Әməl naməsini görən zamandakı şiddətli narahatlıq
Bə᾽ziləri öz əməl namələrini gördükdə bədəninin bəndləri (oynaqları) bir-birindən qopar, gözlərindən çirk və qan tökülər. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) rəvayətinə görə, nida yetişər ki, məgər namənizdə, etmədiyiniz əməlləri görürsünüz? Ərz edərlər: "Pərvərdigara, yox, hamısı doğrudur.” Sonra başlarını aşağı salarlar.
Dərhal və ya min il gözləmə
Qiyamətdə insan bir andaca bütün dünya əməllərini xatırlayar, görər. Qəribə aləmdir, hər kəsin əməllərinin hesabı özünə aydındır. Bə᾽zilərinin hesabı bir göz qırpımı çəkir. Bunlar salehlərdir. Bə᾽zilərinin də hesab verməsi min il uzanır. Əlbəttə, Allah üçün hesablamaq vaxt aparmaz. Məqsəd həmin adamların sərgərdançılıq və əziyyətdə qalmasıdır. Bə᾽ziləri üçün bu məəttəlçilik (gözləmə) bir qoyunun sağılması qədər, bə᾽ziləri üçün zöhrdən əsrədək bir müddət, bə᾽ziləri üçün 40 il, min il və ya 50 min il!
Kitabın adı: Məad
Müəllif: Ayətullah Şəhid Əbdülhüseyn Dəstğeyb