» » İmam Hüseynin (ə) həyatının mərhələləri


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6694

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6678

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Mayıs 2024    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
İmam Hüseynin (ə) həyatının mərhələləri
+5
Müəllif: Huseynci Medine | 23-10-2015, 15:00 | Baxılıb: 1 107
 
 
İmam Hüseynin (ə) həyatının mərhələləri

Bu hadisənin nə qədər əzəmətli olduğunun bir qədər bilinməsi üçün mən Həzrət Əbu Abdullah İmam Hüseynin (ə) həyatının üç qısa mərhələsini ixtisarla izah edəcəyəm. Siz görün bu üç mərhələdə tanınan bir insanı haçansa babasının ümmətindən bir qrupun mühasirəyə alacağını, özünü, bütün dostlarını, səhabələrini və ailə üzvlərini elə faciəli şəkildə qətliam edəcəyini və qadınlarını əsir tutacağını güman etmək olardımı?
Bu üç mərhələnin biri həzrətin əziz Peyğəmbərin (s) vəfatına qədərki uşaqlıq dövrüdür. İkinci mərhələ onun gənclik dövrüdür; yəni Əmirəl-mömininin (ə) hökumətinə qədərki 25 il. Üçüncü mərhələ isə Əmirəl-mömininin (ə) şəhidliyindən Kərbəla hadisəsinə qədərki 20 illik dövrdür.
Əziz Peyğəmbərin (s) zamanında İmam Hüseyn (ə) Peyğəmbərin (s) istəklisi və gözünün işığı olan bir uşaqdır. Əziz Peyğəmbərin (s) Fatimə adlı bir qızı var. O zaman bütün müsəlmanlar bilir ki, Peyğəmbər (s) belə buyurub: "Fatiməni qəzəbləndirən məni qəzəbləndirmişdir, onu razı salan isə məni razı salmışdır". Görün bu qızın məqamı nə qədər böyükdür ki, əzəmətli Peyğəmbər (s) xalqın qarşısında və camaat içində onun barəsində belə danışır. Bu adi məsələ deyil.
Əziz Peyğəmbər (s) bu qızı İslam cəmiyyətində ən üstün dərəcəyə malik olan bir şəxsə vermişdir; yəni Əli ibn Əbu Talibə (ə). O gənc şücaətli, şərafətli, hamıdan imanlı, hamıdan parlaq keçmişli, hamıdan igid və bütün meydanlarda hazır olan bir şəxsdir. Elə bir şəxsdir ki, İslam onun xəncərinə bağlıdır; hamının aciz qaldığı yerdə bu gənc önə çıxır, düyünləri açır və sədləri qırır. Bu əziz və sevimli kürəkənin sevimli olması qohumluq münasibətinə görə yox, şəxsiyyətinin əzəmətinə görədir. Peyğəmbər (s) qızı belə bir şəxsə vermişdir. İndi bunlardan bir uşaq da olmuşdur və o, Hüseyn ibn Əlidir (ə).
Düzdür, bu sözlərin hamısını İmam Həsən (ə) barədə də demək olar. Lakin indi mənim söhbətim İmam Hüseyn (ə) haqdadır. İslam dünyasının başçısı, İslam cəmiyyətinin hakimi, xalqın sevimlisi və əzizlərin əzizi olan Peyğəmbər (s) onu qucağına götürüb məscidə aparır. Hamı bilir ki, bu uşaq hamının sevimlisi olan bu şəxsin istəklisidir. O, minbər üzərində çıxış edir. Bu uşağın ayağı nəyəsə ilişir və yıxılır. Peyğəmbər (s) minbərin üstündən enib bu uşağı qucağına götürür və sakitləşdirir. Baxın, məsələ bu qədər əhəmiyyətlidir. Peyğəmbər (s) altı-yeddi yaşlı uşaqlar olan İmam Həsən (ə) və İmam Hüseyni (ə) "cənnət gənclərinin ağaları” adlandırdı. Bunlar hələ uşaqdırlar, gənc deyillər, amma Peyğəmbər (s) buyurur ki, cənnət gənclərinin ağalarıdırlar. Yəni altı-yeddi yaşlarında da bir gənc həddindədirlər; anlayır, dərk edir, əməl edir, addım atır, ədəb-ərkan göstərirlər, onların bütün vücudundan nəciblik duyulur. Əgər o zaman kimsə desəydi ki, bu uşaq heç bir günahı və cinayəti olmadan həmin Peyğəmbərin (s) ümmətinin əli ilə qətlə yetiriləcək, xalq inanmazdı; Peyğəmbər (s) buyurdu və ağladı da, amma hamı təəccüb etdi ki, məgər belə bir şey mümkündür?!
İkinci mərhələ Peyğəmbərin (s) vəfatından Əmirəl-mömininin (ə) hökumətinə qədərki 25 illik dövrdür. O bu dövrdə gənc, bacarıqlı, elmli və şücaətlidir, döyüşlərdə iştirak edir, böyük işlərdə rol oynayır, hamı onu uca tutur, yaxşılıq edənlərin adı gələndə hamının gözü ona sarı yönəlir; Mədinə və Məkkə müsəlmanları arasında və İslam dalğasının çatdığı hər bir yerdə, hər bir dəyər baxımından günəş kimi parlayır. Hamı ona hörmət göstərir. Dövrün xəlifələri ona və qardaşına hörmət bildirir, onun qarşısında təzim edir, adını hörmətlə çəkirlər. O, dövrün nümunə gənci və hamı yanında möhtərəmdir. Əgər o zaman kimsə desəydi ki, bu gənc həmin camaat tərəfindən öldürüləcək, heç kəs inanmazdı.
Üçüncü mərhələ Əmirəl-möminin (ə) şəhidliyindən sonrakı dövrdür; yəni Əhli-beytin (ə) qürbət dövrü.
İmam Həsən (ə) və İmam Hüseyn (ə) yenə Mədinədədirlər. İmam Hüseyn (ə) bu zamandan sonra 20 il bütün müsəlmanların mənəvi imamı, bütün müsəlmanların böyük müftisi, bütün müsəlmanların hörmət bəslədiyi, təriflədiyi, Əhli-beytə (ə) hörmət bildirmək istəyən bütün şəxslərin üz tutduğu bir şəxs kimi Mədinədə yaşamışdır; sevimli, böyük, şərafətli, nəcabətli, köklü və alim bir şəxsiyyət kimi. O, Müaviyəyə elə bir məktub yazır ki, hər hansı bir şəxs hər hansı bir hakimə yazsaydı, ölümlə cəzalanardı. Müaviyə bütün əzəmətilə bu məktubu alır, oxuyur, dözür və bir söz demir. Əgər o zaman da kimsə yaxın gələcəkdə hamının nəzərində İslamı və Quranı təcəssüm etdirən bu möhtərəm, şərafətli, əziz və nəcabətli kişinin həmin Quran və İslam ümməti tərəfindən, özü də elə bir vəziyyətdə öldürülməsinin mümkün olduğunu desəydi, heç kəs təsəvvür də etməzdi. Amma həmin inanılmaz, həmin qəribə və heyrətləndirici hadisə baş verdi. Kimlər etdilər? Yanına gəlib salam verənlər və hörmət bildirənlər. Bu nə deməkdir? Mənası budur ki, İslam cəmiyyəti bu əlli il ərzində İslam həqiqətindən və mənəviyyatından uzaq düşdü. Zahiri İslamdır, batini isə puç bir şey. Təhlükə budur. Namazlar qılınır, camaat namazı qılınır, insanların adları da müsəlmandır, bəziləri də Əhli-beyt (ə) tərəfdarıdırlar.
 
Kitаbın аdı: Mübarək Aşura mehi
Böyük Rəhbər Həzrət Ayətullah Seyid Əli Xameneinin sözlərinə əsasən qanlı məhərrəm hərəkatına bir baxış


 
 
Bölmə: İslami mövzular
Şərhlər: 1
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)

| Şikayət et | | | |
Müəllif: Sirli_melek | Status: İstifadəçi Offline | 23 Ekim 2015 15:50 | Sayt nəzarətçisi | Şərh yazdı
Allahin salami salavati xeyir duasi uzerinize olsun butun muselmanar  bu ay qem ayiidi bu ay keder ayidi  Allah yezide lened edsin    dunya mali  ucun Imam Huseyne alelesine el qaldirdilar  zulm ediler  Peygember nevesine  el qaldirdilar Allah lened edsin onara  yezidere 

--------------------
Не нравится 0 Bəyəndim
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.