Alovu üfürməkdə yazılır
Rəvayətlərdən belə anlaşılır ki, hər kəsin iki kitabı (dəftəri, naməsi) vardır-savab kitabı və günah kitabı. İnsanın bütün əməlləri, hətta alovu üfürməsi də qeyd olunur. "Əl-Qəmər” surəsinin 52-53-cü ayələrində buyurulur: "Onların etdikləri hər şey dəftərlərdədir. Hər bir kiçik və böyük günah yazılmışdır!”
Boş danışan cavanlara Әli (əleyhissalam)-ın buyuruğu
Şeyx Səduqun "Əqidələr” kitabında nəql olunub ki, bir gün Əli (əleyhissalam) yoldan ötərkən boş-boş danışıb, gülən bir dəstə cavan gördü. Həzrət buyurdu:-Niyə əməl namənizi bu işlərlə qaraldırsınız? Dedilər:-Ya Əmirəl-mö᾽minin, bunlar da yazılırmı? Buyurdu:-Bəli, hətta aldığınız nəfəs də yazılır...
Bəli, insanların əziyyətini aradan qaldırmaq üçün yoldan bir tikan, daş götürüb atmaq kimi xırda əməllər də hədər olmayacaqdır.
Kitabın adı: Məad
Müəllif: Ayətullah Şəhid Əbdülhüseyn Dəstğeyb