Әtir qoxusu xeyir niyyəti bildirir
Ravi İmam (əleyhissalam)-dan soruşur ki, məlaikələr insanın xeyir niyyətindən necə xəbərdar olurlar? Həzrət buyurur: "Xeyir niyyət edən şəxsdən ətir qoxusu qalxır və onlar anlayırlar. Eləcə də, pis niyyətdən qalxan pis qoxu onları narahat edir. Yalnız xeyir niyyətə bir savab (həsənə) yazılırsa, bu niyyətə əməl edildikdə, on savab qeyd olunur (6-cı surə, 161-ci ayə). Amma icra olmuş günah üçün birdən artıq yazılmır.
Günahı yumaq üçün möhlət
Qeyd edən iki mələkdən biri Ətid, o biri isə Rəqibdir. Günah etmiş şəxsin günahını Ətid yazmaq istərkən, Rəqib "möhlət ver, bəlkə, peşman olub tövbə etdi”, deyir. Ona 5-7 saat möhlət verilər. Əgər tövbə etməzsə, "necə də həyasız bəndədir!”, deyib günahını yazarlar.
Kitabın adı: Məad
Müəllif: Ayətullah Şəhid Əbdülhüseyn Dəstğeyb