» » Məkkə şəhərinin hörmətinin pozulması


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 5

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Məkkə şəhərinin hörmətinin pozulması
    +5
    Müəllif: Yusifi Zehra | 24-10-2015, 11:00 | Baxılıb: 1 187
     
    Məkkə şəhərinin hörmətinin pozulması
     
    Müslüm ibn Üqbə Mədinə şəhərindən xaric olandan sonra Məkkəyə tərəf üz tutur. Abdullah ibn Zubeyrlə döyüşmək üçün öz ordusuna Husayn ibn Numeyr əs Səkunini sərkərdə təyin edir və Məkkə əhlindən Yezid ibn Müaviyə üçün beyət alır. Abdullah ibn Zubeyr onlara müqavimət göstərən zaman mancanaq vasitəsi ilə Kəbəni daşqalaq edir, onu yandırır və rəcəz oxuyaraq belə deyirlər:

    Ağzından köpük püskürən dəvəyə oxşar sapandla
    Atırıq onunla bu məscidin taxta sütunlarına 

    Kəbə evinin bu formada hörmətinin pozulması və darmadağın edilməsi birinci dəfə deyildi. Bundan da şiddətlisi baş vermişdi. Əbdülməlik ibn Mərvan Abdullah ibn Zubeyrlə döyüşmək üçün Həccac ibn Yusif əs Səqəfini orduya sərkərdə təyin edir. Həccac haram aylardan birində Kəbəni öz qoşunu ilə mühasirəyə alır. Həccacın bu murdar əməlinə heç bir şey mane ola bilmir: nə Kəbə, nə haram ayı, nə də həcc ziyarətinin əməllərini yerinə yetirmək üçün gələn müsəlmanların hörməti. Həccacın əmri ilə Əbu Qubeys dağının üzərinə mancanaq qoyularaq Kəbəyə daşlar atılır.  Birinci daş atılan zaman səma lərzəyə gəlir, şimşək və ildırımın səsi hər tərəfi bürüyür. Bu hadisə ġam ordusunda bir qorxu yaradır. Həccac öz əbasının ətəyi ilə daşı götürərək mancanağa qoyur və onu atmağı əmr etdi. Sübh vaxtı bir-birinin ardı ilə şiddətli ildırımlar baş verir. Onun qoşunundan on iki nəfəri ölür. Şam ordusu sınmışdı. Həccac üzünü şam ordusuna tutaraq belə deyirdi: "Ey şam əhli, baş verənləri inkar etməyin. Mən Tuhamənin oğluyam və bu da onun ildırımlarıdır. Sizə müjdə olsun, artıq qələbə bizimlədir.” Bu sözdən sonra Kəbə evinə daş atmağa başlayırlar. Atılan daşlar Məscidul Hərəmə yağış kimi yağırdı. Döyüşçülər bir qədər əl saxlayan kimi Həccac onlara adam göndərib onları söyərək ölümlə hədələyirdi. Həccac və onun qoşunu Kəbə evini o qədər daşlayırlar ki, Zəmzəm quyusunun yaxınlığındakı divar və Kəbə evinin ətrafı çatlayır. Sonra Kəbə evini odlarla atəşə tuturlar, beləliklə, Kəbənin pərdələri tamamilə yanaraq külə çevrilir. Kəbənin necə yandığını müşahidə edən Həccac rəcəz oxuyub deyirdi:

    Məgər görmürsənmi Kəbənin parıldayan tüstüsünü?
    Belə güman edirlər ki, Allah onun qonşusudur.
    Artıq onun daşları zəifləmiş və çatlamışdır,
    Bütün göyərçinlər uzaqlaşıb onu tərk etmişlər.
    Artıq Kəbənin darmadağın edilməsi yetişmişdir,
    Artıq onun bütün pərdələri yanıb tökülmüşdür,
    Onun üzərində neft və odlar ucalan zaman.

    Sonra böyük bir döyüş baş verir. Şam ordusu namaz vaxtı Məscidul Hərəmin qapılarından içəriyə daxil olub Abdullah ibn Zübeyri səsləməyə başlayır:
    Ey kor qadının oğlu! Ey iki ətəklinin oğlu! Məscidin həyətində baş verən döyüşdə Abdullah ibn Zubeyr və onun bütün tərəfdarları öldürülür. Abdullahın başını bədənindən ayırıb Əbdülməlik ibn Mərvan üçün göndərirlər. Abdullahın bədəni isə başıaşağı formada xurma ağacı və yaxud bəzi deyilənlərə görə, bir taxta parçası üzərində çarmıxa çəkilir. Onun yanına ölmüş it cəsədini bağlayırlar. Bir müddətdən sonra Həccac onun cəsədini endirib yəhudi məqbərəsinə atır.  Bəzi deyilənlərə görə isə anası onu Həcun məntəqəsində dəfn edir.
    Bütün baş verən bu hadisələrdən – Kəbə evinin dağıdılması, yandırılması, insanların qətlə yetirilməsi və xurma ağacları üzərində çarmıxa çəkilməsi ilə müxtəlif etiqadlara malik olan insanlar arasında Kəbənin hansı hörməti qala bilər?!
    Sualı belə qoymaq olar: Bu hadisədən sonra Kəbə evinin hörməti və heybətini necə qaytarmaq olar?! Gələcəkdə Kəbəyə qarşı olan təhlükəni dəf etmək olarmı?! Kəbəni necə bərpa etmək olar?! Həccac İbn Yusif, onun şamdakı acgöz əmiri və hadisənin şahidi olmuş fəqihlər, mühəddislər Kəbə evinin yandırılıb darmadağın ediləndən sonra yenidən bərpa olunması istiqamətində şoka düşmüşdülər. Görəsən, bu hadisədən sonra həcc ziyarətini icra etmək üçün Beytül Müqəddəsəmi gedəcəklər? Görəsən, yəhudilər və nəsranilər buna razı olacaqlarmı?! Və yaxud üzlərini Beytül Müqəddəsəmi çevirəcəklər?! Görəsən, Kəbəni ucaldıb bərpa etmək üçün İbrahim və İsmaili, Allah evini bərpa edən bənnanı haradan tapacaqlar? Allah evini bərpa edən bənnanı, elə Allah özü seçir, nəinki Əbdülməlik ibn Mərvan və onun cəlladları! Beləcə, onlar sərgərdan və təşviş içində idilər. İbrahim peyğəmbər və Allah yolunda qurban verə biləcəkləri İsmaili tapmaq mümkün deyildi. Belə ki indi onların, Allah-taalanın seçib razı qala biləcəyi bir bənnaya, həmçinin İbrahimin Allah yolunda qurban verdiyi İsmail kimi qəbul ola biləcək bir qurbanlığa ehtiyacları var idi.
    Allah-taala buyurur: "Oğlu onunla birlikdə işləmək və çalışmaq həddinə çatanda (İbrahim) dedi: "Oğulcığazım! Mən yuxuda hey görürürəm ki, sənin başını kəsirəm (boğazına bıçaq çəkirəm). Bəs, bax (gör), nəzərin nədir?”
    (İsmail) dedi: "Ey ata! Sənə əmr ediləni yerinə yetir. Allahın istəyi ilə məni səbirlilərdən görəcəksən!”
    Bu o deməkdir ki, həm "bənna”, həm də "qurbanlıq” ifadəsinə toxunan "...övladlarımdan bəzisini (İsmaili anası ilə birgə) Sənin möhtərəm və toxunulmaz evinin yanında əkinsiz bir dərədə sakin etdim ki, – ey Rəbbimiz, – namaz qılsınlar...” ayə İbrahimin (ə) zürriyyətini nəzərdə tutur. Kəbə evi darmadağın olduğu halda namaz necə bərpa olacaq?!
    Əziz oxucu, bu sualın cavabını Allahın öz evini Kərbəla türbətinin sahibi vasitəsi ilə necə qoruyacağına əmin olmaq üçün təqdim edəcəyik. Bu suala cavabı aşağıdakı hədislərdə görə bilərik:
    a) Şeyx Nuri və Əllamə Məclisi rəvayət edirlər ki, Həccac ibn Yusif Abdullah ibn Zübeyrlə müharibəsi nəticəsində Kəbə evini xarabalığa çevirdi. Bu hadisədən sonra Kəbə evini bərpa edib "Həcərül Əsvəd”i (Qara daş) yerinə qoymaq istədilər. Bəni-Üməyyə alimləri, zahidləri və qazilərindən hər hansı biri daşı yerinə qoyurdusa, daş silkələnib həmin yerdən düşürdü. Bu zaman Əli ibn Hüseyn (ə) gəlib daşı onların əlindən aldı, Allahın adını çəkərək daşı yerinə qoydu. Beləliklə, Qara daş öz yerində qərar tutdu. Hadisəni müşahidə edən insanlar təkbir dedilər. İnsanlar içərisində bu xəbər getdikcə yayılmağa başladı, hətta bu hadisəni nəzmə cəkərək tarixin şahidinə çevirdilər.
    Allahın təəccüblü hikmətlərindən biri də odur ki, Əməvi saray şairi olan Fərəzdəq öz "mimi” qəsidəsində bu hadisəyə işarə edir. Əbülməlik ibn Mərvan İmam Zeynülabidinin (ə) kimliyi haqqında soruşan zaman Fərəzdəq həmin qəsidəni şam əhlinin əyanları qarşısında bədahətən söyləmişdir. Bu qəsidə gözəl ifadələr və bəyanla ona ilham edilmişdir:

    Bu, o kəsdir ki, qədəmini Bətha tanıyır,
    Kəbə, Hill və Hərəm tanıyır,
    Bu, Allah bəndələrinin hamısının
    Ən xeyirlisinin oğludur,
    Bu, nəqi, təqi, tahir və ələmdir,
    Əgər onu tanımırsansa, bil:
    Bu, Fatimənin oğludur,
    Onun babası ilə xətm olunubdur
    Allahın peyğəmbərləri

    Fərəzdəq qəsidənin davamında Kəbə evinin bərpa edilməsi və qara daşın öz yerinə qoyulması hadisəsinə işarə edərək belə deyir:
    Səxavət və bəxşiş əli o qədər genişdir, az qalır Qara daş, Onu kənarından buraxmasın, yanına gəlib ona əl sürtən zaman.

    Bu hadisə iki həqiqətə işarə edir:
    1) Peyğəmbərin Əhli-beyti ilə İslam dini və onun müqəddəsləri qorunur
    2) Allah-taala onlara görə əməlləri bəyənib qəbul edir
    Əhli-beytin yolu ilə getməyən şəxs yolunu azar, onlardan geriyə qalan kimsə Cəhənnəm vadisində sərgərdan olar. Əgər Kəbənin Rəbbi fəqihlər və zahidlərdən Qara Daşın öz yerinə qoyulmasını qəbul etmirsə, onda onlardan şəriət fətvalarını və rəylərini necə qəbul edə bilər?! Deməli, Hüseyn ibn Əli ibn Əbutalib (ə) vasitəsi ilə Allah öz evini tağutlardan qoruyur və onun vasitəsi ilə babası İbrahim peyğəmbərin duası həyata keçir:
    "...– Ey Rəbbimiz, – namaz qılsınlar...”  Onun türbəti ilə alınlar torpaqlanır, namaz qılanların səcdə yerləri zinətlənir, onun susuzluğu üzərində dinin əsasları sabit olur, bununla da Kərbəla türbəti aləmlərin Rəbbinə qurbanların ən pakı ilə şəhadət verir. Belə ki Aşura günü Xanım Zeynəb (ə) Kərbəla çölündə, ilahi qüds məkanında əlini İmam Hüseynin bədəninə qoyaraq, inilti, zarıltılı, lakin iman və yəqin dolu səslə dua etdi:
    "Ey Allahım, bu qurbanı bizdən qəbul et!” "Beləliklə, elə ki onların hər ikisi (Allahın əmrinə) təslim oldular və o, oğlunu üzü üstə yerə yıxdı (imtahandan başı uca çıxdı) Biz ona xitab etdik ki: "Ey İbrahim! Həqiqətən, sən yuxunu həyata keçirdin.” (Çünki həmin yuxunun mənası bıçağın hulquma çəkilməsi idi, hərçənd ki həm ata, həm də oğul onun mənasının uşağın başının kəsilməsi olduğunu başa düşmüşdülər.) Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq. Şübhəsiz bu (hadisə) həmin aşkar imtahandır. Və Biz ona böyük bir qurbanlıq (həm cisim, həm də ehtiram baxımından böyük bir qoyun) fəda etdik. Ondan, sonrakı ümmətlərin arasında (tövhidə dəvət, şirk ilə mübarizə mücahidi, böyük fədakar və yeni kitab və şəriət sahibi kimi) yaxşı ad qoyduq.”
    Quran buyurur: "Salam olsun İlyasa (və Yasinin övladlarına)!”  Peyğəmbər əhli-beytinin başına gələn bu və digər müsibətlərə görə Kərbəla torpağının Məkkə torpağı müqabilində üstün olma səbəbi İmam Sadiqin (ə) hədisində belə gəlmişdir: "...Əgər Kərbəla torpağının ağuşuna aldığı şəxs olmasaydı, səni və fəxr etdiyini (Kəbəni) xəlq etməzdim...”
     
     
    Kitabın adı: İmam Hüseyn (ə) türbətinin qeybi təsirlərinin həqiqəti
    Müəllif: Seyyid Nəbil Əl-Həsəni

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.