.
    Bu xütbəni bir daha oxuyun. Onda heç bir söz düzümü, bəyan sənətkarlığı işlədilməmişdir. Natiq burada məntiqi dəlillərə diqqət etməmişdir. Çox sadə və hamının anladığı, lakin özünü ondan xəbərsiz kimi göstərənləri də əhatə edən bir bəyanatdır. Elə bil danışıqdır ki, orada olan ən sadə və avam adam da onun dərinliyini başa düşər: «Camaat, mən sizin xeyirxahınızam. Mən ayrı-seçkilik salmaq üçün gəlməmişəm. Hamınız məni tanıyırsınız və bilirsiniz ki, mən yalan danışan deyiləm. Niyə məni öldürmək istəyirsiniz? Kim sizə bu haqqı vermişdir?»
    Burada fitnəkarlar və müharibə istəyənlər qorxuya düşdülər ki, birdən bu sözlər camaatın daş qəlbinə təsir edər və qorxdular ki, döyüşçülər, yaxud onlardan bir dəstə birdən İmamın(ə) sözlərinin təsiri altına düşər və onda onlar istədiklərinə (fitnə salmağa) nail ola bilməzlər. Odur ki, həmin alçaq xislətli, qanasusamış namərdlərdən biri dedi: «Allaha batil pərəstiş edim, əgər nə dediyini başa düşdümsə». Bu sözü elə bir adam dedi ki, ömrü boyu Allaha nə haqq, nə də batil yolla pərəstiş etməmişdir. Onun əsla Allahla işi yox idi. Biz bu adamın həyatına Kufədə özünü Əliyə(ə) bağlayan gündən indi Əlinin(ə) oğlunu öldürmək istədiyi günədək yaxşı bələdik. Bu şəxs Şimri ibn Zilcouşəndir.
    O, insanların əziyyətindən ləzzət alan yırtıcılardandır. Onlar təqvalı bir adamın ömür çırağını öz əlləri ilə söndürdükləri zaman sevinirlər. Təəssüflər, belələri tarix boyu heç də az olmamışdır.
    Şimrin sərxoş nərəsi düşmən ordusunun səs-küyünün Kərbəla səhrasını doldurmasına səbəb oldu. İmamın(ə) məqsədi bu idi ki, son bəyanatla höccəti onlara tamamlasın. Odur ki, səbir edib gözlədi. Nəhayət, yenidən düşmən ordusu bir-birini danlayaraq sükut etdilər. İmam(ə) buyurdu:
    تباًلكم ايتها الجماعة و ترحاً ...
    - Ay camaat, ar olsun sizə ki, məni öz tərəfinizə çağırdınız. Sizin istək və çağırışınız qəbul edib tərəfinizə gəldikdə üzümə qılınc çəkdiniz, bizim və sizin düşmənlərimizin yandırdığı fitnə odunu alovlandırdınız, öz rəhbər və   dostlarınızın ziddinə ayağa qalxıb, düşmənlərinizə kömək etməyə hazırlaşdınız. Bütün bunları düşmən ədalətli bir addım atmadan və sizin hər hansı bir arzunuzu yerinə yetirmədən etdiniz. Yalnız payınıza düşən dünyanın haramı və ürək bağladığınız alçaq, zillətli bir həyatı istisna etməklə, heç bir arzuya çatmadan etdiniz...
    Məhv olun, ey kəniz qulları, əhzabdan qalanlar, küfr və fəsad, Quranı atıb şeytanı tutanlar, günahsevərlər və Allah kitabını təhrif edənlər, sünnəni söndürənlər, Peyğəmbər(s) canişinləri və övladlarının qatilləri, atalarını tanımayan natəmizlər, möminlərə əziyyət verənlər, dini oyuncağa çevirən və Quranı parçalayan batil rəhbərlərin sadiq köməkçiləri. Ey döyüş qızışdırıcıları, bu gün iş o yerə gəlib çatmışdır ki, bizim düşmənlərimizə kömək edir, bizə kömək etməkdən boyun qaçırırsınız?
    Niyə belə edirsiniz? Allaha and olsun ki, sizin vəfasızlığınız məşhur olacaqdır. Sizin varlığınızın bünövrəsi möhkəm vəfasızlıq üzərində qurulmuş, canınızın fidanları o vəfasızlıqdan su içmiş, qəlbiniz onunla uyğunlaşmış, sinələriniz vəfasızlıqla sakitləşmişdir. Siz bir ağacın elə ən acı meyvəsisiniz ki, bağban onu ağzına qoymaq istəsə, boğazını tutur, oğru onu yemək istədikdə isə ona yaxşı tamlı olursunuz. Bilin ki, Allah əhd-peyman bağlayandan sonra o peymanı pozanlara lənət edəcəkdir. Siz öz əhd-peymanınıza Allahı şahid tutdunuz, halbuki zülmkarsınız.
    الا وان الدعى ابن الدعى قد ركزنى بين اثنتين بين اثنتين بين السلة و هيهات مناً الذلة
    Agah olun, zinadan əmələ gəlmişin biri məni iki işə məcbur etmişdir: Qılınc çəkmək, ya da xar olmaq. Amma xar olmaq bizdən çox uzaqdır. Allah və onun Rəsulu(s) bunu bizim üçün bəyənmirlər. Bizi bəsləyən mömin və paklar ona razılıq   verməzlər. Alçaqlara itaət edib onlara qulluq göstərmək o qədər dəyərli deyildir ki, buna görə mərd adamlarla torpağa düşməkdən vaz keçəsən. Bu mərd adamların torpağa düşməsinin hansı gözəlliyi və savabı yoxdur ki, ondan keçmək mümkün olsun? Nakəslərə itaət etməyin nə dəyəri vardır ki, ondan vaz keçmək mümkün olmasın? Bilin ki, höccəti sizə tamamladım. Üzr yolunu sizin üzünüzə bağladım. İşinizin aqibətindən sizi qorxutdum. İndi ki, tərəfdarlarım məni atmışlar, mən ailəmdən olan az adamla sizinlə döyüşəcəyəm».
    Nəhayət, olmalı olmayan iş oldu. Yaxud da olmalı olan iş başlandı. Quranın yarım əsr öncə xəbər verdiyi bir səhnə yarandı: «Əgər Məhəmməd ölsə, ya öldürülsə, siz keçmişə qayıdacaqsınız? Əgər belə etsəniz, Allaha heç bir zərər dəyməz». («Al-İmran» surəsi, ayə 144) Bu camaat 50 ildən sonra öz əvvəlki hallarına-cahilliyə qayıtdılar. Bu, elə bir həyatdır ki, qəzəb və şəhvətdən başqa bir rəhbəri yoxdur.
    Ömər ibn Səd ordunu nizama salmaq üçün döyüş bayrağını öz qulamı Züveydə tapşırdı və özü bir oxu kamana qoyub İmamın(ə) tərəfdarlarına tərəf atdı və uca səslə dedi: «Siz şahid olun və əmirin yanında şəhadət verin ki, onlara tərəf ilk ox atan mən olmuşam». Sonra hər tərəfdən oxlar yağış kimi vilayət həriminin müdafiəçilərinə tərəf uçmağa başladı... Bir neçə saatdan sonra düşmən çadırları qarət etmək üçün Həzrətin(ə) yasaq olan otaqlarına tərəf yürüş edərkən müqəddəs bədəni başdan ayağadək qana bulaşmış İmam(ə) fəryad qopararaq dedi:
    ويلكم يا شيعة آل أبى سفيان ان لم يكن لكم دين و كنتم لا تخافون يوم المعاد
    فكونو احراراًفى دنياكم
    «Vay olsun sizə, ey Əbu Süfyan ailəsinə tabe olanlar. Əgər sizin dininiz yoxdursa və qiyamət günündən qorxmursunuzsa, heç olmasa öz dünyamızda azad olun».
     
     
    Kitabın adı: Qədir günündən Aşurayadək
    Müəllif: Seyid Kazim Pərpənçi
     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.